Ећəkərli diabet

Ећəkərli diabet zamanı yaranan təxirəsalınmaz hallar xəstənin qanında qlükozanın çox yüksək (hiperqlikemiya) və ya çox aşağı (hipoqlikemiya) olması ilə bağlı olur.
Hiperqlikemiya - insulin dozasının azlığı və ya inyeksiyanın vaxtında olunmaması, insulinin yeridilmə texnikasının pozulması, pəhrizin pozulması, bəzi dərman preparatlarının qəbulu və.s. nəticəsində yarana bilər.
Hipoqlikemiya - qanda şəkərin səviyyəsini aşağı salan preparatların yüksək dozada qəbulu. Qeyri-adekvat qida qəbulu, böyük fiziki yük, çox miqdarda alkoqol qəbulu, bəzi dərman preparatlarının qəbulu.

Ећəkərli diabetdə təxirəsalınmaz halların simptomları:
- Tezləşmiş nəbz.
- Tezləşmiş tənəffüs.
- Sidik ifrazının tezləşməsi.
- Aclıq və ya susuzluq hissi.
- Nəfəsdə aseton qoxusu.
- Tərləmə.
- Başgicəllənmə, yuxululuq, süurun qarışıqlığı və qəribə davranış.
- Bəzən qıcolmalar və huşun itməsi.

İlk yardım:
- Bəzən xəstə özü şirin qida qəbul etməli olduğunu başa düşür. Bir sıra hallarda xəstələr şəkər tərkibli preparatları özləri ilə gəzdirirlər.
- Xəstə qida və maye qəbul edə bilirsə, ona şirin qida və ya şirin maye, və ya adi qənd verin.
- Bir neçə dəqiqə ərazində xəstənin vəziyyəti yaxşılaşmazsa Təcili yardım çağırın.
Qanda şəkərin səviyyəsi çox aşağıdırsa, şirin qida qəbulu kifayət qədər tez öz müsbət təsirini göstərir, əks təqdirdə qanda şəkər çox yüksək olduqda əlavə şəkər qəbulu o qədər də böyük zərər verir.
- Huşsuz vəziyyətdə olan xəstəyə qida və ya maye verməyə çalışmayın.
- Xəstənin ümumi vəziyyətinə nəzarət edin, bədən hərarətini normal səviyyədə saxlamağa çalışın və Təcili yardım çağırın.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.