Laparoskopik xolesistektomiya
Öd kisəsini içində daş olduğuna görə deyil, daş yaratdığına görə kəsib götürmək lazımdı..
Karl Langenbux.
1882 –ci ildə Karl Langenbux (Berlin) xolesistektomiya (öd kisəsinin götürülməsi) əməliyyatını geniş cərrahi praktikaya gətirdi. O vaxtlar bu əməliyyatlar ağır keçirdi, ilk pasient yalnız 7 həftədən! sonra evə yazıldı.
Əlbəttə 100 ildən artıq müddətdə əməliyyatın aparılma texnikası get-gedə kamilləşib, fəsad halları azalıb. Lakin öd kisəsinin laparoskopik üsulla götürülməsi əməliyyatları cərrahiyyənin imkanlarını hədsiz dərəcədə genişləndirdi.
Bu gün laparoskopiya—öd kisəsində daş olduqda əsas əməliyyat metodudur. Və Karl Langenbuxun dediyi kimi "Öd kisəsini içində daş olduğuna görə yox, daş yaratdığına görə kəsib götürmək lazımdı”. Məsələ ondadır ki, daşlar normal işləyən öd kisəsində yaranmır. Yəni əvvəl öd kisəsinin funksiyası pozulur, sonra orda yaranmış durğunluq fonunda daşlar əmələ gəlir. Təəssüf ki, bu xəstəlikdən cərrahiyyəsiz qurtulmaq mümkün deyil. Öd daşlarının dərmanlarda əritmək cəhdləri hər dəfə uğursuzluqla nəticələnib.
Müasir cərrahiyyədə laparoskopik öd kisəsi əməliyyatı "qızıl standart” hesab olunur. Əməliyyat texmikası, alətləri get-gedə kamilləşir. Əməliyyat nə gədər tez olunarsa, nəticələr o gədər yaxşı olacaq. Məsələ ondadır ki, öd daşı xəstəliyi uzun müddət davam edirsə, mədəaltıvəzdə iltihab yaranır, qaraciyərin onikibarmaq bağırsağın funksiyası pozulur. Bundan əlavə peritonit, öd kisəsinin irinli iltihabi, mexaniki sarılıq kimi ağırlaşmalar da baş verə bilər. Bu zaman isə tamam başqa əməliyyatlar, başqa nəticələr gözlənilir.
Buna görə də cərrahiyyədə belə bir qayda var: "Bu gün daşlar aşkar olunub—sabaha əməliyyat təyin olunur”. Öd kisəsində daşlardan başqa poliplər də aşkar oluna bilər. Bu halda da öd kisəsi laparoskopik üsulla götürülməlidir, çünki poliplərin xərçəng xəstəliyinə keçmək ehtimalı çox yüksəkdir.
Belə əməliyyat zamanı böyük kəsik yerinə 3 balaca dəlik açılır. Qarın boşluğu divarının travması minimal olur. Bu da laparoskopik əməliyyatın üstünlüklərini yaradır:
• əməliyyatdan sonra ağrılar cüzi olur, cəmi 2-3 gün davam edir;
• pasiyent əməliyyatdan bir neçə saatdan sonra ayağa qalxır, və özünə qulluq edə bilir;
• xəstəxanada qalma müddəti bir gündən artıq olmur;
• əməliyyatdan sonra yırtıq əmələ gəlmə riski çox aşağı olur;
• laparoskopik əməliyyatdan sonra iz, çapıq qalmır.
"Vital Laparoskopik Cərrahiyyə Mərkəzi”nin cərrahlarının endoskopik xolesistektomiya əməliyyatlarının edilməsində böyük cərrahi təcrübəsi var. Siz bizdə bu barədə hər zaman məlumat və məsləhət ola bilərsiz. Unutmayın daşlı öd kisəsi nə qədər tez götürülərsə, nəticə o qədər yaxşı olar.