Kolposkop uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında istifadə olunan optik cihazdır. Bu cihaz vasitəsilə aparılan müayinə isə kolposkopiya adlanır.
KOLPOSKOPİYA APARMAĞA GÖSTƏRİŞLƏR:
-Gözlə görünən eroziya varsa
-Anormal pap-test nəticəsi
-Cinsi əlaqədən sonra qanama
-Uşaqlıq boynu,xarici cinsiyyət üzvü, perianal və anal papillomavirus xəstəliyi olan bütün hallar.
-Səbəbi məlum olmayan uşaqlıq yolu axıntıları.
-Səbəbi məlum olmayan ağrılı cinsi əlaqə.