Menstruasiya

Yuxarıda qeyd etdiyimiz kimi ovulyasiyadan sonra deşilən (partlayan) follikul yerində yumurtalıqda xüsusi struktur olan sarı cism əmələ gəlir. Sarı cism qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalanadirilması üçün burada münbit şərait yaratmış olur.
Ovulyasiyadan 10-14gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cism tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prossesi də dayanmış olur. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təhciz olunmur ki, bununda nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.

Beləliklə, hər menstruasiyanın sonunda uşaqlığın içərisində bir əl səthi qədər açıq yara sahəsi əmələ gəlir. Bundan sonra bu sahə təbii yolla bərpa olunaraq digər menstruasiyaya qədər yenidən inkişaf etməyə başlayır.
Normal halda menstruasiya zamanı qanaxma 3-7gün davam edir. Bu zaman qadın orta hesabla 50-100qr həcmində qan itirir. Menstruasiya dövrü 3gündən az, 7gündən çox davam etmiş olarsa, bu zaman baş verən qanaxma çox az və ya həddindən artıq çox olarsa, tez bir zaman ərzində həkim-ginekoloqa müraciət etmək tövsiyə edilir.

Menstruasiya zamanı ifraz olunan qan öz görünüşünə görə nisbətən daha tünd olur. Bu qan həmçinin tərkibinə görə, qan damarlarında dövr edən qan kütləsindən də fərqli olur.

Menstrual (aybaşı) tsikl zamanı qadın orqanizminin hormonal fonunda olan dəyişiklik ancaq cinsi sistemdə deyil, qadının digər orqan və sistemlərində də baş verir. Bəzi qadınlarda menstruasiya zamanı ürəkbulanma, ümumi zəiflik, baş gicəllənməsi, əsəsbilik, süd vəzilərinin bir qədər bərkləşməsi və ağrılı olması baş verir. Bu zaman həmçinin, qan dövranı sistemində, arterial təzyiq göstəricilərində, tər ifraz edilməsində, həzm sisteminin bir sıra sıra funksiyalarında da müxtəlif dəyişikliklər baş verir. Aybaşı günlərində vegetativ sinir sistemi də daha tez qıcıqlanma dərəcəsində olub, digər günlərə nisbətən daha gec sakitləşmiş olur.
Bütün bu əlamətlər, bir daha onu sübut edirki, cinsiyyət hormonları yalnız cinsi orqanlara deyil, bütünlükdə qadın orqanizminin digər üzvlərinə də təsir edir.
Aybaşı zamanı qadın intim gigiyena qaydalarına da diqqətlə riayət etməlidir. Bu dövr ərzində cinsi əlaqələr qəti şəkildə yolverilməzdir! Əks halda, qadın cinsiyyət üzvlərində ağır iltihabi prosseslər baş verə bilər.

Menstrual tsiklin pozgunluqları.
Normal aybaşı tsiklinin (dövrünün) əsas əlaməti onun mütəmadi requlyar şəkildə olmasıdır. Yəni aybaşı mütəmadi olaraq yalnız müəyyən müddətdən sonra (normal olaraq 28 gün hesab edilir) baş verir. Məsələn, sentyabr ayında olan aybaşı ondan qabaqkı aya görə 28 gündən sonra, oktyabr ayında isə 23 və ya 33 gündən sonra (əvvəlki aydan 5 gün əvvəl və ya 5 gün sonra) baş verərsə, bu, normal hesab olunur. Aybaşı gözlənilən tarixdən 10 gün və daha çox olmaqla tez və ya gec baş vermiş olarsa, mütləq həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Tsiklin bu şəkildə pozulması ciddi patoloji prossesin olmasının ilkin əlaməti ola bilər.

Əlbəttə ki, heç də bütün qadınlarda aybaşı tsikli 28 gün təşkil etmir. Əgər sizdə aybaşı tsikli 24 gün və ya məsələn, 32 gün təşkil edirsə, bu da normal fərdi menstrual tsikl hesab edilir. Bu zaman əsas göstərici menstruasiyanın mütəmadi (requlyar) şəkildə olmasına diqqət yetirmək lazımdır! Yəni aybaşı 5 gündən artıq olmamaqla tez və ya gec baş vermiş olmasın.

Hər bir qadın öz aybaşı tsiklinin müddətini yaxşı bilməli və yazılı şəkildə öz tsiklinin təqvimini aparmalıdır (yəni, hər dəfə tsiklin başlanma və qurtarması tarixini qeyd etmək). Bu qadına aybaşı tsiklinin başlanmasından öncəki günlər ərzində ağır fiziki işlərlə məşğul olmaqdan çəkinməkdə, hamiləlik baş verdikdə onun müddətini düzgün təyin etməkdə kömək etmiş olur. Aybaşı tsiklinin təqviminin aparılması, həmçinin aybaşı tsiklində olan hər hansı bir pozğunluqların vaxtında müəyyən edilməsinə və gecikmədən həkimə müraciət olunmasına imkan verir.
Aybaşı dövrü funksiya etibarı ilə bir neçə qurluşlar (baş beyini qabığı, hipatalamus, hipofiz), həmçinin qadın cinsiyyət üzvləri (yumurtalıqlar, uşaqlıq) tərəfindən tənzimlənir. Bu sistemlər bir-biri ilə əlaqəli olduğundan növbəti aybaşı tsiklinin pozulması onların hər birindən asılı ola bilər.

Aybaşının ləngiməsi səbəbləri.
Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabi, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və.s səbəblərdən baş verə bilər.
Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir.

Aybaşının ləngiməsi həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə uşaqsalmadan sonra pozulmuş olan hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji haldır. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Bu ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasıni tələb edir.
Aybaşının ləngiməsininin səbəbi oral (ağızdan qəbul edilən preparatlar) kontrseptivlər (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparat qəbul edilməsi dövründə və onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Bu, yumurtalıqların hipertormozlanması ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Bu, yumurtalıqların hipertormozlanması sindromu adlanır. Yumurtalıqların hipertormozlanması sindromuna təsadüf edilən halda, oral kontraseptivlərin qəbulu dayandırıldıqdan sonrakı 2-3 ay (maksimum 6 ay) müddətində yumurtalıqların funksiyası bərpa olunur. Aybaşının olmaması göstərilən müddətlərdən artıq olarsa, bu zaman mütləq həkim-ginekoloqa müraciət etmək lazımdir.

Uzun müddətli zəif və orta dərəcəli streslər və ya qısamüddətli güclü streslər yumurtalıqların və uşaqlığın fəaliyyətini tənzimləyən baş beyini qabığı və hipotalamusun fəaliyyətinin normal gedişinin pozulmasına da səbəb ola bilər (aybaşının olmaması) göstərmək olar. Bu zaman baş verən güclü streslər şəraitində qadınlarda menstruasiyalar bir neçə il müddətinə kəsilmiş olur. Ancaq heç bir müalicə aparmadan streslər qurtardıqdan sonra aybaşının öz-özünə bərpa olunacağına ümid etmək də olmaz. Г‡ünki bir çox hallarda aybaşı tsikli bərpa olunmaya da bilər. Buna görə də səbəbindən asılı olmayaraq aybaşı tsiklinin pozulması zamanı həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Qadın, ginekoloq tərəfindən tam şəkildə müayinə olunduqdan sonra tələbat olduğu halda digər mütəxəssislərin (nevropatoloq, endokrinoloq və.s) də müayinəsinə göndərilə bilər.

Menstruasiyanın xeyli müddət ərzində olmamasının səbəblərindən biridə qadının çəkisinin xeyli dərəcədə və sürətli şəkildə azalması da ola bilər. Arıq olmağın dəbdə olmasına uyaraq bir çox müasir qizlar özlərini xeyli dərəcədə arıqladaraq çəkilərini kritik menstrual çəki (45-47kq) həddinə çatdırılır ki, bu da aybaşının uzun müddətdə kəsilməsinə səbəb olur.

Aybaşının kəsilməsinin ən təbii səbəbi hamiləlikdir. Hamiləlik vaxtı endokrin sisteminin fəaliyyətində xeyli dərəcədə dəyişikliklər baş verir: hipofiz vəzi aktiv şəkildə prolaktin hormonu hazırlamağa başlayır ki, o da bir tərəfdən laktasiyanı (döş vəzisində südün hazırlanması) stimullaşdırır, eyni zamanda isə ovulyasiyanı dayandırır.

Hamiləliyi təsdiq etmək üçün hamiləlik testindən istifadə edirlər. Bu test sidikdə spesifik hamiləlik hormonu olan xorionik qonadotropinin (XQ) olması və ya olmamasını müəyyən edir.
Qadınlar onu da bilməlidirlər ki, bəzi onkoloji şiş xəstəliklərində də xorionik qonadotropinin (XQ) ifrazı baş verir. Bu isə səhv olaraq müsbət hamiləlik testi kimi qəbul edilə bilər.

Bundan savayı, qadınlar onu da bilməlidirlər ki, aybaşının kəsilməsi həm uşaqlıqdaxili hamiləlikdə, həm də uşaqlıqdankənar hamiləlikdə də (bu zaman rüşeym hüceyrəsi uşaqlıq borusu, yumurtalıq və qarın boşluğuna birləşmiş olur) baş verir. Hər iki halda (həm uşaqlıqdaxili, həm də uşaqlıqdankənar hamiləlik zamanı) hamiləlik testi müsbət olur. Uşaqlıqdankənar hamiləlik qadının sağlamlığı və hətta həyatı üçün çox təhlükəli bir hal hesab edilərək təcili şəkildə ləğv edilməlidir. Buna görədə hamiləliyin ilk əlamətləri başlayan kimi mütləq həkim-ginekoloqa müraciət etmək tələb olunur. Aparılan müayinələr nəticəsində həkim hamiləlik faktının olmasını, həmçinin onun uşaqlıqdaxili və ya uşaqlıqdankənar olmasını müəyyən edə bilir.
Laktasiya da aybaşının olmamasının təbii səbəblərindən biridir. Adətən, ana körpəsini yalnız əmizdirməklə qidalandırdığı zamanı, prolkatin hormonu ovulyasiyanı dayandırı laktasion amenoreya (körpənin ana südü ilə qidalandırılması zamanı menstruasiyanın kəsilməsi) baş verir ki, bu da uşağın 1 yaşınadək və daha artıq müddət ərzində (uşağın əmizdirilməsi qurtarana qədər) davam edir. Bəzi hallarda isə kifayət qədər laktasiyanın olduğu müddət ərzində qadınların aybaşı tsikli tez bir zamanda bərpa olunur.ona görə də qadınlar bilməlidirlər ki, doğuşdan sonra aybaşının olmaması və uşağın normal əmizdirilməsi dövründə hamiləliyin baş verməməsinə 100% təminat vermək olmaz. Buna görə də onlar hətta bu dövrdə də hamiləlikdən qorunmanın (kontraseptiv) müvafiq üsullarından istifadə etməlidirlər.

Əgər qadın, ümumiyyətlə, uşağı əmizdirmirsə və ya onun südü çox azdırsa, adətən, doğuşdan 2-3 ay sonra menstruasiya tsikli bərpa olunur.
Beləliklə, nəticələri qeyd edək:
- Qadın özünün aybaşı tsiklinin müddətini bilməli,
- Aybaşı tsiklinin müntəzəm olmasına nəzarət etməli,
- Ilkin tsikl pozğunluqları baş verən kimi, tez bir zamanda həkimə müraciət etməlidir.
Həkim-ginekolq tərəfindən aparılan müayinələr, bir çox hallarda, təcili cərrahi müdaxilə tələb edilən halların (uşaqlıqdankənar hamiləlik, onkoloji şiş xəstəlikəri və.s) vaxtında müəyyən edilməsinə imkan vermiş olur.

Menstruasiya zamanı ağrı və nasazlıqlar.
Bir çox qadınlarda menstruasiya (aybaşı) tsikli bu və ya digər xəstəlik hissiyyatları ilə keçir. Bu halı həkimlər menstruasiya önü sindrom (menstruasiyadan əvvəl qadın orqanizmndə olan pozğunluqlar) və alqodismenoreya (ağrılı aybaşı) kimi adlandırırlar.

Birinci halda aybaşı (menstruasiya) başlamazdan bir neçə gün əvvəl qarının aşağı hissəsində ara verməyən ağrılar, xeyli selik ifrazı, tezləşmiş sidik ifrazı hissiyatı, ümumi hal-əhvalın pisləşməsi, süd vəzilərinin mümkün ola biləcək gərginləşməsi, baş ağrıları, başgicəllənmə, miqren (kəskin baş ağrıları), bayılma (özündəngetmələr), depressiya, hər şeyə kəskin reaksiya vermək, ürəyi kövrəklik və bir çox digər narahatedici əlamətlər əmələ gəlir.
Aybaşı başlayandan sonra bu narahatlıqlar ya keçib gedə və ya arta bilər. Alqodismenoreya zamanı qadında qarının aşağı hissəsində ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları, ümumi zəiflik, bəzən isə huşun itirilməsi (bayılma) kimi əlamətlər olur. Bir sıra qadınlarda bu əlamətlər tez bir zamanda keçib getsədə, digərlərində menstruasiyanın sonuna qədər saxlanmış ol
ur.
Əlbəttə ki, aybaşı zamanı olan ağrılar uşaqlığın müxtəlif patoloji xəstəliklərində - endometrioz (uşaqlığın selikli qişasının iltihabı), uşaqlıqda çapıqların olması, uşaqlığın formasının düzgün olmaması, uşaqlığın mioması və bu kimi patoloji hallarda baş verə bilər. Məhz buna görə aybaşı dövründə kəskin ağrılar hiss edildiyi halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda menstruasiya vaxtı ya ondan qabaq, hətta kəskin ağrılar və digər narahatlıqlar hiss edən qadınlar tam sağlam olurlar. Bəs bu halda menstruasiya vaxtı olan ağrılar və digər xoşagəlməz hissiyyatlar nə ilə əlaqədardır? Ginekoloqlar bu halları qadın cinsi hormonlarının orqanizmə təsiri ilə əlaqələndirirlər. Məlum olduğu kimi, uşaqlıq menstruasiya dövründə şişkinləşdiyi üçün onun ölçüləri bir qədər artaraq əvvəlki halına nisbətən daha çox yer tutmuş olur. Ola bilərki, bu zaman uşaqlıq qonşu orqanlara dirənir ki, bu da çanaq nahiyyəsində ağrılar və digər narahatlıqlara səbəb olur. Ağrılar menstruasiya zamanı uşaqlıq boynunun əzələ qatının vaxtında boşalması (genişlənməsi) nəticəsində də baş verə bilər, yəni uşaqlığın selikli qişasının qopmsı başlamış olduğu halda, uşaqlıq boynu lazımi ölçülərədək genişlənməmiş ola bilər. Bu halda uşaqlıq içəri tərəfdən dartılmaqla özü-özünü genişləndirir ki, bu da ağrıya səbəb olur.

Menstruasiya vaxtı və ondan qabaqkı dövrdə, qadının sinir sistemi və psixoloji halında olan dəyişiklikləri həkimlər, qadın cinsi hormonlarının sinir sisteminə olan təsiri ilə izah edirlər. Beləliklə, həkimlə məsləhətləşdikdən sonra, ağrılı aybaşı olmasına baxmayaraq sizin orqanizminizdə heç bir patoloji pozğunluğun olmadığına əmin olduqdan sonra, ümumi vəziyyətinizi yüngülləşdirmək üçün aşağıdakı məsləhətlərimizdən istifadə edin:
- Menstruasiya başlanan günü və ondan 1gün əvvəl bir çox qadınlara adi spazmolitik dərman preparatlarından birinin (sizə hansı preparatın uyğun olmasını seçmək üçün həkiminizlə məsləhətləşin) qəbul edilməsi yaxşı kömək edir,
- Kəskin ağrılar olduğu halda həkim-ginekoloqla məsləhətləşərək ağrıkəsici preparatlardan da istifadə etmək olar,
- Bir çox qadınlara isti vanna qəbul edilməsi də yaxşı kömək edir. Bu əzələlərin yüngül dərəcədə boşlamasına səbəb olur ki, bunun da nəticəsində uşaqlıq boynu daha tez açılır. Bu məqsədlə həmçinin qarının aşağı hissəsinə isti qrelka da qoymaq olar,
- Aktiv fiziki hərəkətlər də bir çox hallarda qadınlarda ağrının azalmasına səbəb olur,
- Ağrıların azalmasına aşağıdakı idman hərəkətləri də kömək edə bilər: arxası üstə uzanaraq divarboyu ayaqlarınızı yuxarı qaldırın. Bədən əzələrlərinizi tam şəkildə boşaldaraq bu halda 15 dəqiqə ərzində uzanın,
- Menstruasiya vaxtı ümumi əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi, psixi və nevroloji gərginlik, hər şeyə kəskin reaksiya vermək, depressiya və.s əlamətlər olduğu hallarda həkim-ginekoloqa müraciət etməklə sakitləşdirici dərman preparatlarının qəbul edilməsi barədə məsləhət almaq olar.

Qadınların intim gigiyenası.
Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər. Intim gigiyena qaydalarını bilməmək və ya onlara riayət etməmək qadın cinsi üzvlərinin bir çox təhlükəli xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

Bəs qadınların əsas intim gigiyena qaydaları hansılardır?
1-ci qayda. Əfsuslar olsun ki, uşaqlıq yolunun özü-özünü təmizləyən orqan olduğunu qadınların çox az bir hissəsi bilir. Bunu bilmədikləri üçün uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa (sprinsovka) vasitəsilə yuyulması, bu məqsədlə sabundan da istifadə edilməsi və.s çox zərərdir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olurlar. Beləliklə, qadınların əsas intim gigiyena qaydalarından ən başlıcası xarici cinsi üzvləri əvvəlcədən təmiz yuyulmuş əllərlə öndən arxa tərəfə olmaqla (arxa tərəfdə yerləşən düz bağırsaq ətrafından müxtəlif xəstəlik törədicilərinin xarici cinsiyyət üzvlərinə keçməsinin qarşısını almaq məqsədilə) axar su axıtmaqla yüngül şəkildə yaxalanmasıdır (yuyulması yox!). Uşaqlıq yolunun yuyulması (və ya oraya maye şəklində olan vasitələrin püskürdülməsi) yalnız həkim təyinatı olmaqla aparıla bilər!

2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün xüsusi gellər hazırlanmışdır. Onlar dərini yumuşaqcasına təmizləyir, onu ətirləndirir, zərərli bakterial floranı məhv edir. Selikli qişalarda olan qıcıqlanmanı aradan götürür.
Hər dəfə tualetə getdikdən sonra, yatmamışdan qabaq və səhər oyanandan sonra, həmçinin hər intim yaxınlıqdan sonra qadınlar bu gellərdən istifadə etməklə xarici cinsiyyət üzvlərini yüngülcə yaxalamalıdırlar. Əlbəttə ki, bunu hər dəfə etmək mümkün olmur qadın işləyir, təhsil alır, ezamiyyətə gedir və.s. belə hallar üçün xüsusi nəm intim gigiyena salfetləri (adi nəm salfetlərlə qarışdırmayın) hazırlanmışdır. Bu intim gigiyena salfetlərinə tərkibində spirt olmadığı üçün dərini qıcıqlandırmayan xüsusi antiseptik mayelər (lasyon) hopdurulmuş olur. Hopdurulmuş mayenin tərkibində nəmləndirici bitki yağları (çay ağacı yağı və.s), sakitləşdirici müalicəvi otların ekstraktı (aloye vera, çobanyastığı və.s) və intim yerlərin dərisinin qızarmasının və qıcıqlandırılmasının qarşısını alan süd turşuları daxildir.

3-cü qayda. Qadın bezlərini (həm gündəlik, həm də menstruasiya zamanı istifadə olunan) hər 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır! Г‡ünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı qida mühitinə çevrilmiş olurlar. Qadın bezlərini nə qədər çox müddət ərzində saxlayırsınızsa, onların xeyri getdikcə o qədər azalmış, cinsi orqanların iltihabının artması ehtimalı yüksəlmiş olur. Sizdə allergik meyillilik olduğu halda, aromatlaşdırılmış deyil, adi bezlərdən isitfadə etməyiniz məsləhətdir.
Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4saatdan artı) saxlandıqları halda, qadın orqanizmi üçün çox təhlükəli hesab edilən toksik şok sindromunun əmələ gəlməsinə səbəb ola bilər. Toksik şok sindromunun simptomları: temperaturun birdən-birə kəskin şəkildə artması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qizarması və.s əlamətlər. Xəstəliyin ilkin əlamətləri qeyd edilən kimi, təcili olaraq həkimə müraciət etmək lazımfdır. Ümumiyyətlə isə yadda saxlamaq lazəmdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.

Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: qadın bezlərini vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdirdikdən sonra axar su ilə aralıq nahiyyəsini yaxalamaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açılmış olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qorumuş olan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara hərəkət etməsi üçün çox yaxşı bir şərait yaranmış olur.
Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.

4-cü qayda. Düzgün seçilmiş qadın alt paltarı da qadın cinsi orqanlarını müxtəlif xəstəliklərdən qorunması üçün çox vacib hesab edilir. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) hazırlanmış olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.
Sintetik qadın alt paltarlarından istifadə edilməsi isə qəti şəkildə əks-göstərişdir, o, nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər, qıcıqlanma sahələri əmələ gəlmiş olur. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi müasir nazik zolaq şəklində olan qadın alt paltarları (strinq və tanqa) isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan başqa, alt paltrı bədənə sıx şəkildə yapışıdıqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranını pozmuş olur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.