Uşaqlıq yolu infeksiyaları

Uşaqlıq yolunun infeksiyaları ( vaginitlər və vaginozlar) müxtəlif yaş dövründə olan qadınların arasında geniş yayılmışdır.Onların arasında uşaqlıq yolunun mikroflora balansının pozulması nəticəsində əsasən bakterial vaginoz( qardnerellez) və vaginal kandidoz kimi xəstəliklərə daha çox təsadüf edilir. Digər infeksiyalardan olan trixomoniaz(trixomonoz) isə adətən cinsi yol ilə yoluxur. Nadir hallarda rast gələn infeksiyalarda mövcuddur ki, onlarda uşaqlıq yolunun iltihabına səbəb olur.

Uşaqlıq yolu infeksiyalarının yaranma səbəbləri

Normada uşaqlıq yolu müxtəlif mikroorqanizmlərin inkişafı üçün turş və zəngin oksigenli mühitə malikdir. Uşaqlıq yolunun təbii mikroflorasının 95 faizi süd turşusunu əmələ gətirən laktobakteriyalardan ibarətdir. Həmən turş mühit bir sıra zərərverici mikroblara qarşı təbii qoruyucu mexanizmdir. Təbii mikroflora balansı pozulduqda laktobakteriyaların sayı azalır zərərverici mikroorqanizmlərin sayı isə əksinə artır. Buna gətirən səbəblər müxtəlifdir.- məsələn: müxtəlif dərman preparatları ( antibiotik), uşaqlıqdaxili spiral ,bəzi xəstəliklər və infeksiyalar, hormonal dəyişiklik,artıq çəki və s. kimi səbələri qeyd etmək olar.

Bakterial vaginoz ( qardnerellez) - gardanella vagiginalis bakteriyasının uşaqlıq yolunda kəskin çoxalması nəticəsində inkişaf edir.

Vaginal kandidoz - uşaqlıq yolunda, dəridə, ağız boşluğunda, bağırsaqda normada rast gələn maya göbələyinin kəskin çoxalması nəticəsində inkişaf edir.
Trixomoniaz - cinsi yol ilə keçir.

Uşaqlıq yolu infeksiyalarının əlamətləri

Ən çox rast gəlinən əlamətləri: sidiyə getdikdə , cinsi əlaqə zamanı göynəmə ,qaşınma, uşaqlıq yolu boyunca qıcıqlanma və qızartı , uşaqlıq yolundan xoşagəlməz qoxunun olması. Bu əlamətlər menstruasiya zamanı və ondan sonra kəskinləşə bilər. Xlamidioz və qonoreya kimi təhlükəli infeksiyalar da uşaqlıq yolu iltihabına xas olan əlamətlərlə özünü göstərir. Bəzi hallarda əlamətlər olmaya bilər.

Uşaqlıq yolu infeksiyaları nə ilə təhlükəlidir?

Vaxtında müalicə olunmayan uşaqlıq yolu infeksiyaları sonradan sonsuzluq,endometrioz,servisit kimi xəstəliklərə səbəb ola bilər.

Uşaqlıq yolu infeksiyaların profilaktikası .

- Cinsi əlaqə zamanı qoruyuculardan istifadə edin.
- Ећəkərli diabetdən əziyyət çəkirsizsə qanda şəkərin miqdarına nəzarət edin
- Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməyin
- Gündəlik şəxsi gigiyena qaydalarına riayət edin.
- Profilaktika məqsədi ilə ən azı ildə 2 dəfə ginekoloji müayinələrdən keçin.

Həkimin qəbuluna hazırlıq necə aparılmalıdır?

- Gəbula gəlməzdən bir neçə gün əvvəl uşaqlıq yoluna yerli təsit edən dərmanlardan istifadə etməyin.
- Gəbula menstruasiya günlərində gəlmək məsləhət deyil
- Menstruasiya günlərindən başqa digər günlərdə qanlı ifrazat gəldikdə dərhal həkimə müraciət edin.

İnfeksiyaların diaqnostikası necə aparılır?

Həkim tərəfindən uşaqlıq yolu ifrazatından numunə götürülür. Daha sonra laboratoriyada infeksiyanı aşkar etmək üçün müxtəlif analizlər aparılır. Bəzi hallarda qan analizlərinin aparılmasına ehtiyac ola bilər.

Uşaqlıq yolu infenksiyalarının müalicəsi

İnfeksiyaların müalicəsində bir çox effektiv dərmanlardan istifadə edilir. Onlar tablet, kapsul, şam, kremlər və məhlul formasında buraxıılır. Əgər siz hamiləsinizsə, və yaxud hamiləlik planlaşdırırsızsa, bu haqda həkiminizə ilkin gəbulda məlumat verin. Xəstəliyin ağırlıq dərəcəsini və laborator müayinələrinin nəticəsini nəzərə alaraq müalicə qısa müddətli ( 3 gün) və ya uzunmüddətli ( 20 gün və daha çox) təyin edilə bilər. Xəstəliyin əlamətlərinin müalicənin ilk günlərində keçməsinə baxmayaraq müalicə kursunu tam keçmək məsləhətdir, əks halda xəstəlik təkrarlana bilər. Əgər müalicənin ilk günlərində əlamətlər keçməsə və yaxud şiddətlənsə dərhal həkimə müraciət edin.

Cinsi partnorun müalicəsi vacibdirmi?

Təkrar yoluxmanın qarşısını almaq məqsədi ilə hər iki tərəfin müalicə alması mütləqdir. Müalicə müddətində və daha sonra təkrar aparılan laborator müayinələrin nəticəsini almayana qədər cinsi əlaqədə olmaq olmaz.

Müalicənin əks təsiri ola bilərmi?

Nadir hallarda yerli istifadə edilən bir sıra dərmanlar uşaqlıq yolunda qaşınmanın və qıcıqlanmanın artmasına səbəb ola bilər.Qeyd etmək lazımdır ki bu əlamətlər qısamüddətlidir və müalicəni davam etdirmək məsləhətdir. Tablet və ya kapsul formasında daxilə istifadə edilən bəzi dərmanlarla yanaşı, gün ərzində alkoqoldan istifadə etmək məsləhət deyil.
Müalicənin nəticəsini necə bilmək olar?
Bunun üçün müalicə bitdikdən sonra təkrar həkimin müayinəsindən keçmək lazımdır. Əgər alınmış nəticələr infeksiyanın tam keçməsini göstərməsə, əlavə təkrar kurs müalicəyə ehtiyac ola bilər.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.