Süd vəziləri quruluşu və funksiyası

Süd vəzilər qadın dölyaratma sisteminin bir hissəsi olub təbiət tərəfindən uşaqların ana südü ilə qidalandırılması (laktasiya) üçün nəzərdə tutulmuşdur. Süd vəzilərinin forması, ölçüləri hər bir qadında fərdi şəkildə olur. Onu da qeyd etmək lazımdir ki, nə ölçüsü, nədə forması qadının uşağı əmizdirmək qabiliyyətinə heç bir təsir etmir.

Süd vəzilərinin birinin ölçüsü digərindən az dərəcədə kiçikdirsə, bundan qorxmaq lazım deyil belə assimetriya normal hesab edilir. Bu assimetriya xeyli dərəcədə olduqda isə mütləq həkimə mraciət etmək tövsiyyə olunur. Qadında süd vəziləri praktik olaraq olmadıqda (kifayət qədər az təsadüf edən hallarda olur) bu, yumurtalıqların və uşaqlığın da inkişafdan qalmasına işarə edir.

Süd vəzilərinin tam şəkildə inkişaf etməsi ancaq hamiləlik zamanı baş verir. Uşağın əmizdirilməsi başa çatdıqdan sonra isə süd vəzilərinin ölçüləri bir qədər azalsa da hamiləliyə qədər olan ölçülərdən artıq olur.
Süd vəzilərinin vəziyyətinə qadının reproduktiv sistemi, endokrin sistemi və digər orqanlarının normal vəziyyətdə olub-olmaması təsir edir. Müxtəlif hormonal pozğunluqlar, qeyri-mütəmadi aybaşı tsiklinin olması, müxtəlif ginekoloji xəstəliklər (uşaqlığın miomasi, endometrioz və.s.) endokrin vəzilərinin funksiyasının müxtəlif pozğunluqları, piylənmə, qaraciyərin funksiyasının pozulması və bu kimi digər xəstəliklər zamanı qadınlar əksər hallarda həkimə süd vəzilərində olan müxtəlif şikayətlərlə müraciət edirlər. Qeyd edilən patalogiyalar müalicə edildikdən sonra süd vəzilərindəki pozğunluqlarda adətən keçib getmiş olur.

Qadınlar hər zaman öz süd vəzilərinin vəziyyətinə çox diqqətlə nəzarət etməlidirlər. Süd vəzilərində ağrıların, düyünlərin olması, süd vəzi giləsindən istənilən rəngdə olan müxtəlif ifrazatın və ya südün (qadın hamilə olmadıqda və uşaq əmizdirmədikdə) xaric olması və bu kimi digər hallarda qadınlar mütləq şəkildə həkim-ginekoloqa müraciət etməlidirlər.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.