Hipofiz

Hipofiz- Bu vəzi endokrin vəzləri içərisində mühüm yer tutur. Hipofiz baş beynin əsasında türk yəhəri deyilən nazik nahiyyədə yerləşir. Hipofiz vəzisinin ön,arxa,kiçik və aralıq payları olmaqla 0,4-1,1q arasında çəkisi var. Bu vəzidə xlorofil və əsas hüceyrə qrupları müəyyən edilmişdir. Birinci qrup xlorofil, hüceyrələr asidofil və bazafil qruplarına ayrılır, əsas hüceyrələr qrupu isə ehtiyyat hüceyrələr olub, vəzin funksional fəallığı zamanı asidofil və bazafil hüceyrələrinə çevrilir. Vəzin asidofil hüceyrələrində boy, prolaktin bazafil hüceyrələrində trieotrop, adenokortikotrop, fallikulların inkişafını tənzimləyən hormonlar sintez olunur.
Hipofizin hiperfunksiyası zamanı insanda giqantizm və akromeqaliya xəstəlikləri meydana çıxır. Giqantizm xəstəliyinə məruz qalmış insanların boyu 225-230sm-dən çox ola bilər. Belə sürətli boyatmaya adətən cinsi yetişkənlik dövrünədək təsadüf olunur. Arkomeqaliya xəstəliyinə tutulmuş insanlarda dil, burun, alt çənə ümumilikdə isə baş böyüyür. Bəzən isə adenohipofizin hiperfunksiyası qalxanvari, cinsiyyət və daxili sekresiya vəzlərinin normal fəallığının, su, mineral duzlar və karbohidrat mübadiləsinin pozulmasına səbəb olur. Hipofizdə adrenokortikotrop hormonu çox sintez olunduqda İsenko Kuşinq deyilən xəstəlik müşahidə olunur. Bu xəstəliyə cavan qadınlarda və kiçik yaşlı qızlarda çox rast gəlinir. Boyun, üz, qarın nahiyyələrinin piylənməsinə, qan təzyiqinin və qanda şəkərin miqdarının artmasına səbəb olur.
Vəzin hipofunksiyası samototrop hormonunun qanda azalmasına səbəb olur ki, bu da cırtdan boyluluğa gətirib çıxarır. Bu zaman insanın əqli inkişafı normal vəziyyətdə olur, bədən quruluşunun nisbi proporsiyaları pozulmur, lakin böyümə zəif gedir. Bu vəzin hipofunksiyasının azalması göstərdiyimiz xəstəliyin meydana çıxması ilə yanaşı, başqa daxili sekresiya vəzlərinin, xüsusən qalxanvari, böyrəküstü və cinsiyyət vəzlərinin hipofunksiyasına səbəb olur.
Embrional inkişaf zamanı hipofiz öz başlanğıcını ektoderma adlanan rüşeym vərəqindən götürür. Yeni doğulmuş uşaqlarda kütləsi 150 mq-a,10-12 yaşlarında 200-350 mq-a, 18-20 yaşlarında 500-650 mq-a bərabar olur. Qanda boy hormonunun miqdarı yaşla əlaqədar olaraq dəyişir. Yeni doğulmuş körpələrin qanında samototrop hormonunun miqdarı 120mq/ml-dən çox, 3-5 yaşlarında daha çox, 20 yaşından sonra isə azalır. 30-40 yaşlarında isə onun miqdarı demək olar ki, minimuma enir, daha sonra rast gəlinmir.
Hipofizin tireotrop hormonunun qanda miqdarı yaşla əlaqədar olaraq dəyişir. Belə ki, 21-30 yaşınadək onun miqdarı artır, sonra isə tədricən azalır, qocalarda isə yenidən artma tendensiyası müşahidə olunur. Buna səbəb qalxanvari vəzin funksiyasının həmin hormonla stimullaşdırılmasıdır.
Yaşla əlaqədar olaraq qonadotrop hormonların miqdarı və fəallığı xeyli dəyişir. Məs: lüteyinləşdirici hormona 8 həftəlik rüşeymin hipofizində təsadüf olunur. Ibtidai məktəb yaşlarında qanodotrop hormonlarının qanda miqdarı az olur. Ancaq yuxarı sinif şagirdlərinin qanında artır. Xüsusilə, cinsi yetkinlik dövründə qızların qanında daha çox olur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.