• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Urologiya

Hospitalımızın Urolonefrolojı şöbəsində böyrək və sidik-cinsiyyət orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təmin olunmuş şöbədə yüksəkixtisaslı həkimlərimiz tərəfindən bütün növ uroloji müayinə və müalicə metodları, prosedurları, açıq və qapalı cərrahi əməliyyatları həyat keçirilir. Şöbədə tətbiq olunan innovativ müalicə metodları böyrək xəstəliklərinin müalicəsində öz yüksək effektivliyini göstərir.

Hospitalımızda zərbə-dalğa litotripsiyası, sidik yolları və böyrək daşlarının müalicəsi, lazer və pnevmatik

ureterolitotripsiyası, böyrək daşlarının qapalı ureterolitotripsiyası, litoekstraksiyası, böyrək daşlarının ultrasəs litolapaksiyası, açıq sidik axarı və böyrək daşları əməliyyatları, laparoskopik böyrək daşları əməliyyatları, fibroureterorenoskopiya, perkutan nefrolitotomiya kimi əməliyyatlar həyata keçirilir.

Hospitalımızda zərbə-dalğa litotripsiyasını həyata keçirmək üçün müasir tibbin ən son nailiyyəti olan “Siemens” markalı cihaz quraşdırılmışdır. Proseduru bu sahədə xüsusilə ixtisaslaşmış gənc, dinamik, təcrübəli mütəxəssislər həyata keçirməkdədir.

Respublikada ilk dəfə kəsik aparılmadan tulium lazerlə prostat vəzinin adenomasının buxarlanması əməliyyatı uğurla icra olunmuşdur.

Müasir müalicə üsulu sayılan holium lazer cihazı vasitəsi ilə daşların yerləşmə yerindən və ölçüsündən asılı olmayaraq əridilməsi əməliyyatı Hospitalımızda uğurla tətbiq olunur.

Son 14 il ərzində həkimlərimiz tərəfindən 6000-dən artıq uroloji əməliyyat icra olunmuşdur.

Uronefroloji şöbəsində aparılan müalicə:

Sidik yolları və böyrək daşlarının müalicəsi

Kontaktsız daşqırma

Lazer ureterolitotripsiya

Pnevmatik ureterolitotripsiya

Böyrək daşlarının qapalı litotripsiyası, litoekstraksiyası

Böyrək daşlarının ultrasəs litolapaksiyası

Açıq sidik axarı və böyrək daşları əməliyyatları

Laparoskopik böyrək daşları əməliyyatları

Fibroureterorenoskopiya, litotripsiya

Sidik kisəsi daşlarında açıq və endoskopik əməliyyatlar

Sidik yolları, böyrək şişlərinin müalicəsi

Açıq tam və hissəvi nefrektomiyalar

Prostat xərçənginin radikal cərrahi müalicəsi

Cinsi pozğunluqlar, sonsuzluğun müalicəsi

Cinsi zəifliyin dəqiq diaqnostikası, dərman və cərrahi müalicəsi

Peyroni xəstəliyin müalicəsi

Xaya biopsiyası, toxum materialın alınması

Uşaqlarda görülən uroloji anomaliyaların müalicəsi

Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi

Urodinamik müayyinə, sistometriya

Sidik saxlamazlığın minimal müdaxiləli müalicəsi

Prostatın qapalı və açıq əməliyyatları, biopsiyası

Təxirəsalınmaz uroloji müdaxilələr:

Stent və nefrostoma yerləşdirilməsi

Priapizm zamanı əməliyyatlar

Sidik yolları zədələnmələrinin müalicəsi

Klassik uroloji əməliyyatlar

Endoskopik (qapalı) prostat əməliyyatı (TURP)

Endoskopik (qapalı) sidik kisəsi daşı və şişlərinin əməliyyatları

Endoskopik (qapalı) böyrək daşı əməliyyatları

Böyrək, sidik axarı və sidik kisəsi daşlarının əməliyyatsız və ağrısız qırılması

Kişi sonsuzluğunun müalicəsi

Mikroskopik androloji əməliyyatlar (varikosel, toxum kanalları üzərində əməliyyatlar)

Qadınlarda və kişilərdə sidik saxlanamazlığının müalicəsi

Cinsi zəifliyin müalicəsi

Uşaqlarda anadangəlmə uroloji anomaliyaların aradan qaldırılması