• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Nevrologiya

Nevrologiya - tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir.

Nevrologiya şöbəsində nevropatoloqlar tərəfindən bütün nevroloji xəstəliklər müayinə və müalicə olunur:

Mərkəzi Sinir Sisteminin iltihabi xəstəlikləri:

• ensefalit

• meninqoensefalit

• ensefalomielit

• mielit

Sinir sisteminin damar xəstəlikləri:

• baş beyin qan dövranının kəskin pozulması (hemorrogik insult, işemik insult,beyin infarktı)

• xroniki beyin damar çatışmamazlığı (serebral ateroskleroz, hipertonik ensefalopatiya, damar demensiyası və s.)

Vegetativ sinir sisteminin xəstəlikləri:

• vegetativ-damar distoniyası.

• Reyno sindromu.

• essensial hiperhidroz, xroniki idiopatik anhidroz və s.

Miqren. Müxtəlif baş ağrıları. Baş gicəllənmələri. Yuxu pozulmaları, yuxusuzluq İnsultdan sonrakı vəziyyətlər (hemiparezlər)

Nevrasteniya, nevrozlar, qorxu və həyəcan halları

Epilepsiya

Nevroinfeksiyaların fəsadları və qalıqları

Sinir sistemin travmaları və onların qalıqları

Proqressiv əzələ distrofiyalar. Miopatiyalar.

Şöbədə nevroloji xəstəliklərin dəqiq diaqnostikası üçün aşağıdakı müayınə üsullarından istifadə edilir:

• EEQ

• Yuxu və vertebral arteriyaların doppler USM-i

• Kompyuter tomoqrafiya

• Rentgen müayinəsi

• Bütün laborator analizlər (qanın və sidiyin ümumi müayinəsi, kaoquloqramma, qanda və sidikdə şəkər təyini, lipid müayinəsi, mikroelementlərin təyini, biokimyəvi analizlər, bütün infeksiya və hormonların təyini və s)