Klimaks

Klimaks-insanın cinsi funksiyalarıın zəifləməsidir. Bu bütün orqanizm üçün, həmçinin insanın psixikası üçün ciddi stresdir. Bu səbəbdən klimakterik dövrə hazırlıqlı olmaq və lazımi tədbirlər görmək lazımdır.
Klimakterik dövr adətən 1,5-2 il davam edir və qadınlarda 45-50 yaşında baş verir. Erkən klimaks 40 yaşına qədər olur, gecikmiş klimaks isə 55 yaşından sonra olur. Gecikmiş klimaks nadir hallarda baş verir.
Klimaksın baş verməsinin fizioloji səbəbi müəyyən hormonların ifrazının kəsilməsidir: yumurtahücəyrənin inkişafını stimulə edən estrogen, menstrual tsikli stimulə edən progesteron hormonunun. Sonuncu menstrual tsikl zamanı bu hormonların ifrazı tam başa çatır.
Cinsi hormonların ifrazının pozulması yavaş-yavaş baş verir və 3 stadiyada gedir:
Premenopauza -bu dövrdə qeyri-requlyar aybaşı olur .Bunun səbəbi estrogenin ifrazının normal olması , progesteronun ifrazının pozulmasıdır.
Menopauza - 1 il aybaşının olmaması və cinsi hormonların ifrazının kəsilməsidir.
Postmenopauza-menopauzadan sonra baş verir(sonuncu aybaşıdan sonra) və 3-15 il davam edir.
KLİNİK ƏLAMƏTLƏR:
Klimaks hər bir qadında özünü biruzə verir, lakin bəzisində yüngül, bəzisində ağır olur. Bu bir çox səbəblərdən asılıdır, xüsusən orqanizmdən. İlk ayları bütün qadınlarda tipik vegetativ və psixoloji əlamətlər olur:istilik ,ürəkdöyünmə, başağrı, hipertenziya, yuxusuzluq, səbəbsiz narahatçılıq, əllərin titrəməsi və keyiməsi. Postmenopauza zamanı spazm, qıcolma, selikli qişaların quruması kimi əlamətlər də əlavə olunur. Klimakterik sindrom bir neçə ay və daha çox davam edir. Orqanizm bu dəyişikliklərə uyğunlaşdıqdan sonra klimakterik əlamətlər keçir.
Klimakterik dövrün gedişatı genetik olaraq qızda anadakı kimi ola bilər. Bundan başqa klimakterik əlamətlər qadının aybaşını necə kecirtməyindən və sonsuz olub olmamasından da asılıdır.
Klimaksın gedişatı qadının konstitusional tipindən də asılıdır. Arıq qadınlarda psixoemosional pozulmalar ,osteoporoz, dolu qadınlarda hipertonik kriz, başağrı,piylənmə olur.
Hormonların səviyyəsi yavaş-yavaş azaldıqda klimakterik əlamətlər zəif nəzərə çarpır, əksinə orqanizmin cinsi hormonları kəskin azaldıqda əlamətlər də kəskin şəkildə özünü biruzə verir.
Hər bir halda klimaks normal fizioloji haldır.

Klimaks hər bir qadının həyatında yaşanılan bir dönəmdir, və az və ya çox dərəcədə diskomfort və çətinliklər yaradır. Bəzən məhz bu dövrdə müxtəlıf sağlamlığ problemləri üzə çıxır, xroniki proseslər kəskinləşir.

Vital klinikanın təctübəli mütəxəssisləri -ginekoloqlar, terapevtlər, kardioloqlar və s sizi qəbul edib, şikayətlərinizi dinləyəcək, lazimi yardım göstərəcəkdir.
012 437 52 20 050 377 44 44


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.