Travmatologiya və Ortopediya şöbəsində müasir tibb avadanlıq və cihazlarından istifadə edilərək xəstəliklərin müalicəsi təcili və planlı şəkildə təcrübəli həkim-ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir. Şöbədə oynaqların endoprotezləşdirilməsi (artroplastikası), artroskopik cərrahiyyə, yuxarı və aşağı ətrafların, çanağın qapalı və açıq üsulla osteosintezi, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, yumşaq toxuma əməliyyatları, uşaqlarda ortopedik və travmatoloji əməliyyatlar, əl və mikrocərrahiyyə və s. bu kimi əməliyyatlar uğurla icra olunur.
Xidmətlər və prosedurlar:
- Axil vətərinin qırılması
- Artrodez
- Artroplastika
- Aşıq baldır oynağı bağlarının əməliyyatı
- Aşıq sümüyünün osteosintezi
- Azad sümük plastikası
- Böyük oynaq çıxıqlarının qapalı Reduksiyası
- Böyük sümük amputasiyası
- Bud , Baldır , Ayaq , Barmaq gipsi
- Çanaq sümükləri sınığı
- Gips çıxadılması
- Karpal tunnel sindromu
- Mallet finger
- Oynaq çıxıqlarının qapalı reduksiyası
- Ön çarpaz bağın artroskopik əməliyyatı
- Tenodez
- Yara sarğısı
- Yara təmizlənməsi