Demodekoz - kiprik gənəsi

Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.
Demodekoz zamanı insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür.
Demodekoz tək üz dərisində deyil, başin tüklü nahiyəsində, kipriklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kipriklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə “tökülən qum” hissiyatı əmələ gəlir. Demodeks parazitinin həyat fəaliyyəti nəticəsində orqanizmdə allergizasiya, üzdə Acne rosacea (qırmızı səpgi), seboreya, demadekoz blefarit və blefarokonyuktivit yaranır. Xəstəlik yaz və payız aylarında kəskinləşərək xroniki davam edir.





Kiprik demodekozunun əlamətləri:
Gözlərdə yorğunluq, qaşınma, şişkinlik, göz qapağı kənarlarının qızarması, kipriklərin, qaşların tökülməsi, kəpəklənməsi, kipriklərin bir-birinə yapışmasi.

Diaqnoz-həkim müayinəsi və laborator analiz əsasında qoyulur. Gözdən bir neçə kiprik götürülür və mikroskop altında baxılır.
Vital klinikada bu xəstəliyi çox təcrübəli, ali dərəcəli həkim-oftomoloq Rəfiqə xanım Rzayeva aparır. Müalicə təxminən 40 gün davam edir, tam sağalma ilə nəticələnir.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.