• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Hıçqırma


Hıçqırma

Hıçqırma –tənəffüs aktının dayanmış olarkən qısa və güclü nəfəsalmasıdır. Hıçqırma qeyri-iradi olub, adətən nəkrarlanır. Hıçqırmanın praktik faydası müəyyənləşdirilməmişdir, lakin hesab olunur ki, bu, tənəffüs əzələlərinin məşqi mexanizmidir. Hətta bətndaxilində uşağın hıçqırması da məlumdur, o, bu yolla anadan olan kimi tənəffüs etməyə hazırlaşır.

Köks boşluğunu qarın boşluğundan həzm orqanları üzərində yerləşən diafraqma ayırır. Diafraqma tənəffüsdə iştirak edən əzələdir, o, gərginləşərkən havanın ağ ciyərlərə dolmasını, boşalarkən isə ağ ciyərlərdəki havanın xaric olunmasını təmin edir. Hıçqırmanın ən geniş yayılmış səbəbi-diafraqma sinirinin qıcıqlanmasıəksər hallarda hava udulması ilə tamamlanan sürətli qida və maye qəbulu nəticəsində yaranır. Eyni zamanda çoxlu miqdarda yağlı qida qəbulundan sonra mədə gec boşalaraq diafraqmanın qıcıqlanmasına səbəb olur.

Hıçqırıq əksər hallarda təhlükəsiz olsa da, bəzən hər hansı bir xəstəliyin simptomu kimi çıxış edə bilir. Bəzi hallarda pnevmaniyalı xəstələrdə davamlı hıçqırığa təsadüf olunur. Uzunmüddət siqaret çəkmiş şəxslərdə isə hıçqırıq ağciyərlərdə şişin inkişaf etdiyini göstərir. Digər xoşagəlməz hissiyatlar, o cümlədən ürək döyünməsi ilə birlikdə hıçqırıq diafraqmanın qida borusu dəliyinin yırtıqlarında bəzən müşahidə edilir.

Xronik alkoqalizm nəticəsində toksik hıçqırıq inkişaf edə bilər. Eyni zamanda alkoqalizm fonunda hıçqırıq inkişaf edən və diafraqmanı qıcıqlandıran qaraciyər xəstəliyi ilə bağlı ola bilər.

Bəzi sadə üsullar hıçqırığı saxlamağa kömək edə bilir:

-kəmişin su və ya buzlu su içmək;

-az miqdarda xırda buz parçaları udmaq;

-kiçik və bir qədər quru çörək parçasını yavaş-yavaş yemək;

-plastik deyil, kağız paketə sürətlə nəfəf verib-almaq;

-başı arxaya ataraq tənəffüsü saxlamaq və onadək saymaq, sonra nəfəs verib bir stakan su içmək;

-bir qaşıq şəkər tozonu su ilə birlikdə qəbul etmək.

Bu üsullar kömək etmədikdə serukal qəbulu ilə (müvafiq dozalarda) hıçqırığı saxlamaq olar.