Göz yaşı

İnsan doğulan zaman ağlamağı bacarmır. Yenidoğulmuş uşaqlar sadəcə qışqırırlar və bir neçə həftədən sonra onların gözündən əsl gözyaşları ifraz olunmağa başlayır.

Gözyaşı nədir? Necə yaranır? İnsana faydası nədir?

GÖZYAЕћI NƏDİR?
Gözyaşı sadəcə su deyil, gözyaşı vəzilərinin xüsusi ifrazatıdır. Alveolyar-boru gözyaşı vəziləri göz yuvasının yuxarı-bayır kənarında, alın sümüyündə olan xüsisi çökəklikdə yerləşir.
Gözyaşının axdığı yol:
Gözyaşı vəzisindən gözyaşı aşağı göz qapağının altına düşür, gözləri qırpdıqda gözyaşı gözün səthinə yayılır. O, bütün göz səthini yuyur və gözün içəri bucağına doğru axır, gözyaşı gölündə (göz yarığının gözün medial (içəri) bucağında genişlənən nahiyəsi) toplanır. Buradan gözyaşı gözyaşı-burun kanalı ilə gözyaşı kisəsinə düşür və gözyaşı-burun axacağı ilə burun boşluğuna tokülür. Burada gözyaşı burnun selikli qişasını nəmləndirir və təmizləyir.

Gözyaşının əsas funksiyaları:
1.gözün və burnun selikli qişasını nəmləndirir.
Sakit halda 1 gündə 1ml-ə qədər gözyaşı ifraz olunur, reflektor qıcıqlanma zamanı ifrazat 10 ml-ə qədər arta bilər.
Gözyaşı ilə qanın kimyəvi tətkibi oxşar olduğundan qan kimi ondan da bir çox informasiyaları almaq olar. Hər ikisinin tərkibi orqanizmin vəziyyətindən asılı olaraq dəyişir.

Gözyaşı zəif qələvi mühitə malikdir və əsasən sudan ibarətdir. Tərkibində 1,5% NaCl, 0,5% albumin, selik, zülal, karbohidratlar və s. var. Amerikan alimləri müəyyən etmişdilər ki, gözyaşının tərkibində olan oleamid lipidi ona sürüşkənlik qabiliyyəti verir və bu xüsusiyyətinə görə gözyaşı dəri üzərində qalmır.
2. Antibakterial funksiyası gözümüzü xaricdən mikroorqanizmlərdən qoruyur. Tərkibi mikrobları və virusları məhv edən lizosimdən ibarətdir. Lizosim gözləri yaxşı dezinfeksiya edir. Lizosim 5-10 dəqiqəyə poliomielit kimi ağır bir xəstəliyi törədən virusu məhv edir. Ona görə də mikroblar üçün giriş qapısı olan gözün selikli qişası lizosom vasitəsi ilə bu mikroblardan qorunur.
3. Stres hormonlarını ifraz edir.

Gözyaşı müxtəlif olur və biz yalnız küləyin və ya mexaniki qıcıqların təsirindən ağlamırıq. İnsanın gözyaşları müxtəlif səbəblərdən axa bilər. Gözyaşları adətən emosional olur. Acı gözyaşları ilə stres hormonları: prolaktin, leysinenkefalin ifraz olunur. Sevinc gözyaşları oyanıqlıq vəziyyətində miqdarı kəskin olaraq artan adrenalinin təsirini zəiflədir. Gülüş zamanı axan gözyaşlarının mexanizmi də buna oxşardı.

Gözyaşı ifrazını nə azaldır?
Gözyaşı ifrazını məsələn tərkibində atropin olan dərman maddələri azaldır.

Gözyaşı kisəsinin xəstəliyi
Dakriosistit-gözyaşı kisəsinin iltihabıdır. Hər hansı bir iltihab gözyaşı yollarını tuta bilər. Bu zaman gözyaşı öz yolu ilə axmır və gözyaşı kisəsində toplanır. Gözyaşı kisəsində durğunluq yaranır və burada bakteriyalar çoxalmağa başlayır. Nəticədə iltihab inkişaf edir. Bu da dakriosistitin yaranmasına səbəb olur.

MÜALİCƏSİ:

Müalicənin əsas məqsədi gözyaşının gözyaşı kisəsindən axmasını təmin etməkdir. Buna bir neçə yolla nail olmaq olar.

-gözün daxili bucağı nahiyəsində burnu yüngül masaj etmək, antibakterial damcılar və məlhəmlərdən istifadə etmək
-gözyaşı kanalının dezinfeksiyaedici məhlullarla yumaq
-əgər yuxarıda qeyd olunan tədbirlər kömək etmirsə onda cərrahi müalicə və ya dakriosistorinostomiya aparmaq lazımdır. Cərrahi əməliyyatın əsas məqsədi gözyaşının gözyaşı kisəsindən burun boşluğuna axmasını təmin etməkdir.

Ağlamaq-yalnız emosional vəziyyətin əlaməti deyil, həmçinin gözlərin sağlam olmasının bir işarəsidir. Ona görə də üzünüzdən sevinc gözyaşları əskik olmasın



онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.