Qaşınmanın ən geniş yayılmış səbəbi dərinin quru olmasıdır. Bu, əsasən yaşlılarda tər və piy vəzilərinin funksiyasının zəifləməsi ilə bağlı müşahidə olunur.
Dərinin qurumasına, həmçinin ilin soyuq aylarında və A, C və B qrup vitaminlərinin çatışmamazlığı zamanı təsadüf olunur.
Qaşınma hissiyatı dərinin bir sıra kəskin və xronik xəstəliklərində, məsələn, çəhrayı dəmrov, ekzema, psoriaz, kontakt dermatiti, bir sıra allergik xəstəliklərdə və s yaranır.
Stress, həyəcan, sinir sistemi oyanıcılığının artması, narahatlıq da qaşınmaya səbəb ola bilir. Psixikanın bir sıra pozğunluqlarında və psikostimulyatorlarından sui-istifadə etdikdə də qaşınma hissi yarana bilər.
Bəzən hamiləlik zamanı, xüsusəndə hamiləliyin II yarasındab qaşınma hissi yaranır. Bunun səbəbi mütləq aydınlaşdırılmalıdır.
Qaşınma günəş yanıqları və fotodermatit zamanı da müşahidə olunur. Eynu zamanda yayda çirklənmiş su hövzələrində çimərkən insanda serkarioz-serkariya adlı helmintlərin sürfələrinin dəri təbəqəsinə daxil olması nəticəsində qaşınma yarana bilər. Bu parazit insan orqanizmində yaşaya bilməsədə dəridə səpkilər və qaşınma yarada bilər.
Serkariyalardan fərqli olaraq buğumayaqlı parazitlərin nümayəndələri olan bitlər və qoturluq gənəsi insan dərisində yaşayaraq güclü qaşınma hissi yarada bilirlər.
Patogen göbələklər də qaşınma hissi yaradır. Bu zaman qaşınma zədələnmiş nahiyədə olur, intensivliyi müxtəlif ola bilər.
Dəridə qşınmanın səbəbi heç də həmişə dərinin özündə və dəridəki parazitlərdə olmur. Bir sıra daxili xəstəliklərdə də qaşınma müşahidə olunur.
Şəkərli diabet və qalxanabənzər vəzi xəstəlikləri zamanı yarana maddələr mübadiləsi pozğunluqları da qaşınma hissi yaradır.
Qaraciyər və öd yolları xəstəliklərində ödün üvakuasiyasının pozulması dəri örtüyünün saralması ilə bərabər qaşınma yaranır.
Qan və qanyaranma sisteminin bir sıra xoş və bədxassəli xəstəliklərdə məsələn, dəmirdefisitli anemiya, polisitemiya, limfoma və s qaşınma ilə müşayiət olunur. Bəzi autoimmun və onkoloji xəstəliklər də qaşınmaya səbəb ola bilir.
Bəzən intim nahiyələrdə qaşınma yaranır. Uşaqlıq yolu nahiyəsində qaşınmaya kandidoz, bakterial vaginoz və mikrofloranın digər pozuntuları səbəb ola bilir. Anal nahiyədə qaşınma isə babasil, çatlar, qurd invaziyaları, gigiyena qaydalarına əməl olunmaması və əksinə ifrat təmizkarlıq nəticəsində yaranır.
Nəhayət, qaşınma bir sıra dərman preparatlarının qəbulu məsələn, tiryək qrupu nanalgetikləri və barbituratların qəbulu nəticəsində, eyni zamanda istənilən dərman preparatlarının qəbuluna cavab olaraq yaranmış allergik reaksiya ilə bağlı yarana bilər.
Hər bir halda qaşınmanın səbəbi həkim tərəfindən müəyyənləşdirilməlidir. Qaşınmanın müalicəsi qaşınmaya səbə olan amildən asılı olur.