Uşaqlıq cismi və boynu polipləri

Uşaqlıq cismi və boynu polipləri xronik iltihabi proses fonunda endometrinin və ya endoserviksin vəzili epitelisinin patoloji proliferasiyasıdır. Poliplərin inkişafında hormonal pozğunluqların da müəyyən qədər rolu olur. Diaqnoz kolposkopiya, histeroskopiya, metroqrafiya və ultrasəs müayinəsi vasitəsilə qoyulur.
Uşaqlıq cismi və boynu polipləri bəzən menorragiya tipli uşaqlıq
qanaxmalarına səbəb olur.

Müalicəsi: uşaqlıq boynu polipləri polipektomiya, uşaqlıq cismi polipləri uşaqlığın selikli qişasının təmizlənməsi yolu ilə müalicə olunur.
Uşaqlıq boynunun residivləşən poliplərində servikal kanalın selikli qişasının təmizlənməsi vacibdir.
Xaric olunmuş patoloji material histoloji müayinə olunmalıdır.
Adenomatoz poliplər xərçəngönü xəstəlik hesab olunur.
Həyat üçün proqnozu müsbətdir. Profilaktikası: iltihabi dəyişikliklər və hormonal pozğunluqların vaxtında aşkarlanması və adekvat müalicəsi.

Vital klinikanın rəhbəri tanınmış mama-ginekoloq Afaq Məcidova uzun illər təbabətin ən mürəkkəb sahələrindən biri olan qadın sonsuzluğu ilə məşğul olur. Onun əməyi, nəzəri biliyi və praktiki təcrübəsi sayəsində yüzlərlə ailə valideyn olmaq sevinci yaşayıb. Hətta başqa ölkələrdən onun sorağını eşidib gələnlərin də sayı az deyil.

Vital Klinikada sonsuzluğun uğurla müalicəsinin özəllikləri və sirləri :
-nigahda olan qadın və kişi tam müayinə olunur
--müalicələr qadın və kişidə paralel və əlaqəli aparılır
--pasientlərə individual yanaşma prinsipinə hər zaman riayət olunur
-ehtiyac olduqda başqa sahələrin mütəxəssisləri ilə konsultasiyalar olunur
-ailə cütünün psixolojı durumu korreksiya olunur
-kompleks müalicələr tətbiq olunur (dərman preparatları, bitkilər, fizioterapevtik proseduralar, müalicəvi idman, yerli proseduralar, ozonoterapiya, plazmaferez, qanın ultra-bənövşəyi şüalarla şüalandırılması və s. )
--özəl reseptlərlə hazırlanmış müalicəvi qarışıqlardan istifadə olunur

Afaq xanımın rəhbərliyi altında Vital klinikada qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq miomaları, yumurtalıq kistaları, cinsi yolla keçən infeksiyalar, zooinfeksiyalar, hamiləlik toksikozları, yumurtalıq polikistozu, uşaqlığın disfunksional qanaxmaları, uşaqlıq boynu eroziyaları, klimakterik nevroz və bir çox başqa mama-ginekoloji problemlər müvəffəqiyyətlə müalicə olunur.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437 52 20. 050 377 44 44


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.