• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Öskürək


Öskürək

Öskürək həmişə bu və ya digər xəstəliyin simptomu olur. Öskürəyin 50-dən artıq yaranma səbəbi məlumdur. Tənəffüs yollarının iltihabı xəstəlikləri (KRBİ, rinitlər, anginalar, faringit, sinusit və laringitlər).

Öskürəyin xarakteri mikrobların daha çox təsir etdiyi nahiyə ilə (udlağın arxa divarı, traxeya, səs telləri, bronxlar) bağlı olur. Öskürək zamanı ağrı bronxit və pnevmaniyada müşahidə olunur.

Öskürək quru və bəlğəmli olur. Bəlğəmli öskürək zamanı bəlğəm xarıc olaraq bronxlar və ağciyərlərin təmizlənməsinə səbəb olur. Quru öskürək isə başağrıları, burun qanaxması və arterial təzyiqin yüksəlməsi ilə nəticələnə bilər.

Uzun müddət siqaret çəkmiş şəxslərdə uzunmüddətli tutmaşəkilli öskürək müşahidə olunur, bu öskürəyin səbəbi xroniki bronxit olur.

Öskürəyin digər səbəbləri kimi qırtlaq xərçəngi, qırtlağın ödemi, dilçəyin hipertrofiyası çıxış edə bilər.

Eyni zamanda öskürək ürək çatışmamazlığı, ağciyərlərin xoş və bədxassəli şişləri, ağciyərin interstisial xəstəlikləri zamanı müşahidə olunan simptomıardan biri ola bilər.

Xronik öskürəyin səbəbi bir qayda olaraq, döş qəfəsi orqanlarının rentgen müayinəsinə göstəriş olur, bu zaman heç bir dəyişiklik aşkar olunmazsa, xəstə kompleks şəkildə müayinə olunmalıdır.