Uşaqliq mioması

Xoş xassəli şiş olub, uşaqlığın saya əzələ toxumasından inkişaf edir. Ећişin inkişafının əsasında hipotalamo-hipofizar nahiyyədə pozğunluq və estrogenlərin yüksək miqdarda sintezi durur. Düyünlər 95% hallarda uşaqlıq cismində, 5% hallarda uşaqlıq boynunda yerləşir.
SİMPTOMLARI:
Xəstəlik adətən 30 yaşından sonra inkişaf edir. Xəstəlik özünü tsiklik qanaxmalarla (menorragiyalar) göstərir; bu fonda bəzən atsiklik qanaxmalar (metroragiyalar) da müşahidə olunur. Ећiş sidik kisəsi və düz bağırsağa doğru inkişaf edirsə, bu orqanların sıxılması əlamətləri yaranır, Ећiş zəif sürətlə inkişaf edir, konsistensiyası sıx və kələ-kötür, palpasiyası ağrısızdır.
AĞIRLAЕћMALARI:
Subseroz düyünün ayaqcığının burulması, düyünün nekrozu, qansızma.
MÜALİCƏSİ:
Xırda ölçülü miomada- konservativ; əksər hallarda isə cərrahi yolladır. Cərrahi yolla müalicə palliativ (düyünlərin götürülməsi) və radikal (uşaqlığın ekstripasiyası) ola bilir.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.