Uşaqlarda diabet

Ећəkərli diabet deyəndə adətən yaşlı adamlar ağlımıza gəlir.
Təəssüf ki, bu xəstəlik uşaqlarda da olur. Uşaqlarda diabet daha ağır, daha təhlükəli keçir.
Təhlükəli olmasının əsas səbəblərindən biri də valideynlərin uşaqda diabet olmasından şübhələnmədiyinə görə diaqnozun vaxtında qoyulmaması, ketoasidoz, koma kimi həyat üçün təhlükəli vəziyyətlərin yarana bilməsidir.

Hansı əlamətlər uşaqda şəkərli diabet xəstəliyinə şübhə yarada bilər?

• Susuzluq—uşaq gündə 5-6 litrə qədər maye qəbul edə bilər
• Tez-tez sidiyə çıxma,
• Yeməkdən sonra özünü pis hiss etmə
• Kəskin arıqlama
• Zəiflik, halsızlıq, tərləmə
• Residivləşən infeksiyalar
• Ağızdan aseton iyi

Bu əlamətlərdən heç olmasa biri övladınızda varsa, vaxt itirmədən onu müayinəyə aparın. Inşallah diaqnoz təstiq olunmaz. Yenə də bu hallar olan uşaqları ara dir yoxlatmaq məsləhətdir. Г‡ünki müalicə nə qədər erkən başlayarsa, o qədər uğurlu olar.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.