Qlaukoma

Qlaukoma, adətən 40 yaşlarından sonra başlayır , tədricən inkişaf edərək, korluğa səbəb olan xəstəlikdir. Gözdaxili təzyiqin qalxması səbəbiylə optik sinirin geriyədönməz dəyişikliyi baş verir. Qlaukoma xəstələrində getdikcə periferik görmə sahəsinin daralması hesabına periferik görmə itir. Xəstəlik heç bir simptom vermədən irəlilədiyi üçün mütəmadi göz müayinələri çox vacibdir. Qlaukoma xəstəliyində itirilən görmə bərpa olunmadığından görmənin saxlanılması üçün erkən diaqnostika və müalicə zəruridir. Əgər xəstəliyə erkən mərhələlərdə diaqnoz qoyulsa, göz damcıları və ya sadə bir lazer müalicəsi istifadə olunur. Dərman müalicəsinə adekvat cavab verməyən xəstələrdə cərrahi əməliyyata ehtiyac olur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.