• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Hamiləlik dövründə doppleroqrafiya

Hamiləlik – çox gözəl vaxtdır, lakin körpənin dünyaya gəlməsi hamilə qadında həm sevincli, həmdə ki, qorxulu hissərlə müşaiyət olunur. Gələcək analar, ultrasəsin zərərli təsiri haqqında müxtəlif “hekayələrə” qulaq asıb, belə müayinələrdən keçməyə qorxurlar. Adi ultrasəs müayinəsi körpənin inkişafını qiymətləndirmək üçün aparılır, amma bundan başqa müəyyən müddətlərdə hamilə qadınlara ultrasəs müayinənin növlərindən biri hesab edililən doppleroqrafiya aparılmalıdır .

Dopplerin köməyi ilə nəyi bilmək olar?

Dopplerometriya gələcək ananın və onun körpəsinin arasında gedən qan dövranını öyrənən üsullardan biridir. Son illərdə bu üsuldan hamiləliyin ikinci yarısında ( 20 həftədən sonra ) geniş istifadə etməklə yanaşı həm də erkən müddətlərə belə ( 11-14 həftə arası müddətlərdə), məsələn preeklampsiya risk qrupunda olan hamilə qadınları üzə çıxardılması üçün istifadə edilir. Bu müayinin nəticəsində körpənin ürəyinin sağlamlığı haqqında, ürək döyüntüsünü , həmçinin, onun müxtəlif orqanlarının nə dərəcədə qanla təchiz edilməsi haqqında məlumat əldə etmək mümkündür. Məhz doppleroqrafiya sayəsində ciftin fəaliyyətinin azlığını, göbək ciyyəsinin boynuna dolanmasını və ya dölün hipoksiyasını təyin etmək olar.

Doppler nə dərəcədə ziyansızdır?

Qeyd etmək lazımdır ki, məhz dopplerin köməyi ilə hamiləlik dövründə dölün inkişafına mənfi təsir edən faktorları əvvəlcədən aşkar etmək mümkündür, lakin eyni zamanda müayinəni aparan həkim cihazın istehlatçısından təhlükəsizliyi göstərən bütün informasiyanı bilməlidir, əsasən də dölün sümük və qaz ilə zəngin toxuması olan orqanlarına baxdıqda. Əgər cihazın ekranında bu göstəricilər əks olunmazsa, bu zaman həkim doppler müayinəsinin müddətini maksimal olaraq qısaltmalıdır.

Dopplerdən bütün hamilə xanımlar keçməlidirmi ?

İllər ərzində aparılan irimiqyaslı tədqiqatlar nəticəsində belə qənaətə gəlinib ki, hamiləlik dövründə doppler müayinəsi yalnız göstəriş olduqda aparılmalıdır. Buna sübut kimi müxtəlif illərdə aparılan nəticələrə görə dopplerin həssaslığının az olmasını göstərmək olar . Başqa sözlə desək, profilaktika məqsədi ilə doppler müayinəsi aparılmamalıdır. Göstərişlərin arasında isə aşağadakıları qeyd etmək olar:

Hamilə qadında olan müxtəif xəstəliklər:

1. Qestozlar;

2. Qan təzyiqinin yüksək olması;

3. Böyrək xəstəlikləri;

4. Ећəkərli diabet;

5. Qanda rezus konfliktlər;

6. Əvvəlki hamiləliklərin fəsadlı keçməsi.

Döldə yaranan müxtəlif fəsadlar;

1. Dölün inkişafdan qalması;

2. Ciftin erkən yetişməsi;

3. Dölün ürəyində müxtəlif qüsurlar;

4. Göbək ciyəsinin anomaliyaları.