Refraksiya anomaliyaları

Gözün refraksiyası onun sındırma qüvvəsidir. Gözün fiziki refraksiyası 51.8-71.3 dioptriyadır. Ancaq aydın görmənin təmini üçün vacib şərt gözün yalnız sındırma qüvvəsi deyil eyni zamanda şüaların tor qişada fokuslanma qabiliyyətinin olmasıdır. Bu münasibət kliniki refraksiya adlanir. Emmetrop (Em ) gözlərdə sınan şüalar tor qişaya düşür. Ametropik gözlərdə şüalar ya tor qişadan öndə yaxud arxada toplanır. Fokus öndə alınarsa bu miopiya, arxada alınarsa hipermetropiya adlanır . Eger gözün optik sistemi sferik deyilsə bu növ refraksiya astiqmatizm adlanır.
Miopiyanin iki sebebi vardır: bu zaman ya gözün fiziki refraksiyası(sındırma qüvvəsi) gözün ön arxa uzunluğuna nisbətde cox olur (refraksion miopiya), yaxud gözün ön- arxa oxu refraksiyaya nisbətdə uzun olur (ox miopiyası) . Bunu korreksiya etmək üçün sferik mənfi (-) linzalardan (çökük- səpici linzalar) istifadə olunur.
Hipermetropiyanın da öz növbəsində iki növü vardır: bu zaman ya gözün fiziki refraksiyası (sındırma qüvvəsi ) gözün ön-arxa uzunluğuna nisbətən az olur (refraksion hipermetropiya) yaxud gözün ön-arxa oxu refraksiyaya nisbətdə qısa olur (ox hipermetropiyası) . Bunu korreksiya etmək üçün sferik müsbət (+) linzalardan (qabarıq -toplayıcı linzalardan) istifadə olunur.
Astiqmatizmdə gözün iki əsas perpendikulyar meridianlarında müxtəlif refraksiya yaxud eyni refraksiyanın müxtəlif dərəcələri olur. Astiqmatizmin müxtəlif növləri vardır:
-sadə hipermetropik astiqmatizm ( refraksiya əsas meridianlardan birində emmetrop digərində hipermetropdur)
-mürəkkəb hipermetropik astiqmatizm ( refraksiya her iki əsas meridianlarda hipermetropdur)
-qarışıq astiqmatizm (refraksiya əsas meridianlardan birində miop digərindeə hipermetropdur)
-sadə miopik astiqmatizm (refraksiya əsas meridianlardan birində emmetrop digerində miopdur)
-mürəkkəb miopik astiqmatizm ( her iki əsas meridianlarda refraksiya miopdur)
Astiqmatizmin korreksiyasında astiqmatik (asferik) ve prizmatik linzalardan istifadə olunur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.