• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Psixiatriya

Psixiatriya müxtəlif psixi pozuntuların səbəblərini, əlamətlərini, müalicə və profilaktika üsullarını öyrənən tibb sahəsidir. Ənənəvi olaraq psixiatriyanı 2 hissəyə -"böyük" və "kiçik" psixiatriyaya bölürlər. “Böyük” psixiatriya şizofreniya, bipolyar pozğunluq və epilepsiya kimi xroniki ruhi xəstəlikləri müalicəsi ilə məşqul olur.“Kiçik” psixiatriya heç kimin sığortalanmış olmadığı geniş spektrli problemlərlə məşğul olur: depressiya, təşviş-həyacan pozğunluqları (o cümlədən panik ataklar, obsesif düşüncələr və hərəkətlər, qorxular və s.), psixosomatik xəstəliklər, uzunmüddətli stressin nəticələri, yuxusuzluq və bir çox başqaları.Psixi sağlamlığınız fiziki sağlamlığınız qədər vacibdir və psixiatra müraciət etmək terapevt və ya diş həkiminə getmək qədər adi bir şeydir. Yardım üçün müraciətiniz haqqında məlumat tibbi sirrdir və anonim saxlanılır.

Müasir psixiatriyada istifadə edilən 2 əsas müalicə üsulu mövcuddur. Psixofarmakoterapiya (dərman müalicəsi) və psixoterapiya.Dərman müalicəsi hər bir xəstə üçün onun hazırkı vəziyyəti, diaqnozu, əvvəlki müalicə tarixi, mümkün əks göstərişlər və müşayiət olunan xəstəliklər nəzərə alınmaqla ciddi şəkildə seçilir.Dərman müalicəsində biz sübuta əsaslanan tibb prinsiplərinə və beynəlxalq klinik tövsiyələrə arxalanırıq.Müasir psixofarmasevtik dərmanların böyük əksəriyyəti xəstələr tərəfindən yaxşı tolere edilən və ciddi yan təsirlərə səbəb olmayan effektiv və təhlükəsiz dərmanlardır.