Artıq çəki

Г‡əkisi normadan artıq olan uşaqlar üçün.

13-19 yaş arası yeniyetmə və gənclərin qidalanması ilk növbədə ailəsindən daha sonra sosial əhatəsindən, dostlarından asılıdır.
Uşaq böyüdükcə sosial çevrəsi də genişlənir. Məktəb, dostları, internet, mediya və reklamlar da ona təsir etməyə başlayır. Sağlam və qaydalı qidalanma vərdişləri formalaşmamış uşaqlar üçün bu dövr çox önəmlidir.
Belə uşaqlarda sadəcə ürəkləri istədiklərini, normadan artıq yeməklə qeyri-düzgün qidalanma və qarın doyurma vərdişləri yaranır ki, bu da onların fiziki və psixi inkişafina çox mənfi təsir göstərir.
Qeyri-düzgün formalaşan qidalanma vərdişləri xüsusilə gənclərdə ciddi problemlər yarada bilər. Bu yaş dövründə xarici görünüş və bədən imici insan üçün çox vacib sayılır. Məhz bu yaş dövründə gənclərdə xarici görünüşlə bağlı narazılıqların, hətta komplekslərin yaranması baş verir.
Əksər gənclər özləri üçün ən uyğun boy və çəki ilə bağlı səhv təsəvvürlərə malik olur.
Xüsusilə 9-18 yaş arasındaki qızların 50 -60 %-i, oğlanların isə 23% -i hesab edirlər ki, çəkiləri normadan artıqdır.
Arıq olma arzusu, yaşıdlar tərəfindən qəbul olunmaq arzusu ilə sıx əlaqədardır. Hesab olunur ki, arıq insanlar cəmiyyətdə daha uğurlu, populyar, cazibədar olurlar.
Bu təsəvvür daima kütləvi informasiya vasitələri tərəfindən də dəstəklənir. Beləliklə yaraşıqlı görünmək üçün gənc qızlar pəhriz saxlayir, oğlanlar isə məşqlərə gedib, idman edirlər.
Gənclərin arıqlayıb, incə olmaq arzuları onları müxtəlif, dəbdə olan dietalara gətirib çıxarır. Lakin bu pəhrizlər gənclər üçün faydasız, hətta təhlükəli olur. Bu pəhrizlər böyümə, inkişafda olan sümüklərin qalınlaşması, menstrual tsikl ilə əlaqədar dəmir itkisinin artdığı bir dövrdə gənc qızlarda problemlər yarada bilər.
Bu pəhrizlər, böyümə, inkişaf ləngiməsi ilə birlikdə orqanizmin enerji balansının pozulmasına səbəb olur, osteoporoz riskini artırır, qanda sidik turşusunun miqdarını, yağ miqdarını artırır, ürəkdə ritm pozulmaları yaradır, qan azlığı əmələ gətirir, dərsləri mənimsəməni zəiflədir, marağı azaldır, sümük minerallaşmasını pozur, müxtəlif psixoloji problemlər yaradır.
Pəhrizlərin səhv tutulmasi nəticəsində bulimiya və anoreksiya kimi ağır gida davranışı pozulması halları da yarana bilər.

Tez-tez, az-az yeməklə birlikdə fiziki aktivliyin artırılması gənclərin artıq çəki ploblemlərini həll etməyə kömək edəcək.

Artıq çəki problemi olan gənclər bir mütəxəssis tərəfindən müayinə olunmalı, onlara biokimyəvi qan analizlərini nəzərə alaraq individual qidalanma proqramı tərtib olunmalıdır.


Uzunmüddətli balanslı və kifayət edən qədər qida qəbulu davranışnı formalaşdırmaq lazımdır.
Bir daha söyləyək:
Tez-tez, az-az yeməklə birlikdə fiziki aktivliyin artırılması gənclərin artıq çəki ploblemlərini həll etməyə kömək edəcək.

Düzgün və yetərli qidalanma vərdişlərinin yaranmasında günü səhər yeməyi il əbaşlamaq çox önəmlidir. Əgər səhər yeməyi yemədən gününüzü başlayarsınızsa, gücü olmayan bir kompyuterə oxşayarsınız.

UNUTMAQ OLMAZ Kİ, "GÜCLÜ" PƏHRİZLƏR, "MÖCÜZƏLİ" Г‡AYLAR, KOFELƏR BEYİN BƏ BƏDƏN İNKİЕћAFINA MƏNFİ TƏSİR GÖSTƏRƏ BİLƏR.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.