Qaraciyəri qoruma mərkəzi
Hepatit B
Yer Kürəsi əhalisinin təqribən 1/3-də, yəni 2,4 milyarddan çox insanda bepatit B virusu ilə keçirilmiş infeksiyanın , 350 mly. insanda isə davam edən xronik infeksiyanın göstəriciləri aşkarlanır. Virusun mənbəyi insandır və parenteral yolla yoluxur. Yoluxanların 90-95 %-i sağalır, 5-10 % halda isə xəstəlik 6 aydan çox cəkməklə, xronik hala keçir. Xəstəliyin geniş spektrli klinik gediş variantları və son nəticələri vardır - az virus yüklü, qeyri - aktiv virus daşıyıcısından yüksək viremiyalı, aktiv hepatitlə kecən və acınacaqlı nəticələrə - qara ciyərin sirrozu və karsinomasına, qara ciyərdən kənar təzahürlərə səbəb ola biləcək variantlar müşahidə olunur. Bu gediş variantları isə özlüyündə xəstənin yaşı, immun statusunun vəziyyəti, yanaşı xəstəlikləri, irsiyyətindən asılı olur. Belə ki, uşaq və gənc yaşlarında yoluxanlarda xəstəliyin 30 yaşadək gediş vatiantı, daha gec yaşlarda yoluxanlardan fərqli olur. Hətta, bəzən qanda virusun miqdarının çox yüksək olmasına rəğmən, yaşdan və orqanizmin müqavimət imkanından, virusa cavab reaksiyasından asılı olaraq virus qara ciyərin iltihabına, zədələnməsinə səbəb olmaya bilər. Xəstəliyin gedişi və nəticəsi xəstənin ümumi halından, yanaşı xəstəliklərindən, digər viruslara – hepatit D, A , C, QİГ‡V-yə yoluxmasından da asılıdır.
Bütün bu sadalanlar onu vacib edir ki, hər bir insan sadalanan viruslardan yoluxma və qorunma yollarını bilməklə, yoluxub- yoluxmadıgının zamanında aşkarlanması məqsədiylə, həkim nəzarətində olmaqla vaxtaşırı tibii müayinələrdən keçsin. Hepatit B aşkarlanan hər bir şəxsə tibbi müayinələrin nəticəsi, qara ciyərin movcud vəziyyəti, yəni zədələnib-zədələnməməsi və zədələnmə dərəcəsindən asılı olaraq müvüfiq, fərdi yanaşma və müalicə planı seçilir. Əsas məqsəd – yaxşı halda virusun qandan tamamilə təmizlənməsinə, bu mümkün olmadığı halda orqanizmə ziyan verməyəcəyi miqdaradək azalmasına nail olmaqdır. Bunun üçün isə ciddi həkim nəzarəti altında bəzən uzunmüddətli, səbatlı müalicəyə və nəzarətə ehtiyac olur.
Hepatit B-yə yoluxmuş reproduktiv yaşlı qadınlarda və hamilələrdə müalicə taktikasının xüsusi özəllikləri mövcuddur. Bu onunla bağlıdır ki:
1. Hamiləlik özlüyündə hepatit B-nin gedış variantının dəyişməsinə səbəb ola bilər,
2. Hepatit B hamiləlik gedişində hamiləyə və dölə dair fəsadlara yol aça bilər və
3. Hepatit B virusu bətndaxili, doğuş vaxtı və doğuşdan sonrakı dövrdə uşağa ötürülə bilər.
Uşağın yoluxması isə 3 əsas amildən asılıdır:
1. Hamilə qadında hepatit B-nin qandakı doğuşqabağı virus yükünün səviyyəsindən(virus yükü yüksək olduqda uşağa ötürülmə riski artır; hamiləliyin üçüncü trimestridə müvafiq dərman müalicəsi ilə virus yükünü təhlükəsiz səviyyəyədək azaltmaq mümkündür) .
2. Doğuş zamanı uşağın ana qanı və servikal şirə ilə kontakt dərəcəsindən;
3. Yenidoğulmuşun adekvat aktiv və pasiiv immunizasiyasının aparilmasından(ilk 12 saatda hepatit B yə qarşı vaksinasiya və immunoqlobulin vurulması).
Bu 3 şərt adekvat idarə olunduğu təqdirdə hepatit B-nin uşaqa yoluxmasının qarşısı 80-95 % halda alınır. Bütün sadalananlar onu bir daha vacib edir ki, xronik hepatit B xəstəliyi olan və hamiləlik planlaşdıran xanımlar öncədən müvafiq müayinələrdən keçməli və lazım gəldikdə, hamilə olmazdan əvvəl virus yükünün azaldılması və ya itməsinə yönəlmiş müalicə almalıdır. Hamiləlik zamanı aşkarlanan HB zamanı da virusun uşağa ötürülməməsi üçün müvafiq yanaşma və müalicə taktikası seçilməlidir.
Tədqiqatlar göstərir ki, Hepatit B xəstəliyi olan ana, vaksinasiya olunmuş və immunoqlobulin vurulmuş körpəsini ana südü ilə qidalandıra bilər.
Hepatit C
Hepatit C (HC) - əsasən xronik gedişli, parenteral yoluxan, virus mənşəli, qara ciyərinin sirrozu və xərçənginə səbəb olma ehtimalı olan xəstəlikdir. Bir sıra qara ciyərdən kənar təzahürlərin inkişafı ilə müşayiət olunur. Virusun 10 genotipi aşkarlanıb, Azərbaycanda I genotip daha çox rast gəlinir. Son diaqnoz yalnız qanda virus RNT-si aşkarlandıqdan sonra qoyula bilər. Kəskin HC 15-50% halda 8-12 həftə ərzində öz-özünə sağala bilər, əgər bu müddət ərzində virusdan təmizlənmə baş vermirsə, xronikləşmənin qarşısının alınması üçün müalicənin başlanması cox vacibdir. Xronik HB –dən fərqli olarq, bütün xronik HC xəstələr müalicəyə potensial namizəddirlər və müalicə olunmalıdır! Müalicəyə qədər bütün pasientlər nəzərdə tutulan müayinələrdən keçməlidir. Effektiv dərmanların kəşf edilməsi, sınaqdan keçirilməsi və uğurlu nəticələri son illər çox dramatik, sürətlə inkişaf etmiş və 98-100% halda virusdan azad olmağa nail olunan dərmanlar alınmışdır. Virusdan azad olunmuş xəstədə qara ciyərinin iltihabı azalır, fibroz əksər halda, 50% halda isə sirroz geriyə çıkilir, qara ciyərinin xərçənginin baş vermə riski 50%, qara ciyərinin xəstəliyi ilə bağlı ölüm riski 90% azalır. Müalicəyə qara ciyərdə fibroz inkişaf etməzdən və digər ağırlaşmalar baş verməzdən öncə başlanılmalıdlr. Müalicənin təhlükəsizliyinə və effektivliyinə nəzarət olunmalıdır. Müalicədən öncə, müalicə dövrü və müalicədən sonra xəstə monitorinq olunmalıdır. Fibrozun yüksək dərəcədə inkişafı, HC ilə bağlı ağırlaşmaların baş verdiyi hallarda müalicəyə təcili, ləngimədən başlanılmalıdır. Hətta, əvvəllər könə müalicə sxemi və dərman müalicəsi uğursuz nəticələnmiş pasientlər yeni virus əleyhinə dərmanlar və müasir müalicə yanaşması iə tam sağalma imkanına malikdirlər.
Qaraciyər sirrozu
Xronik, inkişaf edən, çoxsəbəbli xəstəlikdir. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı tədricən azalır və onların yerini çapıq toxuması tutur. Г‡apıqlaşma müxtəlif səbəblərdən baş verən xronik iltihabi proses nəticəsində formlaşır. İlk mərhələlərdə qaraciyər öz funksiyalarını yerinə yetirir. Lakin sirrotik dəyişikliklər artdıqca qaraciyər öz funksiyalarını tam həyata keçirə bilmir.
Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, qlikogen adlanan maddənin toplanması və lazim gəldikdə onu qlükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.
Qaraciyərdə xroniki zədələnməni (iltihabı) yaradan aşağıdakı səbəbləri qeyd etmək olar: uzunmüddətli spirtli içki qəbulu; Hepatit B, Hepatit C; kistalı Fibroz ; öd yollarının destruksiyası (ibtidai bilar sirroz); qaraciyərdə yağın toplanması (qeyri-alkoqol mənşəli piyli qaraciyər xəstəliyi); öd yollarının çapıqlaşması və daralması (birincili sklerozlaşdıran xolangit); bədəndə dəmirin toplanması (hematoxromatoziz); immun sistemi xəstəliyi nəticəsində yaranan qaraciyər xəstəliyi (avtoimmun hepatit); inkişaf etməkdə olan ölkələrdə bəzi parazitlər (schistosomiasis); yenidoğulmuşlarda öd yollarının qeyri-kafi formalaşması (Biliar atrezia); enerji ehtiyatının toplanması və lazım gəldikdə paylanması funksiyasının pozulması (qlikogen topanması xəstəliyi); qaraciyərdə misin toplanması (Wilson xəstəliyi).
Sirroz zamanı aşağıdakı əlamətlər qeyd edilə bilər: yorğunluq, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, dəri örtüyünün saralması, dəridə qaşlnma, tez-tez və asan qanaxma halları, bədən səthində asanlıqla yaranan qançırlar, qarında maye toplanması, ayaqda şişkinlik, çəkinin azalması.
Sirrozlu xəstələr infeksion xəstəliklərə daha tez tutulur, maddələr mübadiləsinin pozğunluğu, qanda toksinlərin artması, qapı venasında təzyiqin artması – portal hipertenziya və qida borusu venalarının varikoz genişlənməsi və həyat üçün təhlükəli qanaxmalar, qaraciyər xərçənginin formalaşma riski( odur ki, sirrozu olan xəstələrə tez-tez ultrasonoqrafik müayinədən keçmək tövsiyyə olunur) müşahidə olunur.
Aşağıdakı müayinələr tövsiyyə olunur:qanın ümümi analizı (protrombin müddəti); qanın biokimyəvi analızı (AST, ALT, QF, ümumi zülal, bilirubin və fraksiyaları); virislara görə analiz, USM, Kompüter Tomoqrafiyası, MRT, Elastoqrafiya və ya Qaraciyər Biopsiyası.
Sirrozun tam müalicəsi mümkün olmasa da, onun inkişafının, dərinləşməsinin qarşısını almaq mümkündür. Xəstəlik ilkin mərhələlərdə müəyyən edilərkən onun müalicəsində daha qənaətbəxş nəticələr əldə edilir. Müalicə zamanı əsas məqsəd sirrozun yaranmasına səbəb olan faktor və ya faktorların aradan qaldırılmasıdır (spirtli içki qəbulunun dayandırılması və ya vrus hepatitlərinə qarşı müalicə).
Sirroz zamanı meyadana çıxan ağırlaşmaların (qarın boşluğnda yığılan maye (assit) və aşağı ətraflarda yaranan şişkinlik, portal hipertenziya, laxtalanma pozulmamarı) aradan qaldırılması müalicəsi də diqqət mərkəzində saxlanılır. Pəhrizə ciddi əməl olinmalıdır.
Vital Klinikanın mütəxəssis həkimi Zakir İsmayılov tərəfindən Hepatit B və C çox uğurlu müalicə olunur.
Əlaqə nömrələri: 012 449 99 99. 050 285 95 38
Qaraciyərinizi xərçəngdən,sirrozdan qoruyun.Hepatit B və C-ni müalicə edin!