• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Trixomoniaz


Trixomoniaz

Trixomoniaz infeksiyasının fəsadları

  

Trixomoniaz - əksər hallarda digər cinsi yolla keçən infeksiyalarla (CYKİ) birgə təsadüf edilir. Xəstəlik əsasən cinsi yolla ötürülür. Məişətdə yoluxma yalnız tək-tək hallarda baş verir.

 

Xəstəliyin əlamətləri yoluxmadan 4-21 gün keçdikdən sonra özünü büruzə verə bilər. Bu zaman qadınlarda xeyli miqdarda ağ və ya yaşıl-sarı rəngli, köpüklü, kəskin, pis-xoşagəlməz iyli ifrazatın xaric olması qeyd oluna bilər. Bu ifrazat isə öz növbəsində, cinsi orqanlarda qaşınmaya, qıcıqlanmaya, həmçinin sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatının yaranmasına, cinsi əlaqə zamanı isə ağrılara da səbəb ola bilər. Aybaşı zamanı qadınlarda göstərilən bu əlamətlər arta da bilərlər. Kişilərdə sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan (sidik kanalından) selikli-irinli ifrazatın olması baş verir. Ancaq bir çox hallarda xəstəlik açıq şəkildə ifadə olunmuş əlamətlər olmadan da keçə bilər ki, bu da müalicə olunmadığı təqdirdə son nəticədə ciddi fəsadlara səbəb ola bilər.

 

Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın daxili təbəqəsi, uşaqlıq boruları və yumurtalıqlar zədələnmiş olur. Bəzi hallarda infeksiya periton qatının iltihabına da (peritonit) səbəb ola bilir. Kişilərdəxəstəlikprostatvəzini, xayavəxayaartımlarını, sidikyollarınızədələyəbilirki, bu da onlarda potensiyanın pozulması ilə də nəticələnə bilər. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda sonsuzluğun səbəbi ola bilər.

Vaxtında diaqnoz və müalicə xəstəliklərin qarşısını ala bilər.Özünüzdə bu əlamətləri hiss etmisinizsə klinikamıza müraciət edərək vaxtında müalicə alıb tez bir zamanda sağlam həyatınıza qayıda bilərsiniz.