Miksedema

MİKSEDEMA



Miksedema-özünəməxsus dəri və dərialtı toxuma ödemi ilə xarakterizə olunan hipotireozun ağır formasıdır. Xəstəlik qalxanabənzər hormonun çatmamazlığı nəticəsində inkişaf edir.

Növləri:
Miksedema birincili və ikncili hipotireoz nəticəsində inkişaf edir:
-birincili –qalxanabənzər vəzinin xəstəlikləri fonunda inkişaf edir
-ikincili hipotireoz- hipotalamo-hipofizar patologiya fonunda inkişaf edir.

Səbəbləri:
Miksedemanın əsas səbəbi tiroksin və triyodtironin hormonunun ifrazının azalmasıdır.

Miksedemanın səbəbləri birincili və ikincili olmaqla iki qrupa bölünür:
-qalxanabənzər vəzi toxumasının həcminin kiçilməsi
-autoimmun tireodit
-şüalanma
-qalxanabənzər vəzinin infiltrativ xəstəlikləri
-yod çatmamazlığı

İkincili əlamətlər:
-hipofizar hipotireoz
-hipotalamik hipotireoz

ƏLAMƏTLƏRİ:
Uzun müddətli hipotireoz zamanı xəstələrdə ödemlə xarakterizə olunan “miksedematoz” görünüş inkişaf edir.Üz bu zaman şişkin, maskaşəkilli, solğun-sarı rəngdə, mimikasız olur.

Həmçinin əlamətlər digər orqan və sistemlərin zədələnməsindən asılı olaraq da inkişaf edir.

Qasrtoenteroloji əlamətlər:
-xroniki qəbzlik
-öd daşı xəstəliyi
-xroniki hepatit
-dilin ödemi
Revmatoloji əlamətlər:
-poliartrit
-polisinovit
-proqressivləşən osteoartroz
Dermatoloji əlamətlər:
-alopesiya
-kökəlmə və saçların tökülməsi
-hiperkeratoz
-quru dəri
-onixoliz
Psixiatrik əlamətlər:
-depressiya
-apatik vəziyyət
-tormozlanma
-yaddaşın və konsentrasiyanın zəifləməsi
-yuxuculuq
-nitqin zəifləməsi
-demensiya
Ginekoloji əlamətlər:
-disfunksional uşaqlıq qanaxmaları
-sonsuzluq
Kardioloji əlamətlər:
-diastolik hipertenziya
-dislipidemiya
-hidroperikardit

Vital klinikada endokrinoloq dr. Emin bəy şəkərli diabet, zob, qadınlarda yumurtalıq disfunksiyaları, aybaşı pozğunluqlar, kişilərdə hormonal cinsi zəiflik və sozsuzluq, boy və çəki problemləri olanları qəbul edir.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.