Artıq çəki və piylənmə

Piylənmə; orqanizmə qida ilə qəbul olunan kalorinin miqdarı ilə enerji sərfinin uyğunsuzluğu zamanı inkişaf edir.
Bəzi hallarda kaloridən istifadə artır (çoxyemə),digər hallarda onlara ehtiyac azalır (endokrin pozulmalar nəticəsində əsas mübadilənin zəifləməsi), üçüncü halda toxluq mərkəzinin patoloji prosesə cəlb edilməsi nəticəsində qida davranışında pozulmalar olur.
Piylənmənin üç forması müəyyən edilib:
1. Alimentar və ya konstitusion-ekzogen piylənmə.Əsas səbəbi çox yeməkdir.
2. Hipotalamik piylənmə. Hipotalamik yuvenil sindromda, diensefal sindromda, adipoz-qenital çatmamazlıqda, neyroendokrin pozulmalarda, klimakterik sindrom zamanı yaranır.
3. Endokrin piylənmə. Səbəbi endokrin vəzilərin- böyrəküstü, qalxanvari və mədəaltı vəzinin patologiyasıdır.
Hipotalamik piylənmənin əsasında baş beynin qabıqaltı nüvələrində mübadilə proseslərinin pozulması durur. Bu zaman prosesə insanın qida ilə bağlı davranışını (iştah və toxluq ) tənzim edən mərkəzlər cəlb edilir. Neyrotransmitterlərin (dofamin, serotonin, endorfin) sintezi, qarşılıqlı təsiri və deqradasiyası, eləcə də onların hipotalamusun neyroreseptorlarına həssaslığı pozulur.
Piylənmənin hipotalamik tipi başın travması, keçirilmiş neyroinfeksiyalar, kəskin və xroniki stresslərdən sonra, zehni gərginliklər zamanı qeyd olunur.
Г‡ox hallarda hipotalamik piylənmə hamiləlik toksikozları keçirmiş qadınlarda doğuşdan sonra, bədən çəkisinin çox artması zamanı, doğuş zamanı cox qan itirdikdə inkişaf edir. Eləcə də, buna abort və ya pozulmuş hamiləlik səbəb ola bilər.

Müalicəsi:

-alimentar piylənmə zamanı azkalorili pəhriz
- endokrin piylənmədə-əsas xəstəliyin -böyrəküstü , qalxanvari vəzinin patologiyasının pəhrizlə yanaşı müalicəsi;
- hipotalamik piylənmədə - ayrı-ayrı simptomların və xəstəliklərin cəmi.
Hipotalamik piylənmənin inkişaf səbəbləri çoxfaktorlu olduğundan bu piylənmənin müalicəsi də fərdi və kompleks şəkildə aparılmalıdır.
Baş beynin dehidratasiyası, fizioterapevtik prosedurlar, baş beynin qan dövranını yaxşılaşdıran preparatlar, nootrop və sedativ preparatlar tətbiq olunur. Gimnastika piylənmənin bütün formalarının kompleks müalicəsinin ayrılmaz hissəsidir.

Piylənmə aşırı dərəcəyə çatdıqda onu salmaq çox çətin olur. Bu zaman mədə kiçiltmə əməliyyatlarından istifadə edilir. Bir çox hallarda bu yeganə və effektiv çıxış yolu olur. Belə piylənmə ayaq, bel ağrılarına səbəb olur, ürək damar və oynaq hərəkət sisteminin fəaliyyətini pozur, şəkərli diabet, hipertoniya xəstəliyinin yaramnasına səbəb olur. Mədə kiçiltmə əməliyyatı nəticəsində çəki surətlə azalır, 30-40 kg və daha çox ağıqlama mümkün olur, bir daha çəki yığma təhlükəsi olmur. Beləliklə bu əməliyyat bir sıra sağlamlıq probleminin qarşısını almağa, artıq yaranmış xəstəliklərin də sağalmasına kömək edir.
Mədə kiçiltmə əməliyyatı kəsiksiz laparoskopik üsulla aparılır, orqanızm üçün tam təhlükəsizdir. Əməliyyatdan sonra piylənmə ilə əlaqədar yaranmış yanaşı xəstəliklər geriyə inkişaf edir. Hərəki aktivlik pərpa olunur. Vital Klinikada Mədə kiçiltmə əməliyyatlarını Amerika xəstəxanasında təcrübə keçmiş, bu sahədə mükəmməl biliyə sahib olan uzman dr. NAZİM bəy Amerika üsulu ilə həyata keçirir.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.