• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Pediatriya

Pediatriya və Neonatologiya şöbəsində peşəkar həkimlərimiz tərəfindən uşaq pasiyentlərimizə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilməkdədir. 

 Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlər reanimasiya və intensiv terapiya və s. geniş spektrli xidmətlər göstərilir.   

 Həkim pediatr müayinəsi ilə bərabər, digər müxtəlif ixtisas həkimlərinin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur..

Təklif edilən xidmətlər: 

•  İlkin reanimasion tədbirlər 

•  İntubasiya 

•  Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası 

•  Surfaktantın yeridilməsi 

•  Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası 

•  Mübadilə qan köçürülməsi 

•  Fototerapiya 

•  Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi 

•  Neonatal skrining testləri (fenilketonuriya, Q6-FD və s.) 

•  Endokrin pozğunluğun təyini 

•  Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanlarıvə s.) 

•  Rentgenoqrafiya 

•  Qanın, sidiyin ümumi və bütün növ biokimyəvi analizlər 

•  Yarımçıq doğulmuş uşaqlara intensiv terapiya 

•   Ümumdünya standartlarına uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması 

•  Doğumdan sonra kontrol müayinələr və vaksinasiya