Ginekoloji xəstəliklərin ultrasəs müayinəsi

Son vaxtlar ginekologiya sahəsində ultrasəs müayinə üsulunun istifadə olunması, qadınların reproduktiv sistemində baş verən xəstəliklərin erkən aşkar olunmasına geniş imkanlar yaratdı.Bundan əlavə müayinədə istifadə olunan ultrasəs şuaların insan orqanizminə mənfi təsirin olmaması, yoxlamanın qısa müddət ərzində çəkməsi, və ən əsası real zamanda mürəkkəb ginekoloji xəstəliklərdə həkim ginekoloqa profisionalcasına xidmət etməsi onu göstərir ki bugunki gün ultrasəs diaqnostikası ginekoloji təcrübədə qızıl standart üsul kimi adlandırılsa yanlışlıq olmaz.Zaman keçdikcə bu üsulda istifadə edilən avadanlığın müasirləşməsi, alınan sadə təsvirlə yanaşı, doppler imkanların olması və sonuc olaraq tələb olunduqda üçölçülü kəsikdə müxtəlif patologiyaları yoxlamaq imkanların olması əlavə buna bir sübutdur.

Ginekologiyada ultrasəs müayinəsi əsasən 2 üsulla aparılır: abdominal və vaginal üsulları ilə. Birinci üsul ilə yoxlamanı aparılması üçün xəstənin müayinəyə hazırlıqlı bir formada gəlməsi şərtdir.Bunun üçün yoxlamaya gəlməmişdən əvvəl təxminən 1 litrə yaxın qazsız formada maye qəbul edilməlidir.Abdominal müayinənin müsbət tərəfi uşaqlıq və yumurtalıqların normal təsfiri haqqında, və yarananan müxtəlif patoloji dəyişikliklər haqqında ümumi məlumatı əldə etməkdir.Lakin bununla yanaşı bu üsul aşkar olunan xəstəliklərdə, onların xırda detallarını aydınlaşdırmağa imkan yaratmır.
Birinci üsuldan fərqli olaraq transvaginal müayinə xəstənin əvvəlcədən hazırlanmasını tələb etmir.Bu tipli ultrasəs müayinəsinin əvəzolunmaz tərəfi maraq dairəsi olan patoloji sahənin detallıqla öyrənilməsidir.Əks göstərişləri isə ,, virgo,, problemləri və menstruasiya günləridir.Hər iki formada müayinəni apararkən bu göstəricilərə nəzər salınmalıdır:orqanların yerləşməsinə, formasına, kənar və konturlarına, ölçülərinə, daxili strukturuna,exogenliyinə, qan dövranına(əgər istifadə olunan ultrasəs avadanlığında doppler imkanları varsa) və qonşu toxumalara yoxlanılan orqanların münasibəti.

Uşaqlıq və yumurtalıqların ultrasəs müayinəsində normal təsviri.
Normada uşaqlıq müayinə zamanı adətən armudvari formada, dəqiq və hamar konturlara malik olan struktur kimi təyin edilir.Yoxlama zamanı uşaqlığin dib hissəsi, ön divarı, arxa divarı, servikal hissəsi ayırd edilir, quruluşunda isə əzələ qatından yəni miometrium və daxili endometrium qatından ibarət olur. Kiçik çanaqda uşaqlıq iki formada yerləşir anteflexio, və retroflexio vəziyyətlərində və eləcədə orta xəttən bir qədər sağa və ya sola meyilli formada yerləşə bilər.Qeyd olunan uşaqlığın yerləşmələri norma variantları hesab edilir.


Normal uşaqlıq - abdominal USM Normal uşaqlıq - vaginal USM

Miometrium hesab edilən uşaqlığın əzələ qatı normada bütün divar boyunca eynicinsli struktura və orta exogenliyə malik olmalıdır.Endometrium ( başqa sözlə M- exo adlanan) qatı isə menstruasiyanın günündən və fazasından asılı olaraq müxtəlif qalınlığa və daxili struktura malik olur.Uşaqlığın ölçülərinə gəldikdə isə qeyd etmək lazımdır ki reproduktiv dövrdən asılı olaraq( doğmuş,doğmamış, və menopauza dövrü) ölçülər müxtəlif olaraq dəyişə bilər.
Normada yumurtalıqlar ultrasəs müayinəsində cüt orqan olaraq uşaqlığın hər iki tərəfində yerləşən oval uzunsov formaya malik, konturları dəqiq izlənən struktur kimi aşkarlanır.Yumurtalıqları daha aydın aşkar etmək üçün yoxlama zamanı ən optimal kəsiklərdən məhz köndələn kəsik hesab edilir.Ovarial toxumanın daxili strukturu folikul (və ya qraaf kisəciyi )deyilən sahələrdən ibarət olur.Folikulların ölçüsü menstruasiyanın günündən asılı olaraq dəyişə bilər.Beləki menstruasiyanın 1 ci fazasında( ilk 15 gün) follikul ən kiçik ölçüsündən başlayaraq yəni antral follikuldan daha sonra dominant follikul mərhələsinə keçir və sonunda preovulyator mərhələsinə çataraq normada çatlayır.Buna ovulyasiya deyilir.Bu prosesi çox asanlıqla ultrasəs müayinəsində izləmək olar.Menstruasiyanın ikinci mərhələsində isə normada yalnız antral yəni çox kiçik follikullar təyin edilməlidir.Onuda qeyd etmək lazımdır ki yumurtalıqda follikullar normada menapauza dövrdə olan xanımlarda fizioloji olaraq qeyd edilmir.
Uşaqlıq boruları ultrasəs müayinəsində yalnız boruların keçiriciliyini yoxlamaq məqsədi ilə və boruda hər hansı bir tuboovarial proses getdikdə müşahidə edilir.



USM- Normal yumurtalığın təsviri VaginalUSM- yumrtalıqda yetişən follikul


Qadın reproduktiv sisteminin anomaliyaları

Uşaqlığın hipoplaziyası- müayinə zamanı uşaqlığın ölçüləri xəstənin yaşına uyğun olmayaraq kiçik olur və bir çox hallarda uzunluğu 3 santımetrdən çox olmayaraq izoexogen sahə kimi qeyd olunur.Uşaqlığın hipoplaziyası adətən yumurtalıqların hipoplaziyası ilə yanaşı təyin edilir.




Uşaqlığın hipoplaziyası

Uşaqlıq yolunun arakəsmələri - menstrual qanın xaric olmasına maneçilik törədən bu anomaliya məhz ultrasəs müayinəsində uşaqlıq yolunda, boşluğunda qanın toplanması ilə izah edilir(hematometr,hematokolpos).



Uşaqlıq yolunun arakəsmələri
İkibuynuzlu uşaqlıq- adətən uşaqlığın tərkibində iki ayrılmış endometrium boşluqların olması ilə izah edilir.Bu anomaliyanı tsiklin ikinci fazasında daha dəqiq aşkar etmək olar.



Ikibuynuzlu uşaqlıq


Ovulyasiya pozulmalarının ultrasəs müayinəsi
Ovulyasiya pozulmaları və ya başqa sözlə desək anovulyasiyalar- epizodik olaraq hər bir fertilik göstəriciləri norma daxilində olan xanımlarda ara- bir müşahidə edilə bilər, və əksəriyyət hallarda ultrasəs müayinəsində təsadüf bilinir.
Digər məsələ əgər ovulyasiya pozulması xroniki forma alırsa, artıq bu proses xanımlarda sonsuzluğa səbəb ola bilər.Patogenetik olaraq xroniki anovulyasiya 4 qrupa bölünür:

1 Folikulların yetişmə prosesinin tam olaraq pozulması .
Bu zaman müayinədə (xronoloji qaydada izlədikdə) menstruasiyanın proliferativ fazasında yumurtalıqlarda yalnız ölçüsü 5-6mm çatan antrall follikullardan başqa bir və ya bir neçə ədəd yetişən follikul təyin edilmir.Demək olar ki menstruasiyanın bütün tsikli boyunca yumurtalıqlarda ultrasəs monitorinq zamanı donmuş təsvir - yəni yalnız antrall follikullar təyin edilir.



Dominant follikul təyin olunmur

2 Antrall folikulların keyfiyətsiz olaraq yetişməsi
Bu halda birinci qrup anovulyasiya prosesindən fərqli olaraq tsiklin 1-ci fazasında(proliferativ) antrall follikullarla yanaşı adətən yumurtalığın birində nisbətən çox zəif tempdə yetişən folikul təyin edilir, lakin bu follikulun ölçüsü preovulyator dərəcəsinə(18-23mm) çatmır.Daha sonrakı dinamik müşahidələr həmən follikulun geriyə sovurulması prosesini göstərir.

3 Yetişmiş follikullun lütenizasiyaya (persistensiyaya)uğraması
Bu tip anovulyasiya zamanı tsiklin birinci mərhələsində bir yumurtalıqda dominant follikulun tam olaraq yetişməsi qeyd olunur, lakin çatlaması qeyd olnmur, əksinə menstruasiyanın ikinci fazasında əksəriyyət hallarda həmən follikul həmənki qaydada aşkarlanır və ya yuxarıda qeyd olunduğu kimi geriyə sovurulur.



Dominant follikulun persistensiyası

4 Preovulyator follikullun folikulyar kistaya çevirilməsi
Bu barədə yumurtalıqda yaranan kistoz törəmələrin haqqında məlumat verildiqdə daha ətraflı bəhs olunacaq.

5 Lüteyin fazasının çatışmamazlığı
Yumurtalığın funksional patologiyası hesab edilərək ovulyasiyadan sonra yaranan sarı cismin hipofunksiyası ilə xarakterizə edilir.Ultrasəs müayinəsində əsasən dəyişiklik tsiklin 2- ci fazasında müşahidə edilir.Belə ki tsiklin proliferativ fazasında heç bir dəyişiklik qeyd olunmasa belə, sekretor fazada uşaqlığın selikli qişası hesab edilən endometri qatının daxili strukturunun və qalınlığının bu fazaya uyğun gəlməməsi ilə izah edilir.



Lütein fazasının çatışmamazlığı

6 Yumurtalıqların polikistozu
Bu patologiya adətən : yumurtalığın polikistoz xəstəliyinə və yumurtalığın polikistoz sindromuna bölünür.Əksəriyyət hallarda neyroendokrin funksiyaların pozulmasına görə baş verir.Ultrasəs müayinəsində polikistozun göstəriciləri bunlardır:
- yumurtalıqları hər iki tərəfdən simmetrik olaraq böyüməsi
- yumurtalıqların tərkibində yerləşən antrall folukulların sayının normadan çox miqdarda olması
- menstruasiya tsikli boyunca dinamik müayinədə dominant follikulun yetişməməsi
- endometrinin qalınlığının ölçüsünə görə az olması.
Qeyd etmək lazımdır ki bu əsas əlamətlərlə yanaşı təcrübədə digər dolayı göstəricilər təyin edilə bilər məsələn:

- yumurtalıqların kürəvari formada olması
- antrall folikulların yalnız yumurtalığın pereferik hissəsində sayca çox olması.
Yumurtalığın ətrafında kapsulanın əmələ gəlməsi və uşaqlığın ölçüsünün kiçilməsi spesifik göstərici hesab edilmir.



Yumurtalığın polikistozu


Endometrioz xəstəliyinin ultrasəs diaqnostikası.
Ginekoloji xəstəliklərin sırasında endometrioz uşaqlılğın fibromasından, iltihabı xəstəliklərindən və yumurtalığın kistalarından sonra dördüncü yerdədir.Lakin son zamanlar çoxsaylı ginekoloji müayinələr göstərir ki bu xəstəlik getdigcə ,, laiqli,, ikinci yerini tutmaqdadır.Patologiya olaraq iki növə bölünür:
- Daxili endometrioz və ya adenomioz .Bu zaman endometrioz ocaqları diffuz olaraq uşaqlığın əzələ qatında təyin edilir.
- Xarici endometrioz- bu zaman isə endometrioz ocaqları müxtəlif digər sahələrdə ( yumurtalıqlar, uşaqlıq boynu,kiçik çanağın divarı) təyin edilir.
Qeyd etmək lazımdır ki endometrioz xəstəliyinin ultrasəs müayinəsi ilə yanaşı son vaxtlar histoloji və laparoskopik müayinə kimi üsullardanda belə uğurla istifadə edilir.Xəstəliyin göstərilən iki formasından ən tez-tez təsadüf edən forması məs daxili endometrioz və ya adenomiozdur.Yuxarıda qeyd olunduğu kimi bu formada endometrioz heterotopik sayılan ocaqlar uşaqlığın əzələ qatının bütövlüklə bir çox hissəsində təyin edilir.Ultrasəs müayinəsində əsasən də yoxlama transvaginal üsulu ilə aparıldıqda uşaqlığın normadan böyüməsi, formasının dəyişərək kürəvari formasını alır.Əzələ qatının daxili strukturu isə qeyri həmcins vəziyyətdə təyin olunur.Bu qeyri həmcinslik tərkibində hiper və hipoexogen sahələrin olması ilə izah edilir.



Uşaqlığın diffuz endometriozu

Bəzi hallarda endometri boşluğunun qalınlaşması təyin oluna bilər, lakin bu spesifik göstərici hesab edilmir.Menopauza dövründə isə uşaqlığın kiçilməsinə baxmayaraq uşaqlığın kürəvari formada qalması əksəriyyət hallarda qeyd olunur. Yumurtalığın endometrioz dəyişməsini istisna etməklə digər formalarının spesifik təsviri olmadığına görə USM də tam aydın aşkar olunmur.Bunu nəzərə alaraq yuxarıda qeyd olunduğu kimi son illər ərzində bu xəstəliyin tam dəqiq araşdırılması məksədi ilə laparoskopik müdaxilə uğurla istifadə edilir.


Uşaqlığın fibromioması
Uşaqlıqda yaranan xoşxassəli və ən tez-tez təcrübədə rast gəlinən şişlərdən biridir.Hesab olunur ki yaşı 40 çatmış hər 5- ci xanım bu xəstəliyi özündə daşıyır.Yaranma səbəblərindən hormonal dəyişikliyi və müxtəlif çanaqda baş verən uzunmüddətli iltihabi xəstəlikləri qeyd etmək olar.Yaranmış törəmələr əksəriyyət hallarda uşaqlığın müxtəlif sahələrində bir və yaxud bir neçə düyün formasında olan ocaqlı sahələr kimi təyin olunur.Yerləşməsinə görə fibromalar: intramural, subserroz və submukoz formalarına bölünür.
- İntramural düyünlər ultrasəs müayinəsi zamanı uşaqlığın bilavasitə əzələ qatında yerləşir. Forması oval, dəqiq konturlara malik olan, ölçüsünə görə müxtəlif olaraq dəyişən düyün (lər) kimi aşkar edilir.Böyük ölçülərə çatdıqda uşaqlığın selikli qişasına tərəf artaraq onun deformasiyasına gətirə bilər.Bu tip fibromaların daxili strukturu çox vaxt eynicinsli və ya böyüdükdə bir qədər qeyri həmcin görünə bilər.Menopauza dövründə isə fibromanın bir qədər ölçüsünə görə kiçilməsi və ya kalsinatlaşması aşkar oluna bilər.



Intramural düyün

- Subserroz tipli düyünlər olduqda mioma bilavasitə uşaqlıqdan kənara böyüyərək qonşu toxumalara tərəf artmağa başlayır.Digər düyünlər olduğu kimi subserroz düyünlər dəqiq konturlara, müxtəlif dəyişən ölçülərə və əksərən qeyri həmcins olan daxili strukturaya malik olur.



Subserroz fibromatoz düyünlər
- Nəhayət sonuncu qrup fibromatoz düyünlərdən submukoz tipli düyünləri qeyd etmək olar. Bu qrup miomatoz düyün uşaqlığın daxili qişası hesab edilən endometri boşluğunda yerləşir.Submukoz düyünlərin aşkar etmək üçün ən optimal vasitələrdən biri məs transvaginal ultrasəs müayinəsi hesab edilir.Bu üsulla ölçüsü hətta 5mm şatan törəmə aşkar edilə bilər.İkinci üsul hansı ki yenədə bu formalı düyünləri aşkar etməyə imkan yarada bilər histeroqrafiyadır.Bunun üçün uşaqlıq boşluğuna fizioloji məhlul vurduqdan sonra uşaqlıq boşluğunun genişlənməsi nəticəsində tərkibində yerləşən düyünlər asanlıqla aşkar edilir.




Sonluqda qeyd etmək lazımdır ki ultrasəs müayinəsi fibromatoz düyünləri aşkar etməsi ilə yanaşı eyni zamanda düyünlərin gələcəkdə inkişaf etməsi haqqında məlumatı əldə etməyə imkanı yaradır.Burada əsas üç məqama toxunmaq olar: fibromatoz düyünün proqressivləşərəq artması, dinamikada ölçülərin dəyişməməsi,və geriyə sovurulmasıkimi məsələlərəaydınlıq gətirilir.



Endometrinin hiperplaziyası
Uşaqlığın selikli qişasında gedən hiperplastik dəyişikliklərin içərisində , vəzili hiperplaziya ən tez-tez təsadüf edilən formalarından biridir.Estrogen hormonlarının normadan artıq təsir etməsi nəticəsində yaranan sindrom kimi qiymətləndirilir.

Hiperplaziya yaranma səbələrinə görə bir neçə qruplara bölünür:

1 Funksional
2 Metobolik
3 Toxuma səviyyəsində qedən hiperplaziya.

Ultrasəs müayinəsində hiperplaziyanı aydınlaşdırmaq məksədi ilə aşağıda göstərilən əlamətlərə nəzər salınmalıdır

- Menstruasiyanın fazasından asılı olaraq endometri boşluğunun qalınlıq göstəricilərinə
- Endometri boşluğunun daxili strukturunun daha dərindən öyrənilməsində
- Uşaqlıq və yumurtalıqlarda hiperplaziyaya təkan yaradan bir sıra xəstəlikləri istisna etmək.
Qeyd etmək lazımdır ki hiperplaziyaya şübhə olduqda yalnız transvaginal ultrasəs müayinəsi ən optimal müayinə üsulu hesab edilir.Eyni zamanda ultrasəs müayinəsi ilə yanaşı, uşaqlıq boşluğunun küritajının və daha sonra alınan sıyrıntının histoloji müayinəsi belə patologiyalarda böyük əhəmiyyət kəsb edir.

Uşaqlığın hiperplaziyası

Uşaqlıq boşluğunun polipləri
Uşaqlıq boşluğunun bazal hissəsindən əmələ gələn ekzofit xoşşxassəli törəməyə deyilir.Poliplər vəzili, vəzili- fibroz və fibroz qruplara bölünür.Ultrasəs müayinəsində polipləri aşkar etməyə imkan yaradan ən effektiv üsullardan biridə məs transvaginal müayinədir.Poliplar müayinə zamanı adətən ölçüsü 3-8mm arasında dəyişən bəzi hallarda isə 10mm çatan oval formada selikli qişanın divarına bitişik sahə kimi qeyd olunur.Poliplərin daxili strukturu vəzili formasında əksəriyyət hallarda exoneqativ, fibroz və qarışıq formalarında isə exopozitiv sahə kimi qeyd olunur.Vəzili polipləri aşkar etmək üçün ən optimal vaxt menstruasiyanın ikinci (sekretor)fazası hesab edilir, lakin fibroz polipləri isaə aşkar oluinması üçün ən optimal vaxt menstruasiyanın birinci (proliferativ) fazasının axırları hesab edilir.
Qeyd etmək lazımdır ki uşaqlıq boşluğunda yerləşən poliplər ultrasəs müayinəsi ilə yanaşı yuxarıda qeyd olunduğu kimi uşaqlıq boşluğunun küretajının aparılması və alınmış materialın histoloji verifikasiyası uğurla tədbiq edilir.



Uşaqlıq boşluğunun polipləri

İltihabı xəstəliklərin ultrasəs diaqnostikası.
Kiçik çanaqda baş verən kəskin və xroniki iltihabı prosseslərin ultrasəs müayinəsi bir sıra hallarda çətinliklərlə üzləşir.Bunun səbəbi kiçik çanaqda yerləşən orqanların anatomik xüsusiyyəti və digər tərəfdən müayinənin məhdudluğudur.
Endometrit - uşaqlıq boşluğunun iltihabı xəstəliyi hesab edilir.Əksəriyyət hallarda aparılmış ginekoloji manipulyasiyalardan sonra(abort)və zöhrəvi yolla keçən infeksiyalar nəticəsində baş verir.Ultrasəs müayinəsində endometrit zamanı qeyd olunan göstəricilər bunlardır:uşaqlığın bir qədər böyüməsi, uşaqlıq boşluğunun genişlənməsi, endometrinin daxili strukturunun qeyri həmcins olması.Beləki tərkibində exopozitiv şəklini alan müxtəlif ölçülərə çatan yığıntının olması və ya az miqdarda qan yığıntısının olması və ən əsası selikli qişanın ətrafında müxtəlif qalınlığa çatan exoneqativ şəkildə ödem sahəsinin aşkar edilməsidir..Beləliklə demək olar ki endometritin əsas exoqrafik göstəricilərindən biri də selikli qişanın ətrafında ödem sahəsinin olmasıdır.Digər dolayı əlamətlərin arasında duqlas boşluğunda və parametral nahiyyələrdə mayenin yığılmasıdır.Bundan əlavə çanaq nahiyyəsində yerləşən damarların bir qədər genişlənməsidir.



endometrit


Salpingit - uşaqlıq borularının iltihabı xəstəliyi adlanır.Yaranma səbəbləri əsasən zöhrəvi yolla keçən infeüksiyalardır.Getişatına görə kəskin və xroniki formalarına bölünür.Boruda gedən prossesdən asılı olaraq hidrosalpinqs və ya piosalpinqs adlana bilər.Ultrasəs müayinəsi zamanı salpingit adətən uşaqlıq borusu proyeksiyasında bir və ya bir neçə kameradan ibarət olan mayenin yığılması ilə izah edilir.Yığılmış patoloji sahənin forması adətən oval yada s- vari ola bilər.Daxili strukturu eynicinsli və dispersli, müxtəlif çöküntü fraqmentlərin yığılması kimi təyin oluna bilər.Digər iltihabı proseslərdə olduğu kimi salpingit zamanı aparılmış dinamik müşahidə vacib əhəmiyyət kəsb edir.



salpingit

Nabot kistalar.
Ultrasəs müayinəsi uşaqlıq boynunda əmələ gəlmiş nabot və retension kistaların aşkarlanmasında effektiv bir vasitədir.Müayinə zamanə bu tip kistalar oval formaya malik olan servikal kanala bilavasitə yaxın yerləşən, müxtəlif ölçülərə çatan kistoz sahələr kimi qeyd olkunur.Transvaginal üsulu ilə aparılmış müayinə nabot kistalarını daha aydın aşkar etməyə imkan yaradır.



Uşaqlıq boynunda nabot kistalar


Endoservisit

Ulltrasəs müayinəsində spesifik göstəriciləri olmasada bəzi hallarda əsasən transvaginal müayinə zamanı servikal kanalın bir qədər genişlənməsi, və divarının qalınlaşması hesab etmək olar.Digər hallarda isə servikal kanalın daxilində əmələ gələn kistalar spesifik göstəricisi kimi hesab oluna bilər.



endoservisit


Yumurtalıq kistalarının ultrasəs diaqnostikası
Bugünki gün yumurtalıqda yaranmış bir çox kistoz törəmələrinin məs ultrasəs diaqnostikası ilə təyin olunmasının mühüm olduğunu desək yanılmarıq.Buna səbəb bir çox kistaların kliniki göstərivilərinə görə bir- birinə bənzəməsi və eyni zamanda aparılmış ginekoloji müayinənin spesifikliyinin az olmasıdır.Əgər yumurtalıqda hər hansı bir kistanın əmələ gəlməsinə şübhə olarsa, bu zaman ultrasəs müayinəısində göstərilən məsələlər aydınlaşdırılmalıdır:

- Kistoz törəməni exoqrafik olaraq təsdiq etmək.
- Topoqrafik olaraq harada yerləşməsini qeyd etmək.
- Daxili strukturunu və ölçülərini vurğulamaq
- İmkan daxilində hansı qrupa aid olduğunu məlumat verməkdən ibarətdir.
Daxili strukturuna və yaranma səbəblərinə görə kistalar bir neçə qruplara bölünür.


Follikulyar kista
Yumurtalıqda anovulyasiya məsələlərinə toxunduqda artıq qeyd olunmuşdur ki onların formalarından biridə məs dominant follikulun ovulyasiyaya uğramıyaraq,əksinə kistaya çevirilməsidir.Bu prosses horminal pozulmalar nəticəsində baş verir.Follikulyar kista əksəriyyət hallarda xroniki anovulyasiya, endokrin sosnuzluq, endometrioz kimi xəstəliklərdən əziyyət çəkən xanımlarda tez- tez təsadüf edilir.Bəzi hallarda bu tip kistalar ilkin baxışdan ginekoloji xəstəliyi olmayan xanımlarda belə epizodik olaraq aşkar olunur.Xanımların ultrasəs müayinəsindən keçməsi üçün əsas səbəb menstruasiyanın gecikməsi,hamiləliyə şübhə,qarın aşağı hissəsində ağrılar və s.

Ultrasəs müayinə zamanı folikulyar kistalar əksəriyyət hallarda yumurtalığın birində birkameralı, kənarları hamar, divarları nazik, daxili strukturu eynicinsli maye tərkibli və müxtəlif ölçülərə çatan törəmə sahəsi kimi qeyd olunur.Bu tip kistanın spesifik exoqrafik göstəricilərindən biri də kista ilə yanaşı yumurtalıq toxumasının az hissəsinin aşkar edilməsidir.Bu kistalara xass olan digər məsələrdən biri də menstruasiyadan sonra müayinə edilməsidir.Müşahidələr göstərir ki bu tip kistalar əksəriyyət hallarda menstruasiyadan sonra sovurulurlar.Bu göstərici ultrasəs müayinəsində differensial- diaqnostik əhəmiyyət kəsb edən göstərici kimi istifadə olunur.



Folikulyar kista B və tripleks rejimlərində


Seroz kista
Bu tip kistalar bir yumurtalıq tərəfindən əmələ gəlir, nadir hallarda ikitərəfli aşkar oluna bilər.Daha çox birkameralı formada təyin edilir.Follikulyar kistalardan fərqli olaraq seroz kistalar yumurtalıq toxumasının özündən yox, əksinə onunla birləşərəq əksəriyyət hallarda çanaq hissəsindən bir qədər yuxarı hissələrdə təyin edilir.Yarı 50% hallarda bu tip kistalar xəstə vəziyyətini dəyişdiqdə və yaxud kistaya müayinə zamanı bir qədər təzyiq etdiqdə yerdəyişməyə məruz qalır.Kista bir çox hallarda oval formaya, müxtəlif ölçülərə malik olan, divarları bütün dairə boyunca nazik, konturları isə hamar izlənən törəmə sahəsi kimi qeyd olunur.Kistanın daxili strukturu əksəriyyət hallarda eynicinsli maye tərkibli, lakin bəzi hallarda isə daxili divarında papilyar formalı hiperexogen hərəkətsiz əlavələr təyin edilir.Belə olan halda seroz kista sadə yox məs papilyar seroz kista kimi adlanır.Kista ilə yumurtalığı birləşdirən ayaqcıq ultrasəs müayinəsi zamanı adətən aşkar edilmir.Kista həcmi böyük olduğu zaman o, ətrafında yerləşən toxumalara məsələn sidik kisəsinə sıxıcı təsir göstərərək deformasiyasına gətirə bilər.Qeyd etmək lazımdır ki xəstələrdə ağrıların əmələ gəlməsi kistanın böyüməsi və ya ətrafında birişmələrin əmələ gəlməsidir.Maksimal ağrılar adətən kistanın ağaqcığının burulması nəticəsində baş verə bilər.Məs bu göstəricinin ultrasəs müayinəsində spesifik göstəricisi yoxdur.Menstruasiyanın fazasından asılı olmayaraq kista artmağa meyilli olu, hansı ki dinamik aparılan ultrasəs müayinəsi zamanı asanlıqla aşkar edilə bilər.Bu tip kistaları mütləq folikulyar və digər tipli kistalarla differensasiyası aparılmalıdır.


Endometrioz kista

Son illər ərzində bu növ kistalar tez-tez təsadüf edilir.Kistanın daxili strukturu qeyri həmcins oluduğunu nəzərə alaraq belə tip kistalar bəzi hallarda şokolad kistaları kimi adlandırırlarKistanın yaranma səbəbi endometrioz xəstəliyi hesab edilir..Ultrasəs müayinəsində endometrioz kistalar əksəriyyət hallarda bir yumurtalıq tərəfindən bir kameradan ibarət olan oval formada, və müxtəlif ölçülərə çatan törəmə sahəsi kimi müçşahidə edilir.
Kistanın daxili strukturuna gəldikdə isə follikulyar kistalardan fərqli olaraq endometrioz kistaların tərkibi qeyri həmcins olur.Bu qeyri həmcinslik tərkibində dispers şəklini almış exopozitiv əlavələrin olması ilə izah edilir.Kistaların belə daxili quruluşa maklik olmasının əsas səbəbi yığılmış qan möhtəviyyatının olmasıdır.Yumurtalığın öz toxuması adətən təyin edilmir.Bəzi hallarda isə uşaqlığın normadan böyüməsi və daxili strukturunun diffuz dəyişməsi təyin edilə bilər..Kistanın daxili strukturasını tam aydın öyrənilməsi üçün ən optimal vasitələrdən biridə transvaginal müayinə hesab edilir.

Endometrioz kistalar



Hemorragik kista
Əksəriyyət hallarda belə kistalar ovulyasiya nəticəsində yaranmış sarı cismin tərkibində baş vermiş qansızma nəticəsində yaranır.Normada ovulyasiya baş verdikdən sonra əmələ gəlmiş sarı cismin tərkibində yerləşən damarlar bağlanır və getdigcə tromblaşaraq bitişik toxuma halına gəlir, lakin bu prosess baş vermədikdə yerdə qalan kiçik damarlarda qansızmalar nəticəsində hemorragik kista yaranır.Hemorragik kista adətən ovulyasiyadan bir neçə saat sonra yaranır.Kistanın ölçüləri müxtəlif olur.Bu tip kistaların belə daxilki strukturu qeyri həmcins olur və əksəriyyət hallarda müxtəlif dispers şəklini alan nazik arakəsmələrin olması ilə izah edilir.Hemorragik kistanın geriyə sovurulması adətən üç prossesdən ibarətdir: kistanın ölçüsünün kiçilməsi,daxili strukturunun dispersliyinin artması, və divarının qalınlığının bir qədər artması hesab edilir.


Hemorragik tipli kista



Dermoid kista
Yumurtalıq kistaların içərisində nadir hallarda rast gəlinir.Bu tip törəmələr əsasən bir yumurtalıq tərəfindən əmələ gəlir, və yerləşməsinə görə parametral nahiyyədə və ya uşaqlıq arxası sahədə təyin oluna bilər.Digər kistalardan fərqli olaraq dermoid kistalar daxili strukturası ilə seçilir.Beləki mayeli komponenti ilə yanaşı, əksəriyyət hallarda yumşaq toxumadan və ya hiperexogen kalsifikat sahələrindən ibarə olan tərəfi də qeyd olunur.

Əziz oxuyucular bu məqalədə göstərilən ultrasəs müayinəsinin ginekoloji xəstəlikləri aşkar edilməsi təbii ki son deyil. Buraya eyni zamanda ultrasəs müayinəsinin ektopik hamiləlikdə rolu, və yaxud beçaxor kimi xəstəliyin diaqnostikasında ultrasəs müayinəsinin imkanları, habelə qadınlarda xroniki çanaq ağrısı zamanı ultrasəs müayinəsinin əhəmiyyətini qeyd etmək olar.Gördüyünüz kimi ginekoloji təcrübədə ultrasəs müayinəsinin rolu haqqında hələ çox danışmaq olar, lakin dəyişməyən bir həqiqət var- ultrasəs müayinəsi bugunki gün ginekoloji xəstəliklərin erkən diagnostikasında əvəzolunmazdır.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.