Vital Hospital, sənaye müəssisələrində işçilərə təcili və planlaşdırılan peşəkar xidmətlər, eyni zamanda əmədaşların tibbi təhlükəsizliyinin təminatı və istehsal risklərinin azaldılması üçün xüsusi proqramların tərtibi , mövcud vəziyyəti təhlil etmək və müvafiq tədbirlərin keçirilməsinə yönəlmiş geniş xidmətlər təklif edir. Sənaye Təbabəti şöbəsinin iş prinsipinin mühüm bir hissəsi iş prosesində baş verə biləcək xəsarətlərin qarşısının alınmasına yönəldilmişdir.
İş şəraitində sağlamlığın təminatı
Bizim əsas məqsədimiz peşə xəstəlikləri riskinin qarşısını almaq və əməkdaşlar üçün etibarlı iş mühitini təmin etməkdir. Bu səbəbdən Sənaye Təbabəti bölümümüz bu qaydaların həyata keçirilməsində çox vacib rol oynayır.
İşlə əlaqədar xəsarətlər
İş yerində xəsarət alan əməkdaşlara təcili və müntəzəm tibbi yardım göstərməyə hazırıq. Bunun üçün ayrılmış xüsusi Təcili Tibbi Yardım briqadamız planlı və təcili hallarda qeyd olunan ünvana zamanında gələrək,operativ şəkildə lazimi diaqnostik və müalicəvi tədbirləri müasir protokollara uyğun həyata keçirəcək.
Check-Up müayinələr
İşə qəbuldan öncə, məzuniyyət , xəstəlik sonrası və periodik aparılan müxtəlif check-up müayinələrlə əməkdaşların sağlamlıqlarının müntəzəm olaraq dəyərləndirilməsi mümkündür.Müayinə sonrası pasiyentlərə sağlamlıq statusu haqqında arayış təqdim olunur.
Narkotik və alkoqol testləri
Narkotik və alkoqol qəbulunun nə qədər təhlükəli olduğunu və iş keyfiyyətinə təsir etdiyini nəzərə alaraq, təhlükəsiz bir iş mühitininin təmin edilməsi məqsədi ilə müştərilərin istəyi əsasında işçilərin işə qəbulu öncəsi və mütəmadi olaraq narko- və alko testlərinin aparılması mümkündür.