Vagina-uşaqlıq yolu dəhlizindən uşaqlıq boynuna qədər uzanan əzələ və liflərdən ibarət elastiki kanaldır. Vagina əsasən doğmuş qadınlarda genişlənir. Genişlənmiş və elastikliyini itirmiş vagina cinsi əlaqə zamanı cinsi hissiyatın azalmasına və cinsi həzzin zəifləməsinə səbəb olur. Bundan başqa vaxtında vaginoplastika olunmazsa uşaqlıq yolunun ön divarının, arxa divarının və nəhayət uşaqlığın özünün sallanmasına səbəb ola bilər. Bu da öz növbəsində sidik ifrazının pozulmasına sidik , qaz və nəcisin saxlanılmamasına və uşaqlığın itirilməsinə səbəb ola bilər.
Vaginoplastika-əməliyyatı zamanı uşaqlıq yolunun ətrafındakı yumşaq toxuma və əzələlərin elastikliyi bərpa edilir və nəticədə uşaqlıq yolu daraldılır. Həmçinin əməliyyat sırasında sidik qaçırma, qəbizlik və aralığın çapıqlaşması (doğuşdan sonra qoyulmuş tikişlərin açılması və ya infeksiyalaşması nəticəsində) kimi şikayətlər varsa aradan qaldırılır. Vaginoplastika əməliyyatına müraciət edən xəstələrin 90%i cinsi əlaqə zamanı əziyyət çəkən xanımlar olur.