Qadın reproduktiv sisteminin humoral regulyasiyası

Tibb elmində qəbul olunmuş nəzəriyyələrə görə həm qadının, həmdə kişilərin reproduktiv sistemi baş beyini tərəfindən idarə olunur. Bu bir neçə mərhələdə baş verir:
1. Beyin qabığı, hipotalamus və hipofizin fəaliyyətinə bilavasitə təsir edən maddə olan neyromediatorlar istehsal edir;
2. Hipotalamus baş beyinin bir hissəsidir. Burada relizinq-hormonlar adlanan xüsusi maddələr ifraz edilir ki, onlar da hipofiz vəzisi tərəfindən digər hormonların hazırlanmasını tənzimləyir;
3. Hipofiz baş beyində yerləşən bir vəzidir. Bu vəzidə daxili sekresiya vəzilərinin və bütünlükdə bütün orqanizmin fəaliyyətini tənzimləyən xüsusi hormonlar hazırlanır. Məhz bu vəzidə bilavasitə yumurtalıqların fəaliyyətinə təsir edən qonadotrop hormonlar (lyüteyinləşdirici hormon LH, follikulstimullaşdırıcı hormon FSH,) və prolaktin hazırlanır;
4. Qonadotrop hormonların təsiri altında qadın yumurtalıqlarında estrogenlər (qadın cinsi hormonları), androgenlər (kişi cinsi hormonları) və progesteron hormonlarının hazırlanması və ifraz edilməsi baş verir. Digər hormonlara nisbətən androgen hormonlar qadın orqanizmi tərəfindən daha az miqdarda hazırlanır.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.