Bir çox xəstəliklərin və pozulmaların diaqnostikası zamanı müxtəlif analizlər istifadə olunur. Analizlərin düzgün nəticələri onların düzgün yığılmasından və verilməsindən asılıdır.
Qan analizi
Əksər hallarda qan acqarına götürülür. Bu o deməkdir ki, son qida qəbulundan əz azı 8 saat (idealda 12 saatdan az olmayaraq) keçməlidir. Şirə, çay, qəhvə qəbul etmək olmaz, su içmək olar.
Analizdən 1-2 gün əvvəl rasiondan spirtli içkilər çıxarılmalıdır. Analiz verməkdən əvvəl siqaret çəkmək, ağır fizki iş görmək, idmanla və bədən tərbiyəsi ilə məşğul olmaq olmaz.
Qanda hormonların səviyyəsini yoxlamaq üçün qan analizi səhər saatlarında acqarına verilir. Qadınlarda belə analizlər menstrual dövrünün müəyyən günlərində verilir:
LH, FSH - menstrual dövrünün 3-5 günləri
Estradiol - 5-7 və ya 21-23 günlər
Proqesteron - 21-23 günlər
Prolaktin, DQA-sulfat, testosteron - 7-9 günlər
İnsulin yalnız səhər saatlarında acqarına verilir (çay, qəhvə, saqqız olmaz, yalnız su içmək olar). Qalxanvari vəzi hormonları və insulin menstrual dövrünün günündən asılı olmayaraq verilir.
Sidik analizi
Ümumi sidik analizi üçün ilk səhər sidik istifadə olunur. Sidik yığmaqdan əvvəl xarici cinsiyyət üzvləri su ilə yaxşı yuyulmalıdır. İlk bir neçə millilitr sidik unitaza tökülməli, daha sonra sidik apteklərdə satılan xüsusi steril konteynerə yığılmalıdır. Sidik yığıldıqdan 2 saat gec olmayaraq laboratoriyaya analiz üçün çatdırılmalıdır.
Nəcis analizi
Nəcis (2-4 qr) xüsusi apteklərdə satılan steril konteynerə yığılır və həmin gün laboratiriyaya çatdırılır və sairə