Reabilitasiya mərkəzi
Manual terapiya onurğa xəstəliklərini müalicə edən kompleks üsullardan ibarət müalicə növüdür.
Onurğanın bel və boyun nahiyəsində bəzən ağrılar əmələ gəlir. Bu onurğanın və disklərin sürüşməsi, qabarması nəticəsində baş verir. Belə hallar baş verdiyində fəqərə arası sinirlər sıxılır və əzələ spazmı artır. Manual terapevt xəstəliyə məruz qalmış nahiyəyə təsir edərək onurğanın və fəqərələr arası disklərin normal vəziyyətini bərpa edir, əzələ spazmını aradan qaldırır.
Manual terapiya ilə müalicə qaməti düzəldərək sərbəst hərəkəti təmin edir, əzələlərdə qanın mikrosirkulyasiyasını yüksəldir, əzələ tonusunu möhkəmləndirir və əzələ bağlarını elastikləşdirir.
Seroqen massaj krovatı. Əsasən Skalioz, Kifoz, Lordoz zamanı istifade olunur. Kürək nahiyyəsini nifrit roliklər vasitəsilə 40-45 dərəcə temperaturda massaj edib,nizamlayıcı xüsusiyyətə malikdir. Əzələdəki tonusların, artıq turşuların nizamlanmasında,onurğa sütununun tənzimlənməsində istifadə olunur.
Airnobius. Yapon istehsalı olan aparatdır. Ayaqların bel hissədən pəncə hissəyə qədər dartılmasında istifadə olunur. Vətərlərin, əzələlərin gərginliyini götürür. Kompleks müalicədə effektiv nəticə almaq üçün istifadə olunur.
Müalicəvi massaj. Müalicəvi massajın şox növləri var.Bizim kliniklada əsasən adı çəkilən xəstəliklərə görə massaj prosedurları tətbiq edilir. Burada məqsəd qan dövranının tənzimlənməsi , əzələlələrdə olan tonusun aradan qaldırılması, əzələlərdə yığılan süd turşularının qovulması, elastikliyin təmin olunmasından ibarətdir. Burada lazım olarsa manual massajlardan da istifadə olunur. Müalicəvi massaj, müalicəvi idmandan sonra bədəndə olan gərginliyin, yorğunluğun aradan qaldırılması üçün də istifadə olunur (rahatlayıcı massaj).
Miostimulyasiya. Bu aparat öz növbəsində massajın bir növüdür. Miostimulyasiyanın effekti ondan ibarətdir ki. əsas titrəmə massajlarını yerinə yetirir. Əl massajı ilə paralel olaraq, həkimin göstərişi ilə istifadə olunur. Massaj vaxtı ultraqırmızı işıq lampasından da müalicənin daha effektiv nəticəsi üçün istifadə olunur.
Qaçış trenajoru. Əsasən diaqnostikada istifadə olunur. Matorikanın tənzimlənməsi məşqləri zamanı ayaq əzələlərinin gücləndirilməsində də istifadə olunur.
İdman nərdivanı. Xəstəliyə uyğun olaraq idman hərəkətlərində istifadə olunur.
Xizək trenajoru. Əsasən diaqnostik xarakter daşıyır. Matorikanın tənzimlənməsində, əyripəncəlikdə istifadə olunur.
Velotrenajorlar. Ayaq əzələlərinin möhkəmlənməsi, əyripəncəlik, yastıpəncəlikdə istifadə olunur.
Kombayn.Güc trenajoru. Əl, qol, bel, ayaq məşqlərində çox istifadə olunur. Trenajorlar vasitəsilə əzələlər əvvəlcə zəiflədilir, effekt aldıqdan sonra gücləndirilir.
Proqramlar əsasında xəstəliyə uyğun olaraq müalicəvi idman məşqləri də keçirilir.
Çanaq-ayaq məşqləri üçün də trenajorlar var. Bu məşqlərin əsas vəzifəsi çanağın simmetriyasının tənzimlənməsidir.
Çanağı yuxarı-aşağı hərəkət hissəsini tənzimləyir, sağa -sola hərəkət mexanizminin tənzimlənməsini təmin edir, ayaqlarda əzələ gərginliyi götürülür, sonra isə gücləndirilir.
Miostimulyasiya, Seroqen və müalicəvi massajlar Skalioz, Kifoz, Lordozla yanaşı çəki atma məşqlərində də istifadə olunur.
Göstərişlər:
Osteoxondroz
radikulit
protruziya
onurğa yırtığı
qamət pozğunluğu
skolioz
baş ağrıları
miqren
Əks göstərişlər:
bədxassəli şişlər
qan-damar xəstəlikləri
yüksək hərarət
yüksək təzyiq
onurğanın iltihabı xəstəlikləri və s.
Osteoxondroz