Menstrual tsikl (aybaşı dövrü)

Bir menstruasiyanın ilk günündən növbəti menstruasiyanın başlanamsından öndəki günə qədər olan bir dövr menstrual tsikl (aybaşı dövrü) adlanır. Qadınlarda menstrual tsiklin müddəti müxtəlif olur. əksər hallarda bu tsikl 26-28 gün olur. Bəzi hallarda onun müddəti 21 günə qədər azala və ya 28 günə qədər uzana bilər. Hər bir qadının öz menstrual tsiklinin müddətini bilməsi vacib hesab edilir.
Menstrual tsiklin müddəti süni uşaqsalma əməliyyatından sonra 3 ay müddətində, doğuşdan sonra 1il müddətində və həmçinin 40 yaşından sonra qadın orqanizmi preklimaks (aybaşının kəsilməsindən öncəki) dövrünə hazırlaşarkən pozulmuş olur. Menstrual tsiklin müddəti heç bir səbəb olmadan bir neçə ay ərzində xeyli dəyişmiş olarasa. Tez bir zamanda həkim-ginekoloqa müraciət məsləhət görülür. Г‡ünki bir çox hallarda bu cür pozğunluq qadın cinsiyyət üzvlərinin müxtəlif (bəzən çox ağır) xəstəliklərinin əlaməti ola bilər.
Menstrual tsikl hər bir tsikldə təkrarlanmaqla bir-birini əvəz edən bir neçə mərhələdən ibarətdir yumurta hüceyrələrinin yetişmə mərhələsi, ovulyasiya mərhələsi, mayalanma və ya mayalanma baş vermədikdə isə menstrual qanaxma (və ya menstruasiya) mərhələsi.

1-ci mərhələ. Yumurta hüceyrəsinin yetişməsi.
Qadın yumurtalarının qabıq altında yatmış vəziyyətdə olan ilkimn follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur.
Aybaşı dövrünün (tsiklinin) 1-ci günündən hipofiz vəzidə FSH-nun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə ikisi və ya üçü) inkişaf etməyə başlayır. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. Iki həftədən sonra isə onun diametri artıq 20mm çatır. Follikulun içərisində maye və xromosomlu nüvə yerləşmiş olur.
Aybaşı dövrünün ortasında hipofiz vəzidə LH lyuteyinləşdirici hormon ifraz olunmağa başalayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqda xaric olması ovulyasiya prossesi baş verir.

2-ci mərhələ. Ovulyasiya.
Ovulyasiya sözü latın dilində olan ovum yumurta sözündən götürülmüşdür. Bəs ovulyasiya necə baş verir? Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun ölçüsü get-gedə artdığı üçün yumurtalığın divarının dartılmasına səbəb olur. Aybaşı tsiklinin ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Beləcə, ovulyasiya baş verir.
Ovulyasiyadan sonar yumurtalıqda olan dağılmış boşluğu qan və əmələ gəlmiş yeni xüsusi hüceyrələrlə birlikdə yeni endokrin vəzi olan sarı cism əmələ gətiri. Sarı cismin bu adı onun onun içərisində olan sarı rəngli lutein piqmentinə (luteus-laqtın dilində sarı deməkdir) görə verilmişdir. Yeni əmələ gələn sarı cism progesteron (hamiləlik hormonu) adlı hormon ifraz etməyə başlayır. Progesteron hormonunun təsiri altında uşaqlıq və onun daxili qatı (endometrium) mayalanma baş verərsə yaranmış embrionu qəbul etməyə hazırlaşır. Əgər hamiləlik baş verərsə, progesteron hormonu hamiləliyin saxlanmasını qoruyur. Sarı cism 10-14 gün ərzində mövcud olur və hamiləlik baş vermədiyi halda məhv olur. Hamiləlik baş verdikdə isə sarı cism inkişaf edərək öz həcmini artıraraq hamiləliyin qorunması üçün xeyli miqdarda progesteron hormonu hazırlamağa başlayır.
Yumurta hüceyrəsi (oosit, latın dilində olan ovum yumurta sözündəndir) insan orqanizmini təşkil edən əksər somatik hüceyrələrdən, ölçüsünün nisəbətn böyüklüyü, xeyli miqdarda qida maddələri və fermentlərlə zəngin olması ilə fərqlənir. İnsanın cinsi hüceyrələri (yumurta hüceyrəsi və spermotozoid) digər hüceyrələrdən daha xüsusi bir əlaməti ilə fərqlənir. Daxilində 46 sayda xromosom olan digər bütün insan hüceyrələrindən (dəri, əzələ, sümük, müxtəlif orqan hüceyrələri və.s) fərqli olaraq, yumurta hüceyrəsi və spermotozoidin daxilində yalnız 23 sayda xromosom olur. Sual oluna bilər ki, bəs nə üçün bu belədir? Ilkin olaraq xromosomun nə olduğunu izah edək. Beləki, hər bir insan hüceyrəsinin nüvəsində xromosomlar yerləşir. Hər bir xromosom minlərlə sayda genlərə malikdir. Hər bir gen isə insanın yalnız bir əlaməti (məsələn, gözlərin, dərinin rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və.s) barədə məlumat daşıyıcısı olur. Deyildiyi kimi, insan orqanizminin bütün hüceyrələrində (dəri, əzələ, sümük, müxtəlif orqan hüceyrələri və.s) 46 sayda xromosom olur ki, onların da 22 cütü insanın müxtəlif əlamətləri və xüsusiyyətləri barədə məlumatların daşıyıcılarıdır. Bu hüceyrələrin daxilindəki sonuncu 1 cüt xromosom isə cinsi xromosomlardır. Qadınlarda cinsi xromosomlar eyni (X-iks və X-iks), kişilərdə isə müxtəlif (X-iks və Y-iqrek) olur. Beləliklə, qadın xromosom dəsti 46, XX, kişi xromosom dəsti isə - 46, XY-dir.
Beləliklə, biz biliriki, yumurta hüceyrəsi və spermotozoidin hər birində 23 sayda olmaqla xromosom vardır. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi kişi cinsi hüceyrəsi olan spermatozoidlə uşaqlıq borusunda birləşərkən yeni orqanizm hüceyrəsinin əmələ gəlməsinə səbəb olurlar ki, onunda daxilində 46 sayda (23 sayda anadan və 23 sayda atadan) xromosom olur.
Sual oluna bilər ki, bəs uşağın cinsi necə formalaşır?
Birləşməyə (mayalanmaya) hazır olan cinsi hüceyrələr qamet adlanırlar. Qadın qametləri ancaq 1növə malik olurlar 23, X. Kişi qametlər isə 2növ olur: 23, X və 23, Y. Qadın cinsi hüceyrəsini X-spermatozoid və ya Y-spermatozoid mayalandıra bilər. Buna görədə əgər qadın cinsi hüceyrəsini X-spermatozoid mayalandırarsa Qız (23, X ana + 23, X ata = 46, XX) uşağı, Y-spermatozoid mayalandırarsa Oğlan (23, X ana + 23, Y ata =46, XY) uşağı doğulmuş olur.
Beləliklə, yumurtalıqda inkişaf edərək yetişmiş olan yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq çıxıntıları öz hərəkətləri ilə onu borunun ucundakı qıf hissəyə ötürür. Fallopi boruları içəri tərəfdən xovlarla zəngin olan selikli qişa ilə örtülmüşdür. Selikli qişada xüsusi sekret ifraz edən vəzilər də vardır. Uşaqlıq borularının bu cür qurluşa mailk olması yumurta hüceyrəsinin hərəkət etdirilməsinə köməklik göstərir (yumurta hüceyrəsi özü hərəkət etmək qabiliyyətinə malik olmur).
Ovulyasiyadan sonra uşaqlığın daxili qatı (endometrium) qalınlaşaraq mayalanma baş verdiyi halda əmələ gəlmiş olan embrionun ona mümükün ola biləcək bitişməsinə hazırlaşır. Mayalanma nəticəsində əmələ gələn embrion müvəffəqiyyətlə endometriyada ona aid olan hissəyə birləşmiş olarsa, endometrium doğuşa qədər olan müddət ərzində onun müdafiəsini, qidalanma və inkişafını təmin edir. Əks halda, endometriumun qalınlaşmış olan daxili qatı aralanaraq aybaşı zamanı uşaqlıqdan xaric olunur.
Ovulyasiyadan sonra yumurta hüceyrəsi 24saat ərzində öz həyati qabiliyyətini saxlayır. Ovulyasiya vaxtının (anının) dəqiq müəyyən edilməsi bəzi sonsuzluq növlərinin müalicəsi üçün çox vacib hesab edilir.

Bəs ovulyasiyanın vaxtini necə məyyən etmək olar?
Ovulyasiya anının müəyyən edilməsinin bir neçə üsulu vardır:
1. Əksər qadınlar öz subyektiv hissiyatları ilə ovulyasiyanın baş verməsi anını müəyyən edə bilirlər. Belə ki, ovulyasiya anında qarının aşağı hissəsində və ya beldə ağrı baş verir. Bu zaman qadının halı yaxşılaşır və onda kəskin seksual tələbat yaranır. Ovulyasiya zamanı qadın cinsiyyət üzvlərindən (uşaqlıq yolundan) selik ifrazatın artması da qeyd edilir. Bu uşaqlığın boyunun (servikal kanalın) ifrazatı olub servikal selik adlanır. Ovulyasiya vaxtı spermatozoidlərin uşaqlıq boşluğuna tərəf hərəkətini asanlaşdırmaq üçün bu selik başqa günlərdən fərqli olaraq daha az yapışqan olur (çiy halda olan yumurta zülalına bənzəyir). Ovulyasiyadan sonra və hamiləlik dövründə isə servikal selik daha qatı və daha çox yapışqan olur ki, buda müxtəlif mikroblar, infeksiyalar və digər xəstəlik törədicilərinin qadın orqanizminə daxil olmasının qarşısını alır.
Servikal seliyin başqa bir vacib xüsusiyyəti də var ki, bu və ya digər zəifliklərə malik olan spermatozoidlər onun təsiri nəticəsində məhv olurlar. Daha güclü spermatozoidlər isə onun zərərli təsirlərinə üstün gələrək uşaqlığa daxil ola bilirlər. Bu isə daha sağlam uşağın yarana bilməsi ehtimalını artırmış olur.
2. Təqvim üsulu. Ovulyasiya praktiki olaraq aybaşı tsiklinin ortasında baş verdiyi üçün ilk növbədə bu tsiklin davam etməsi müddətini təyin etmək lazımdır. Bu, bir menstruasiya tsiklinin əvvəlindən digər tsiklin başlanmasına qədər olan bir müddətdir. Məsələn, aybaşının başlanması bir dəfə 21oktyabra, növbəti aybaşının başlanamsı isə 21 noyabıra təsadüf edərsə, demək, menstrual tsikl 30gün təşkil edir. Bu halda ovulyasiya 5noyabr tarixində baş vermiş olacaq. Menstruasiya tsiklinin müddətini daha dəqiq təyin etmək üçün son üç və ya daha yaxşı olarki, son altı tsiklin davam etmə müddətini qeyd etmək məsləhət görülür. Bu halda menstrual tsiklin müddətini daha dəqiq təyin etmək olar.
3. Bazal temperaturun (düz bağırsaqda temperatur) ölçülməsi üsulu. Bu məqsədlə qadınlar düz bağırsaqda olan temperaturu səhərlər yataqdan qalxmamaqla adi termometrdən istifadə etməklə (5 dəqiqə ərzində) ölçməli və göstəricini qeyd etməlidirlər. Əgər temperaturun ölçülməsindən əvvəl normal axşam yuxusu olmazsa, alınan nəticə dəqiq sayıla bilməz. Normal aybaşı tsiklində ovulyasiyaya qədər düz bağırsaqda olan temperatur 37C-dən aşağı olur. Ovulyasiya ərəfəsində temperatur göstəricisi daha 1neçə 0.1 dərəcə aşağı düşür. Ovulyasiya günü düz bağırsaqda olan temperatur birdən-birə kəskin şəkildə 37C-dən yuxarı qalxır. Kəskin yüksəliş fərqi 0.6C-dən az olmamalıdır.
Qeyd etmək lazımdır ki, sadalanan bu üsullarla yalnız təxmini nəticələr əldə etmək olur. Ancaq bu göstərciləri daha çox müddət ərzində, həmdə kompleks şəkildə olmaqla qiymətləndirmək lazım gəlir.
Ovulyasiya anının müəyyən edilməsinin daha bir dəqiq üsulları vardır:
1. Follikulun böyüməsi və inkişafına, onun deşilməsi (ovulyasiyanın özü) prossesinə - follikulometriya prossesinə - ultrasəs aparatının köməkliyi ilə nəzarət etmək olur.
2. Sidikdə LH lyuteyinləşdirici hormonun təyin edilməsi. Bu üsul çox sadə olduğu üçün ev şəraitində də tətbiq edilə bilər. Bu məqsədlə ovulyasiyanın müəyyən edilməsi üçün xüsusi testlərdən (onları hamiləliyin təyin edilməsi testləri ilə qarışdırmayın) istifadə olunur. Ovulyasiya testlərini onun təxmin olunan vaxtından 5-6gün əvvəl, qeyd olunan qaydalara uyğun olaraq, gündə 2dəfə olmaqla aparmağa başlayırlar.
3-cü mərhələ. Mayalanma.
Kişi və qadın cinsi hüceyrələrinin (spermatozoid və yumurta hüceyrəsi) birləşməsi nəticəsində yeni orqanizmin yaranması prossesi başlayır.
Yuxarıda qeyd etdiyimiz kimi, yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik deyil. Ovulyasiyadan sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun içinə doğru hərəkət etdirir.
Spermatozoidlər isə əksinə olaraq, öz quyruqları hesabına tam sərbəst şəkildə hərəkət etmək qabiliyyətinə malikdirlər. Eyakulyasiyadan (spermanın xaric olması) sonra spermatozoidlər uşaqlığın yığılması nəticəsində tez bir zamanda cinsi yollarla qalxmağa başlayırlar. Quyruğunun köməkliyi ilə hərəkət etmək qabiliyyətindən isə spermatozoidlər yolun son hissəsində, uşaqlıq borusunda və mayalanam prossesində istifadə edirlər.
Yumurta hüceyrəsinə qədər ancaq bir neçə yüz ən güclü və sağlam spermatozoid çatır. Zəif (qurluşunda çatışmazlığı olanlar, xromosom mutasiyalarına məruz qalanlar və.s spermatozoidlər qadın cinsi yollarında məhv olurlar.
Cinsi hüceyrələrin birləşməsi (mayalanma) uşaqlıq borularının yalnız müəyyən olunmuş ampula hissəsində baş verir. Optimal şəraitdə spermatozoidlər bu hissəyə eyakulyasiyadan (spermanın xaric olmasından 1.5-2 saat sonra gəlib çata bilirlər. Əgər burada onları gözləyən yumurta hüceyrəsi (o, ovulyasiyadan sonra yalnız 24saat müddətində yaşayır)) olarsa mayalanam prossesi baş verir. Əgər görüş yerində yumurta hüceyrəsi olmazsa mayalanma qabiliyyətini tam şəkildə saxlamaqla, spermatozoidlər 3gün ərzində burada onu gözləyə bilərlər.
Mayalanma zamanı qadın cinsi hüceyrəsi, həmçinin spermatozoidləri özünə cəlb edən və öz yerini tapmaqda onlara köməklik edən xüsusi maddə ifraz edir. Bir yumurta hüceyrəsini eyni zamanda xeyli sayda spermatozoidlər tapır. Ancaq onun daxilinə keçmək o qədər də asan olmur. Belə ki, yumurta hüceyrəsinin ətrafında şüalı çələng adlanan hüceyrələrdən ibarət özünəməxsus maneə qişası olur. Г‡oxlu sayda olan spermatozoidlər yumurta hüceyrəsinin qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə onu fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrində ifraz etdikləri xüsusi fermentlərin köməyi ilə onun qişasını əridirlər. Bir (nadir hallarda 2-3) spermatozoid yumurta hüceyrəsinin içərisinə daxil olduqdan sonra yumruta hüceyrəsinin qişası digərləri üçün keçilməz olur. Spermatozoid və yumurta hüceyrəsinin nüvələri birləşdikdən sonra ata və ana xromosomları vahid bir xromosom dəsti yaradırlar.
Beləliklə, cüt xromosom dəstinə malik (50% ana və 50% ata) birhüceyrəli rüşeym olan ziqota əmələ gəlir. Mayalanamış yumurta hüceyrəsi 4gün ərzində uşaqlıq borusu ilə hərəkət edərək uşaqlıq boşluğuna çatdıqdan sonra burada daha 3gün ərzində sərbəst qalır. Mayalanmadan 7gün sonra onun endometriuma daxil olması (implantasiya) baş verir: 0.5mm ölçüsündə olan rüşeym uşaqlıq divarına bitişərək 2gündən də az bir müddət ərzində tamamilə onun daxilinə keçir.
Mayalanma baş vermədikdə isə yumurta hüceyrəsi uşaqlıq boşluğuna daxil olaraq burada məhv olur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.