• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Abort ve Uşaqsalma


Abort ve Uşaqsalma

Abort hamiləliyin inkişafının ilk 28 həftəsi ərzində dayamnasıdır.

12 həftəyədək müddətdə olunan abort erkən, 13 həftədən 28 həftəyədək müddətində olunan abort isə gec abort hesab olunur.

Abort süni və öz-özünə baş verə bilər. 2 dəfədən artıq öz-özünə abort baş verərsə, buna adətkar düşük deyilir.

28 həftəyədək doğulmuş çəkisi 1000 qramdan, boyu 35sm-dən kiçik olan döl adətən yaşaya bilmir, tələf olur. Tibbin müasir nəaliyyətləri sayəsində belə döl bəzi hallarda sağ qalaraq inkişaf edir. Bu halda hamiləliyin yarımçıq dayanması erkən doğuş kimi qiymətləndirilir və müvafiq orqanlar uşağın dünyaya gəlməsi barədə arayış verirlər.

Uşaqsalma və ya özbaşına abort səbəblərini bir sıra hallarda aydınlaşdırmaq mümkün olmur. Patogenezində cinsi inkişafın ləngiməsi (infantilizim), öncə baş vermiş süni abortlar, xüsusilə I hamiləliyin yarımçıq saxlanması, daxili sekresiya vəzilərinin (hipofiz, yumurtalıqlar, böyrəküstü vəzilər, qalxanabənzər vəzi) disfunksiyası. Uşaqlıq boynu funksiyasının zəifliyi, uşaqlıqdaxili bitişmələr, kəskin və infeksion xəstəliklər və intoksikasiyalar, ana ilə döl arasında rezus-amilə görə immunoloji uyğunsuzluq, cinsli orqanların şişləri və.s. durur.

Patoloji prossesin inkişafında bir neçə mərhələ olur:

a) Mümkün ola bilən abort-qarının aşağı hissəsində və bel nahiyyəsində zəif ağrı, cinsi yollardan ifrazatın olması. Bu zaman uşaqlığın ölçüsü hamiləliyin müddətinə uyğundur, uşaqlıq boynunun xarici keçəcəyi bağlıdır (uşaqlıq boynu funksiyasının zəifliyində bir qədər açıqdaır). Belə halı uğurla müalicə etmək mümükün olur, müalicədən sonra hamiləliyin normal inkişafı davam edir.

b) Baş verən abort  döl yumurtası uşaqlıq divarından qoparaq servikal kanal vasitəsilə uşaqlıqdan kənar olunur, qovulur. Qarnın aşağı hissəsində tutma şəkilli ağrılar və qanaxma (bəzən çox miqdarda) qeyd olunur. Uşaqlığın ölçüləri hamiləlik müddətinə müvafiq və ya bir qədər kiçik olur. Uşaqlıq yolu müayinəsində uşaqlıq boynu hamarlaşmış və ya açılmış olur, palpasiya olunur. Hamiləliyin qorunması qeyri-mümkündür.

c) Natamam abort  uşaqlıq boşluğu daxilində döl yumurtası hissələrinin aşkarlanması və intensiv qanaxma ilə xarakterizə olunur. İfrazatda qan laxtaları və döl yumurtası hissələri aşkar olunur. Uşaqlıq boynu kanalı açıq olur.

d) Tam abort - əsasən hamiləliyin erkən çağlarında baş verir, uşaqlıq döl yumurtasından tam azad olur, yığılır, uşaqlıq boynu bağlanır və qanaxma dayanır.

Müalicəsi.

Özbaşına abortun müalicəsi prosesin mərhələsindən asılı olur. Başlamaqda olan və başlamış abort zamanı xəstə stasionara yerləşdirilir və yataq rejimi ilə təmin olunur. Uşaqlıq yolu daxili müayinələr uşaqlığın hərəki fəaliyyətini stimulyasiya etdiyindən yalnız ciddi göstəriş olarsa aparılır. Psixoterapiyanın aparılması və mənfi emosiyaların aradan qaldırılması hamiləliyin sonrakı inkişafı üçün mühüm şərtlərdən biridir. Madikamentoz terapiyaya sedativ preparatların, progesteron, E və C vitaminləri, spazmolitik preparatların (no-şpa, papaverin-hidroxlorid) təyini daxildir. Ağrılar intensiv olarsa, ağrıkəsici (baralgin) təyin edilir.

Tərkibində belladonna olan şamlardan istifadə etmək olmaz. Bu preparat uşaqlıq boynunu genişləndirir.

Baş verən abort və natamam abort zamanı döl yumurtası və onun hissələri instrumental yolla xaric olunur.

Gec abortlar zəif qanaxma ilə keçərsə, döl yumurtasının xaric olmasını gözləyirlər ; uşaqlıq daxilində cift hissələri ləngidikdə uşaqlıq boşluğu divarının qaşınması lazım olur.

Uşaqlıq boynu (istmiko-servikal) çatışmazlığı ilə bağlı başlamaq üzrə olan və ya başlamış abortları cərrahi yolla müalicə edirlər, bu zaman uşaqlıq boynunun patoloji genişliyi aradan qaldırılır.

İnfeksiyalaşmış abort  özbaşına uşaqsalma prosesi uzun müddət davam edərsə, uşaqlıq yolundan qalxan yol ilə mikroorqanizmlərin (stafilakokk, xlamidiyalar, eşerixiyalar, streptakokklar və.s.) endometri və döy yumurtasına daxil olması baş verir. Patogen mikroorqanizmlərin uşaqlığa daxil olması xüsusilə stasionardan kənar (kriminal) abortlar zamanı baş verir. Uşaqlığa daxil olmuş mikroblar qan və limfa ilə yumurtalıqlara, uşaqlıq borularına, çanağın periton təbəqəsinə və uşaqlıq ətrafı toxumaya yayaılaraq müxtəlif ağırlaşmalara, hətta septisemiyaya səbəb ola bilir. Belə hallarda ağırlaşmanın dərinliyindən asılı olaraq çox müxtəlif simptomlar  zəiflik, titrətmə, subfetril, bəzən isə çox yüksək hərarət, leykositoz, taxikardiya, peritonit əlamətləri, EÇS-nin yüksəlməsi və.s. qeyd olunur.

Müalicəsi  prosesin ağırlıq dərəcəsindən asılı olur. Uşaqlıq daxilində qalmış döl yumurtası hissələri xaric olunur, antibiotikoterapiya (həssaslığın yoxlanılmasından sonra), sulfanilamidlər, desensibilizasiyaedici preparatlar, vitaminlər, infuzion terapiya təyin edilir.

Başverməmiş uşaqsalma - tələf olmuş döl yumurtasının uşaqlıq boşluğunda qalması ilə xarakterizə olunur. Uşaqlıq boşluğunda qalmış döl yumurtasına qan hoparaq əvvəlcə qan laxtasına bənzər sonra isə ətə bənzər bir kütlə yaranır. Səbəbləri dəqiq müəyyənləşdirilməmişdir, hormonal disbalansla bağlı olduğu güman edilir.

Əlamətləri: uşaqlığın böyüməsi dayanır, vaxtaşırı qanlı ifrazat və tutmaşəkilli ağrılar qeyd olunur. Bioloji və immunoloji testlərin nəticəsi mənfi olur. USM zamanı uşaqlıqda döl yumurtası aşkar olunmur.

Müalicəsi: döl yumurtasının süni olaraq uşaqlıqdan qovulması, sonra isə göstərişlərə əsasən müalicənin təyin olunması.

Mümkün ola bilən qanaxmanın profilaktikası aparılmalıdır.

Çoxlu miqdarda qan itirilmişsə xəstəyə qan plazması köçürülür.

Uşaqlıqdankənar hamiləlik - döl yumurtasının uşaqlıq boşluğundan kənarda implantasiya olunub inkişaf etməsinə deyilir. 99% hallarda uşaqlıqdankənar hamiləlik uşaqlıq borusunda aşkar olunur. Səbəbi əsasən uşaqlıq borularında iltihabi proseslərlə bağlı yaranmış dəyişikliklər olur.

Uşaqlıqdankənar hamiləlik döl yumurtasının qarın boşluğuna qovulması və ya uşaqlıq borusunun cırılması ilə nəticələnir. Hər iki halda daxili qanaxma başlanır.

Uşaqlıqdankənar hamiləliyin başlanması normal hamiləlikdə olduğu kimi olur, lakin 6-8-ci həftədə boru hamiləliyinin kəskin olaraq dayanması baş verir. Buna səbəb borunun tamlığının pozulması olur.

Əlamətləri: qarında yuxarı şöbələrə irradiasiya edən kəskin ağrı, başgicəllənmə, huşun itməsi, arterial təzyiqin enməsi, nəbzin tezləşməsi və artan daxili qanaxma əlamətləri.

Uşaqlıqdankənar hamiləliyə şübhə yaranarsa, xəstə təcili xəstəxanaya yerləşdirilməlidir. Diaqnoz təsdiq olunduqda təcili əməliyyat aparılmalıdır. Əməliyyatdan sonra bərpaedici müalicə təyin olunur.

Vital klinikanın rəhbəri tanınmış mama-ginekoloq Afaq Məcidova uzun illər təbabətin ən mürəkkəb sahələrindən biri olan qadın sonsuzluğu ilə məşğul olur. Onun əməyi, nəzəri biliyi və praktiki təcrübəsi sayəsində yüzlərlə ailə valideyn olmaq sevinci yaşayıb. Hətta başqa ölkələrdən onun sorağını eşidib gələnlərin də sayı az deyil.

Vital Klinikada sonsuzluğun uğurla müalicəsinin özəllikləri və sirləri :

Nigahda olan qadın və kişi tam müayinə olunur

--müalicələr qadın və kişidə paralel və əlaqəli aparılır

--pasientlərə individual yanaşma prinsipinə hər zaman riayət olunur

-ehtiyac olduqda başqa sahələrin mütəxəssisləri ilə konsultasiyalar olunur

-ailə cütünün psixolojı durumu korreksiya olunur

-kompleks müalicələr tətbiq olunur (dərman preparatları, bitkilər, fizioterapevtik proseduralar, müalicəvi idman, yerli proseduralar, ozonoterapiya, plazmaferez, qanın ultra-bənövşəyi şüalarla şüalandırılması və s. )

--özəl reseptlərlə hazırlanmış müalicəvi qarışıqlardan istifadə olunur

Afaq xanımın rəhbərliyi altında Vital klinikada qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq miomaları, yumurtalıq kistaları, cinsi yolla keçən infeksiyalar, zooinfeksiyalar, hamiləlik toksikozları, yumurtalıq polikistozu, uşaqlığın disfunksional qanaxmaları, uşaqlıq boynu eroziyaları, klimakterik nevroz və bir çox başqa mama-ginekoloji problemlər müvəffəqiyyətlə müalicə olunur.