Diabetli xəstələrdə göz əlamətləri

Diabet mədəaltı vəzinin ifraz etdiyi insulin hormonunun tam və ya qismən çatmamazlığı nəticəsində qanda şəkərin yüksəlməsi ilə özünü biruzə verən xəstəlikdir. İrsi factor, piylənmə, hərəkətsizlik və hipertoniya xəstəliyi şəkərə tutulma riskini artırır. Tez-tez yaranan aclıq və susama, arıqlama və yorğunluq xəstəliyin əsas əlamətlərindəndir. Hamiləlik, anemiya, hipertoniya, böyrək xəstəlikləri şəkərli xəstələrdə göz tutulması riskini artırır.
2 cür diabet varЧѓ
1.İnsulinə bağlı diabet (Д®-tip) əsasən 10-20 yaş arasında olan insanlarda təsadüf olunur, lakin daha yaşlı insanlarda da rast gəlinir.
2.İnsulindən asılı olmayan diabet əsasən (О™О™-tip) 50-70 yaş arasındakı insanlarda rast gəlinir.

. DİABETİN GЗ‘ZƏ TƏSİRİ
Diabet gözdə katarakta ,qlaukoma, diabetik retinopatiya kimi xəstəliklərin meydana çıxmasına və görmə qabiliyyətinin azalmasına səbəb olur. Diabetdə görmənin itməsinə digər hallara nisbətən 25 dəfə çox rast gəlinir. 20-65 yaş arasındakı insanların görmə qabiliyyətinin itməsinin ən çox rast gəlinən səbəbi şəkərli diabetdir. Diabetik xəstələrdə göz zədələnmələri 10 illik xəstələrdə 20%, 30 illik xəstələrdə 80% təşkil edir. Lakin tibbin inkişafı nəticəsində aparılan tədbirlər görməni ciddi şəkildə pozan faktorları aradan qaldırır.

MЗ“AYİNƏ VƏ MЗ“ALICƏ
Əvvəl gözdə torlu qişaya baxılır. Əgər retinopatik əlamətlər mövcuddursa torlu qişanın damarlarının angioqrafiyası aparılır.
Angioqrafiyada tutulmuş damarlar və yeni yaranan damarlar müəyyən edilirsə lazer mualicəsi ilə xəstənin görməsi bərpa olunur. Göz içi qanama mövcuddursa ultrasonoqrafiya aparılaraq gözün arxa divarının vəziyyəti müəyyən edilir. Gözün torlu qişasının damarlarında tutulma və ya yeni əmələ gəlmiş damarlar müəyyən edilərsə xəstədə lazer müalicəsi aparılır. Bu müalicə gözdə tutulmuş sahələrin oksigenə olan ehtiyyacını ödəmək üçün anormal damarların əmələ gəlməsinə, qanamalara və gözün görmə qabiliyyətinin itməsinə mane olur. Vitrektomiya adlı mikrocərrahi yolla göz içinə girərək zərər verən toxumalar təmizlənir, xəstələrin görmə qabiliyyəti bərpa olunur.

DİABETİK RETİNA XƏSTƏLİYİ
Diabetin ən önəmli əlaməti torlu qişanın sinir təbəqəsində yaratdığı dəyişikliklərdir. Torlu qişada ödem (su tutulması ), qanama sahələri, yeni damarların əmələ gəlməsi baş verir. Yeni əmələ gəlmiş həssas damarlar da qanayaraq göz içi qanamaya səbəb olur. Xəstəliyin sonrakı gedişatında gözdaxili təzyiq yüksəlir.

BAЕ LANĞ MƏRHƏLƏ
Torlu qişa damarlarınn bir qismi hissə-hissə daralır, bir qismi isə genişlənib baloncuklar (anevrizma) əmələ gtirir. Zədələnmiş damarlardan qan və maye sızmağa başlayır. Nəticədə torlu qişada ödemlər əmələ gəlir. Bu zaman görmə tam itmir, lakin ödemlər görmənin zəifləməsinə səbəb olan factor kimi rol oynayr. Bəzi hallarda qansızmalar makulada (göz dibinin görmə mərkəzində) toplanaraq əsasən yaxından görməni pozur. Bu vəziyyət macula ödemi adlanır.15 illik diabetiklərdə 80% halda başlanğıc mərhələyə rast gəlinir.

2.PROLİFERATIV MƏRHƏLƏ
Damarların daralması nəticəsində oksigensiz və qansız qalan sahələrdə dəyişikliklər baş verir. Bu sahələrdə yelpikşəkilli yeni damarlar və qatlar meydana çıxır. Yeni damarların divarları nazik olur və asanlıqla qanayır. Əmələ gələn fibroz qat makulanın üzərini örtərək və torlu qişanı dartaraq görməni pozur. Diabetiklərin 20 % -də proliferativ mərhələ əlamətləri müşahidə olunur.

3.DİABETİK GЗ‘Z XƏSTƏLİYİ
Göz içində şüşəvari cismin hərəkəti və büzülməsi fibroz qatı dartmağa başlayır. Nəticədə incə damarlar qanayaraq göz içini doldurur. (Vitre içi qanama) Fibroz qat torlu qişanı dartaraq onun yırtılmasına səbəb olur. Bundan başqa yeni damarlar göz mayesinin bayıra axdığı yeri tutaraq göz təzyiqinin yüksəlməsinə səbəb olur.

ƏLAMƏTLƏR V Ə DİAQNOZ Diabetik retina xəstəliyində şikayətlər görmənin azalmasıyla başlayır. Bəzən illərcə bu xəstəlik əlamətsiz olur. Hamiləlik, yüksək təzyiq, ağır infeksiyalar diabetik retina xəstəliyini ağırlaşdırır. Diabetik retina xəstəliyinin ən yaxşı qorunma yolları müntəzəm olaraq göz müayinələrindən keçməkdir. Diabetik retina göz həkimi tərəfindən asanlıqla müəyyən edilə bilir. Hər xəstə ildə ən az 1 dəfə göz mayinəsindən keçməlidir. Göz dibi angioqrafiyası aparılaraq torlu qişa damarlarındakı dəyişikliklər aşkar edilir.
Göz dibi angioqrafiyası ( FFA)-son dərəcə asan bir müayinə metodudur. Göz bəbəyi damcılarla genişləndirilir. Qol damarlarından floresan adlı bir boya maddəsi yeridilərək boyanın göz içi damarlarında hərəkəti izlənilir və şəkli çəkilir. Beləliklə damarlardan sızıntılar, qanamalar, qidalanmayan sahələr, yeni damarlar və qatlar və s. dəyişikliklər müəyyən edilir. Nəticədə müalicə olunacaq sahələr aşkar edilir. Göz dibi angioqrafiyası diabetik retina əlaməti olmayan xəstələrdə kontrol məqsədi ilə ildə 1 dəfə, retina xəstəliyi əlamətləri olanlarda 6 ayda 1 dəfə aparılması tövsiyə edilir.

LAZER FOTOKOAQULYASIYASI Diabetik göz xəstəliyində torlu qişa təbəqəsindəki dəyişiklikləri və xəstəlikləri aradan qaldırmaq məqsədilə aparılır. Ağrısız bir müalicə metodudur. Göz bəbəyi genişləndirilir. Gözə müayinə linzası taxılır. Lazer müalicəsi aparılarkən xəstənin hiss edə bildiyi tək şey işıq parlamasıdır. Diabetdə lazer torlu qişaya 2 şəkildə verilir. Sadəcə local bir zədələnmə sahəsi varsa və ya ödem varsa yalnz o sahəyə lazer şüası verilir. Diabetik zədələnmələr yalnız bir sahədə deyilsə, macula bölgəsi xaric bütün torlu qişaya bir neçə seans lazer şüası verilir. Bu əsasən proliferativ mərhələdə olan xəstələrdə istifadə olunur.

Müalicə 2 yerə ayrılır.
О™- Torlu qişada yeni əmələ gələn damarları saxlamaq şərtilə lazer əmliyyatı aparılaraq göz icində qanama, torlu qişanın yırtılması və qlaukomann əmələ gəlməsinin qarşısı alınır.
О™О™- Macula adlanan görmə mərkəzində su toplanması olan xəstələrdə ödemi azaltmaq və ya yox etmək üçün aparılır. Bu zaman ödem keçsə və ya azalsa belə görmə qabiliyyəti artmaya bilər. Bunun üçün nə qədər erkən müalicə aparılsa görmə qabiliyyəti bir o qədər yaxşı vəziyyətdə qala bilər. Bununla yanaşı müalicə sonrası görmənin daha da yaxşılaşması və ya daha da pisləşməsi ola bilər.
Lazer müalicəsindən sonra göz içində qanama, torlu qişada yırtılma və qlaukoma və ya makula ödemi davam edərsə vitrektomiya əməliyyatı aparılır. Vitrektomiya əməliyyatı ilə müsbət nəticələr əldə etmək olur.

Xəstələr hansı şikayətlərlə həkimə müraciət edir?
Xəstələrdə əvvəl yavaş artan görmə zəifliyi ola bildiyi kimi ani olaraq görmənin itməsi də ola bilər. Bununla yanaşı xəstələrin görməsində heç bir dəyişiklik olmaya bilər. Bu da şəkər xəstələrində endokrinoloqla göz həkiminin yanaşı apardıqları müayinələr və müalicələr nəticəsində mümkündür. Erkən müayinə və müalicə və sıx-sıx aparılan kontrollar bir çox xəstələrdə ciddi görmə pozğunluqlarının qarşısını alır.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.