• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Hudoplastika


Hudoplastika

Klitorun başını örtən dəri bəzən artıq olur və qadında cinsi həzz hissini azaldır. Hudoplastika əməliyyati klitoral başlıq cərrahiyyəsi olaraq plastik cərrahiyyə sahəsində innovativ prosedurlardan biridir. Bu, intim həyatın rahatlığını və estetik görünüşü yaxşılaşdırmaq üçün klitoral başlığın görünüşünü düzəltməyə və dəyişdirməyə yönəldilmişdir.

Tez icra olunan, mürəkkəb olmayan bu əməliyyat klitorun başının asanlıqla açılmasını bütün emosiyaların və xoş hisslərin yaşanmasını asanlaşdırır.

Klitoral başlıq plastik cərrahiyyəsi bu nahiyyədə narahatlıq hiss edən və ya görünüşündən narazı olan qadınlaran tövsiyə olunur.

Qıcıqlanmaya, narahatlığa səbəb ola bilən və hətta cinsi məmnuniyyət əldə etməyi çətinləşdirə bilən həddindən artıq böyük klitoral başlıq toxuması sadə bir estetik əməliyyat ilə korreksiya olunur.

Nəticə

Klitoral örtüyün əsas funksiyası bu həssas orqanı lazımsız sürtünmədən qorumaqdır. Normalda cinsi oyanma klitor başının şişməsinə və irəliləməsinə səbəb olur. Ancaq başlıq çox böyükdürsə, bu baş vermir. Bundan əlavə, intim zonada artıq dəri alt paltarı geyinərkən narahatlıq yarada bilər. Hudoplastika qadının cinsi həyatının keyfiyyətini yaxşılaşdırmaq və ya bərpa etmək üçün klitor örtüyünun normal ölçüsünü və hərəkətliliyini bərpa etməkdir.