Qadınların dölyaratma sistemi (reproduktiv sistem)

Qadınların reproduktiv (dölyaratma) sistemi yeni həyatın əmələ gəlməsini, hamiləliyin inkişaf etməsi və saxlanılmasını və doğuşla başa çatmasını təmin edir. Anotomik qurluşuna görə qadının reproduktiv üzvlərini 2 hissəyə ayırırlar:
- Xarici qadın cinsiyyət üzvləri,
- Daxili qadın cinsiyyət üzvləri.
Xarici qadın cinsiyyət üzvlərinə vulva (böyük və kiçik cinsi dodaqlar, klitor, uşaqlıq yolu önü vəzilər) və uşaqlıq yolu, daxili qadın cinsiyyət üzvlərinə isə uşaqlıq, uşaqlıq (və ya Fallopi) boruları və yumurtalıqlar aiddir.

Xarici qadın cinsiyyət üzvləri (orqanları).
Qızlarda xarici və daxili cinsiyyət üzvlərinin sərhədi qızlıq (bəkarət) pərdəsi hesab edilir. Bəkarət pərdəsi, aybaşı (menstruasiya) zamanı uşaqlıq səhtindən ifraz olunan qan kütləsinin axıb xaric olması üçün səthində bir, iki və ya daha çox sayda dəlikləri olan elastik pərdədir.
Əksər qadınların fikirlərinin əleyhinə olaraq, həkim tərəfindən ginekoloji müayinə apardıqdan sonra heç də hər zaman onun qız və ya qadın olmasını qəti şəkildə söyləmək olmaz. Qızlıq pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç də bütün hallarda qadının keçmiş seksual həyatı barədə qəti şəkildə fikir söyləməyə imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarından alınan travma, yıxılma, bacarıqsız yuyunma və.s. nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər. Bəzi hallarda isə qız uşaqlarında anadangəlmə olaraq qızlıq pərdəsi ya olmaya bilər, yada uşaqlıq girişini natamam şəkildə örtə bilər. Və əksinə, cinsi akt heç də hər zaman qızlıq pərdəsinin cırılmasına (deşilməsinə) səbəb olmaya bilər. Belə ki, bəzi hallarda, daha elastik olması nəticəsində qızlıq pərdəsi dartılsa da deşilmə ilə nəticələnmir.

Bəzi hallarda cinsi inkişaf dövründə, ikinci cinsi əlamətlərin normal inkişaf etməsi fonunda qız uşaqlarında menstruasiyının (aybaşının) olmaması və hər ay qarının aşağı hissəsində ağrıların olması baş verə bilər. Bu zaman qızlıq pərdəsindəki dəliyin tam şəkildə tutulmasından şübhələnmək olar. Belə hallarda təcili olaraq həkim müdaxiləsi tələb olunur.

Qızlıq pərdəsinin tamlığı, adətən, ilk cinsi akt zamnı pozulmuş olur. Bu tamlığın pozulması anında bir qədər ağrı hissiyatı əmələ gəlir və az miqdarda qan xaric olur. Bəzi hallarda isə cinsi əlaqə zamanı qızlıq pərdəsinin cırılması kişi və qadın tərəfindən özünü heç bir əlamətlə büruzə vermir. Yadda saxlamaq lazımdır ki, bəzi hallarda qızlıq pərdəsinin tamlığının pozulmaması halında da qadınlarda hamiləlik baş verə bilər. Belə ki, qadının xarici cinsiyyət üzvlərinə düşmüş kişi cinsi hüceyrələri (spermatozoidlər) qadın cinsi hüceyrələri ilə mayalanmaq üçün qızlıq pərdəsinin tamlığı pozulmadan da onun üzərindəki dəlikdən qadının daxili cinsiyət üzvlərinə daxil ola bilər. Tibbi praktikada belə hallara heç də az təsadüf edilmir.

Qarının aşağı hissəsindəki üçbucaq formalı hündürlük sahəsi qasıq (zöhrə təpəciyi) nahiyyəsi adlanır. Cinsi inkişaf dövrünün başlanması ilə dərialtı piy təbəqəsi yaxşı inkişaf etmiş bu sahə qısa və zərif tüklərlə örtülmüş olur. Tüklü sahənin yuxarı hissəsi, adətən, horizontal xətt üzrə sərhədlənir. Tüklərin bu sərhəddən yuxarı paz şəklində yayılması orqanizmin hormonal balansının pozulması ilə əlaqədar ola bilər. Cinsi hormonların çatışmazlığı zamanı isə bu sahənin tükslənməsi çox zəif olur.

Zöhrə (qasıq) təpəciyi aşağı hissədə dərialtı piy təbəqəsi ilə zəngin, uzunsov formalı dəri qatından ibarət olan böyük cinsiyyət dodaqlarına keçir. Onların xarici hissəsi tük təbəqəsi ilə örtülmüş olur, daxili tərəfləri isə selikli qişanı xatırladır.
Kiçik cinsiyyət dodaqları böyük dodaqlardan içəri tərəfə olmaqla yerləşən dəri qatından ibarətdir. Kiçik cinsiyyət dodaqlarının daxili səthi seliklə örtülmüş olur və xeyli sayda sinir ucları və qan damarları ilə zəngindir.
Böyük cinsiyyət dodaqlarının arasında cinsiyyət yarığı yerləşir. Böyük dodaqların daxili səthində cinsiyyət yarığını isladan möhtəviyyatı, bartolin vəziləri ifraz edir. Cinsiyyət yarığının yuxarı hissəsində, kişi cinsiyyət üzvünə bənzəyən amma ölçüsü kiçik olan bir orqan klitor, ondan bir qədər aşağıda isə sidik kanalının xarici dəliyi yerləşir. Qızlıq pərdəsindən sonra başlayan uşaqlıq yolu (uzunluğu 8-12sm və eni 2-3sm olan) uzunsov boru şəkilli bir orqandır. Anotomik olaraq kiçik çanaq çanaq boşluğunda yer tutmuş olan uşaqlıq yolunun ön tərəfində sidik kisəsi və arxa tərəfində isə düz bağırsaq yerləşmişdir. Uşaqlıq yolunda köndələn şəkilli büküşlər vardır ki, buda onun 20sm-dək uzanmasına imkan verir. Uşaqlıq yolunun divarları əzələ və birləşdirici toxumalardan təşkil edilmiş, səthi isə selikli qişa ilə örtülmüşdür. Uşaqlıq yolu yuxarı hissədə uşaqlıq boynunu əhatə edir.

Daxili cinsiyyət üzvləri
Uşaqlıq armudvari formada olub geniş hissəsi yuxarı tərəfə yönəlməklə anotomik olaraq önünüdə sidik kisəsi, arxasında isə düz bağırsaq olmaqla kiçik çanaq boşluğunun mərkəzində yerləşir. Uşaqlığın ölçüsü toyuq yumurtası boyda , çəkisi isə cavan qadınlarda 50qr yaxındır. Yuxarı geniş hissəsi uşaqlıq cismi, aşağı hissəsi isə uşaqlıq boynu adlanır. Xarici tərəfədən uşaqlıq qalın qatla, daxili tərəfədən isə zərif selikli qişa ilə (endometrium) ilə örtülmüşdür. Endometrium qişasında mütəmadi (periodik) olaraq menstruasiya dövrünün (tsiklinin) müxtəlif mərhələlərinə (fazalarına) uyğun dəyişikliklər baş verir. Uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunan xüsusi maddə uşaqlıq boynu kanalında selikli tıxac şəklində yığılaraq, uşaqlıq boşluğuna xaricdən xəstəliktörədici mirobların daxil olmasının qarşısını alır.

Yumurtalıqlar iki sayda olmaqla uşaqlığın sağ və sol tərəflərində yerləşirlər. Uzunluğu 2.5-4sm, eni 1.5-2sm ölçüsündə uzunsov formada olan yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməsi və saxlanması baş verir. Yumurtalıqlar yumurta hüceyrələrini qız uşağının bətndaxili inkişaf dövründən başlayaraq toplamağa başlayırlar. Belə ki, yenidoğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə yumurta hüceysi olur. Bütün bur hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən 12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlanmasından kilmaks (aybaşının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-400sayda menstrual tsikl olur. Bununda nəticəsində o qədər sayda da mayalanma qabiliyyəti olan yumurta hüceyrələri (qadın cinsi hüceyrələri) yetişdirilmiş olur.

Bundan başqa, yumurtalıqlar, həmçinin daxili sekresiya üzvlərinə də aid edilir. Beləki, onlar əsas qadın cinsi hormonlarını estrogenləridə hazırlayırlar. Bu hormonların təsiri altında qadın cinsiyyər üzvləri inkişaf edir, qadınlara məxsus xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin tüklənməsi və.s) həmçinin qadınalara məxsus cinsi həssaslıq (temperament) inkişaf etmiş olur.

Uşaqlıq cismini yuxarı hissəsinin sol və sağ tərəflərindən ayrılan uşaqlıq (Fallopi) boruları yerləşir. Uşaqlıq boşluğundan başlayan bu boruların saçaq şəkilli çıxıntılarla qurtaran qıf formalı digər ucu isə yumurtalıqlara yaxın olmaqla qarın boşluğuna açılır. Borunun uzunluğu 10-12sm, boşluğunun diametri isə bir neçə mm olur. Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının qurluşu kifayət qədər mürəkkəb olur. Bu borular bir neçə funksiya daşıyırlar. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun ucundakı qıf hissəyə, ordan isə borunun içərisi ilə uşaqlıq boşluğuna ötürürlər.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.