2 əsas üsul mövcuddur: narkotik-analgetik preparatların vena da-
xili və ya əzələ daxili yeridilməsi və epidural anesteziya.
1. Promidol və digər narkotik analgetiklərin uşaq və ana üçün təh-
lükəsiz dozası seçilə bilsə də, bu üsulla ağrısızlaşdırmanın bir sıra nöq-
sanları və əlavə təsirləri mövcuddur:
--anada və döldə tənəffüsün ləngiməsi;
--ürəkbulanma və qusma;
--nəzərəçarpan sedativ təsir;
--zahı qadın ayağa qalxmaq istəyərkən arterial təzyiqin kəskin enmə-
si təhlükəsi;
--ağrısızlaşma effektinin qənaətbəxş olmaması;
2. Epidural anesteziya-bu üsulun mahiyyəti ağrıkəsicinin onurğa beynin sərt qişası önündəki boşluğa yeridilməsindədir. Bu boşluqda ağrı impulsunu, yığılan uşaqlıqdan onurğa beyninə ötürən sinir kökləri yerləşir. Onurğa beyninə ötürülən ağrı onurğa beynindən baş beyinə ötürülür və burada ağrı hissiyyatı formalaşır.Epidural boşluğa yeridilmiş yerli ağrıkəsici ağrı barədə informasiyanın sinir kökləri vasitəsilə onurğa beyninə ötürülməsinin qarşısını doğuş müddətində alaraq ağrısızlaşdırma effektini verir.
Epidural anesteziyanın yerinə yetirilmə qaydası.
Epidural boşluğun punksiyası aşağı bel nahiyyəsində, oturaq və ya yanı
üstündə uzanmış vəziyyətdə olunur. Punksiya onurğa beyni qurtardığı
səviyyədən xeyli aşağıda olunduğuna görə onurğa beyninin zədələnməsi
istisna olunur, bu səviyyədə yalnız sinir kökləri yerləşir.
İlk növbədə dəri punksiya olunacaq nahiyyədə, antiseptik məhlullar işlənir. Sonra nazik iynə vasitəsilə punksiya nahiyəsində dəri yerli anesteziya olunur; bu əsas manipulyasiyanın ağrısız keçməsini təmin
edir.
Sonra xüsusi birdəfəlik iynə epidural boşluğa yeridilir və bu iynə vasitəsilə nazik kateter qoyulur. Kateterin uc hissəsi epidural boşluğa daxil edildikdən sonra punksiya iynəsi xaric olunur, kateter isə bel nahiyəsində fiksasiya olunur. Keteterin qoyulması ağrıkəsicinin əlavə
dozalarına ehtiyac olduğu halda təkrar punksiya zərurətini aradan qaldırır, preparat artıq kateter vasitəsilə epidural boşluğa yeridilir.
Epidural anesteziyanın effekti 10-15 dəqiqədən sonra hiss olun-
mağa başlayır və anesteziyanı bütün doğuş müddətində davam et-
dirmək mümkün olur.
Epidural anesteziya ağrı hissiyatını xeyli azaltsa da qadının şüuru
tam aydın olur,bu epidural anesteziyanın mühüm üstünlüklərindən
biridir.
Eyni zamanda epidural anesteziya uşaqlıq boynunun daha yaxşı
açılmasına və beləliklə doğuş prosesinin asanlaşmasına səbəb olur.
Doğuşun ağrısızlaşdırılmasının daha bir mühüm aspekti ağrısız-laşdırılma nəticəsində plasentada qan dövranının normallaşması, bu-
nun isə öz növbəsində döldə hipoksiyanın inkişaf etmə ehtimalının
xeyli azaltmasıdır.
Epidural anesteziyanın ana və uşaq üçün təhlükəsiz olmasını bir
sıra tədqiqatçılar sübuta yetirmişdir.
Epidural anesteziyaya əks göstərişlər:
--qadında qan laxtalanmasının pozğunluqları;
--qadında hər hansı bir infeksiya;
--punksiya nahiyəsində irinli səpgilərin olması;
--ağır nevraloji xəstəliklər;
--qadının bu üsulun tətbiq olunmasından imtina etməsi.
Vital klinikanın rəhbəri tanınmış mama-ginekoloq Afaq Məcidova uzun illər təbabətin ən mürəkkəb sahələrindən biri olan qadın sonsuzluğu ilə məşğul olur. Onun əməyi, nəzəri biliyi və praktiki təcrübəsi sayəsində yüzlərlə ailə valideyn olmaq sevinci yaşayıb. Hətta başqa ölkələrdən onun sorağını eşidib gələnlərin də sayı az deyil.
Vital Klinikada sonsuzluğun uğurla müalicəsinin özəllikləri və sirləri :
nigahda olan qadın və kişi tam müayinə olunur
--müalicələr qadın və kişidə paralel və əlaqəli aparılır
--pasientlərə individual yanaşma prinsipinə hər zaman riayət olunur
-ehtiyac olduqda başqa sahələrin mütəxəssisləri ilə konsultasiyalar olunur
-ailə cütünün psixolojı durumu korreksiya olunur
-kompleks müalicələr tətbiq olunur (dərman preparatları, bitkilər, fizioterapevtik proseduralar, müalicəvi idman, yerli proseduralar, ozonoterapiya, plazmaferez, qanın ultra-bənövşəyi şüalarla şüalandırılması və s. )
--özəl reseptlərlə hazırlanmış müalicəvi qarışıqlardan istifadə olunur
Afaq xanımın rəhbərliyi altında Vital klinikada qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq miomaları, yumurtalıq kistaları, cinsi yolla keçən infeksiyalar, zooinfeksiyalar, hamiləlik toksikozları, yumurtalıq polikistozu, uşaqlığın disfunksional qanaxmaları, uşaqlıq boynu eroziyaları, klimakterik nevroz və bir çox başqa mama-ginekoloji problemlər müvəffəqiyyətlə müalicə olunur.