Latent diabet (Gizli)

İnsan organizmi ücün ən təhlükəli hallardan biri latent yəni, gizli şəkərli diabet xəstəliyidir. Bu zaman diabet simptomları gizli inkşaf edir, adi şəkər müayinələri zamanı qanda şəkərin səviyyesi normal olur. Lakin bədən çəkisinin artması, hamiləlik, müxtəlif stress hallari kimi vəziyyətlərdə xəstəlik aşkar formaya keçir. Adi şəkər testi xəstəliyi aşkar etməyə imkan vermir; latent diabeti yalniz xüsusi müayinə və testlərlə (prednizon-glükoza testi, Ећtraub-Trauqott sınağı) müəyyənləşdirmək olur. Latent diabet zamanı miokard infarktı və beyin qansızmasından ölüm riski bir neçə dəfə artmış olur. Hər 10 nəfərdən birində isə nevroloji problemlər və göz dibinin diabetlə baglı dəyişməsindən yaranan çox ciddi görmə problemləri müşahidə olunur. Belə bir təhlükədən orqanizmi qorumağın ən düzgün yolu latent diabeti aşkarlamağa inkan verən müayinədən keçməkdir. Vaxtında qoyulmuş diaqnoz xəstəliyin ugurlu müalicəsinə imkan verir.

Latent diabetin inkişaf etməsi ilə bağlı risk faktorlari:
1.İrsi meyllilik.
2. 4,5kq-dan atrıq çəkili uşaq doğmuş qadınlar
3.Piylənmə,hipertoniya və podaqra xəstəliyi olan şəxslər.
4.Qaraciyər,öd yolları və mədəaltı vəzi xəstəlikləri.
5.Qeyri-müəyyən mənşəli neyropatiyalar.
6.Spontan hipoqlikemiya(qanda şəkərin kəskin enməsi) halları olan şəxslər.
7.Uzun müddət hormonal preparatlar qəbul etmiş şəxslər.
7. 60-dan yuxarı yaş qrupu. və.s.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.