Şokolad kisti- endometrial kista ciddi və təhlükəli xəstəliklər sırasındadır.Sonsuzluq yaradacaq patologiyalardan biridir. Şokolad kisti uşaqlığın içərisində olan endometrial toxuma yumurtalığın xarici təbəqəsinə yayıldıqda əmələ gəlir. Belə kistanın uzun müddət mövcudluğu yumurtalıq toxumalarında dəyişikliyə səbəb olur ki, bu da öz növbəsində orqanizmdə çapıq toxumaların inkişafına səbəb olur. Endometrial kistlər mütəmadi olaraq böyüyür, gələcəkdə kistanın infeksiyalaşması və irinləməsinə gətirib çıxarda bilər. Həmçinin müəyyən bir ölçüdə kistanın partlaması baş verə bilər, tərkibindəki patoloji maye qarın boşluğuna tökülür və bunun nəticəsində peritonit, kəskin sepsiz baş verə bilər. Bu halda təcili təxirəsalınmaz əməliyyat tələb olunur.
Əlamətləri: menstruasiya, cinsi əlaqə zamanı ağrı, menstruasiyanın uzanması, gur menctruasiya, menstruasiyadan əvvəl və sonra qəhvəyi rəngdə ləkələnmə, sidik ifrazında ağrı və ya çətinlik, qarında ağrı.
Diaqnozu usm, çanaq MRT və ya laporoskopiya vasitəsilə qoyulur. Müalicəsi medikamentoz və cərrahi yolla aparılır.