Hamiləliyin ultrasəslə müayinə (USM) üsulları hamiləliyin 5-ci həftəsindən etibarən dölün ürək döyünmələrinin və 6-7-ci həftəsindən etibarən isə döl yumurtası təsvirinin müəyyən edilməsinə əsaslanır. Dölün ürək döyünmələrinin eşidilməsi hamiləliyin diaqnostikasında mütləq əlamət hesab olunur.
Hamiləliyin ultrasəslə müayinəsi (USM) aşağıdakıları müəyyən etməyə imkan verir.
– hamiləliyin ilkin dövrlərini ;
– dölün fiziki vəziyyətini ;
– uşaqlıqdankənar hamiləliyi ;
– doğuşdan qabaq dölün uşaqlıqdakı vəziyyətini ;
– ciftin (plasenta) yerləşdiyi nahiyyəni ;
-çoxdöllülüyü, dölyanı mayenin artıqlığı və hamiləliyin inkişafının digər xüsusiyyətlərini ;
– hamiləliyin müddətini və doğuş gününü ;
– dölün cinsini, çəkisini və digər ölçülərini.
Xüsusi göstərişlər yoxdursa, hamilələrin ultrasəslə müayinəsi 3 dəfəyə qədər və hamiləliyin 10 həftəliyindən sonra aparılır.