Qalxanvari vəz

Qalxanvari vəzi-İnsan bədənində qırtlaqdan öndə yerləşməklə 2 yan və 1 ön hissədən ibarətdir, güclü qan və limfa damarları ilə təchiz olunub. Qalxanvari vəzin hormonları tiroksin və üçyodtironindir,1-cisinin sintezində 2 molekul tirozin amin turşusu və 4 yod atomu iştirak edir. Hormonların hər 2-si qaraciyərdə, süd vəzlərində və digər orqanlarda tetrayodmonosirkə turşusuna çevrildikdən sonra aktivləşir. Bu hormonlarla yanaşı qalxanvari vəzdə kalsitonin hormonu sintez olunur ki, bu da sümük toxumasında Ca və P-un artmasını, qanda isə azalmasını təmin edir.

Tiroksin hormonu orqanizmdəki yod mübadiləsinə təsir göstərir, çatmadıqda isə endemik zob xəstəliyi əmələ gəlir.

Körpə uşaqlarda bu vəzin hipofunksiyası (funksiyanın zəifləməsi) müşahidə olunursa, onda kretinizm xəstəliyi yaranır. Həmin uşaqlar həm zehni, həm də fiziki cəhətcə zəif olurlar, alçaqboy olurlar, daim ağızlarından ağız suyu ifraz olunur.



Yaşlılarda qalxanvari vəzin hipofunksiyası zamanı miksadema xəstəliyi əmələ gəlir. Miksadema xəstəliyi zamanı yorğunluq, yaddaşın zəifləməsi, ləng hərəkət (mərkəzi sinir sisteminin tormozlanması), maddələr mübadiləsi intensivliyinin, temperaturun, nəbzin, qantəzyiqinin aşağı düşməsi müşahidə olunur.

Qalxanvari vəzin hiperfunksiyası zamanı isə ekzoftalmik zob, başqa sözlə Bazedov xəstəliyi əmələ gəlir. Belə adamlarda üzvi maddələrin parçalanması sürətlənir, ancaq ATF-in sintezi zəifləyir. Nəticədə kəskin arıqlama, yorğunluq, əzələ ağrıları, nəbz və tənəffüsün artması, əsəbilik, gözlərin dəbərməsi müşahidə olunur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.