Yumurtalığın kistası zamanı şikayətlər

Yumurtalığın kistası zamanı şikayətlər:

Yumurtalıqda kista olan qadınların əksəriyyəti xəbərsiz olur , çünki, kiçik kistalar əlamətsiz olur. Kista böyükdükcə, qadın aşağıdakı simptomları hiss edə bilər:

-sanki anal nahiyyədə ağırlıq hissiyatı,

-qarnın aşağı hissəsində küt ağrılar. Bu ağrılar fiziki iş zamanı, habelə seks zamanı yaranır və ya güclənir

- kiçik çanaqda ağırlıq və təzyiq hissi,

- sidik ifrazı zamanı ağrılar və tezləşmiş sidik boşaltma,

-yanlış defekasiya çağırışları.

Kistanın ağırlaşmaları (burulma, partlama və irinləmə) zamanı qarında güclü ağrılar,ürəkbulanma, qusma və hərarətin yüksəlməsi ola bilir. Bu cür simptomlar meydana gəldikdə, mümkün qədər tez bir zamanda ginekoloqa müraciət etmək və ya təcili yardım çağırmaq lazımdır. Г‡ünki həyat təhlükəsi yarada bilər.

 

 

Həkim ginekoloq Məcidova Nigar


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.