Uşaqlarda boy artımı problemi

Uşaqlarda boy artımının geri qalmasının səbəbləri:
Uşaqların normal böyüməsi və inkişafı sağlamlığın ən önəmli göstəricilərindəndir. Normal böyümə üçün sağlam hüceyrə , yaxşı qulluq, idman, böyüməni təmin edən hormon və böyümə faktorlarının olması vacibdir. Böyümə əvvəlcə hüceyrələrin bölünüb çoxalması ilə başlayır.
Doğumdan əvvəl körpənin böyüməsi ananın sağlamlığından, qidalanmasından asılıdır. Doğumdan sonra böyüməni tənzim edən hormonlardır. Bunların ən önəmlisi boy hormonudur. Boy hormonu beyində yerləşən hipofizdə ifraz olunur və orqanizmə ötürülür. Daha sonra qaraciyər və sümük ilyində böyümə faktorlarının yaranmasını təmin edir. Boy hormonu çatmamazlığı zamanı yağların sintezində də dəyişikliklər baş verir. Boy hormonu çatmamazlığı uşaqların boyunun qısa olmasına səbəb olur. Boy hormonunun ifrazı yuxuda olarkən artır. Ona görə də uşaqlarda yuxu rejimi önəmlidir. Uşaqların qəbul etdiyi bəzi dərman maddələri , xüsusən steroidlər böyümə hormonunun ifrazını azaldır.

Boy artımının geri qalmasını müəyyən etmək üçün əvvəlcə normal böyüməni bilmək lazımdır. Uşaqlarda boy artımı hər yaş qrupunda, qız və oğlanlarda fərqlidir.

Uşaqlarda boyun qısa olmasının səbəbləri:

-1-genetik olaraq yaranan normal qısaboyluluq. Belə uşaqlarda boy artımı əvvəl normal olur, sonra isə genetik olaraq ata və ananın boyuna uyğun artır.
-2-anormal qısaboyluluq. Buna müxtəlif sümük , endokrinoloji xəstəliklər səbəb ola bilər.
Boy hormonunun çatmamazlığına 3500-4000 doğuşdan birində rast gəlinir. Xəstələrin 25-30%-də bunun səbəbi məlum olmur. Lakin buna baxmayaraq uşaqlar yenə də müalicə almalıdırlar. Boy hormonu çatmamazlığına müxtəlif doğum travmaları da səbəb ola bilər. Doğuşdan boy hormonu çatmamazlığı olan uşaqlarda inkişaf ilk 6 ay ərzində normal olur, sonra isə boy artımı ləngiyir və 2 yaşdan sonra fərq hiss edilir. Belə uşaqlarda dırnaq uzanması, diş çıxarma ləngiyir , saçlar incə olur. Oğlan uşaqlarında cinsi inkişafdan qalma da müşahidə olunur. Bu cür problemlərlə rastlaşan valideynlər endokrinoloqa müraciət etməlidirlər.

Boyun inkişaf etməsini yalnız boyu ölçməklə müəyyən etmək olmaz. Bunun üçün boyun uzunluğu və boyun uzanma sürəti, bədənin çəkisi , çəkinin artma sürəti, baş çevrəsi, baş çevrəsinin artma sürəti, vücud orqanlarının bir-birinə olan nisbəti qiymətləndirilməlidir.



Boy artımında və inkişafda ana südünün böyük əhəmiyəti var. Ana südü körpələr üçün ən təmiz, sağlam qidadır. Hal-hazırda körpələrin 2 yaşa qədər ana südü ilə qidalanması məsləhət görülür.
Bundan başqa uşaqların idmanla məşğul olması , daima fiziki hərəkətlər etməsi də onların boy artımına müsbət təsir göstərir.
Hamiləlik zamanı ananın vitaminli qidalarla qidalanması da körpələrin inkişafına müsbət təsir göstərir.
Uşaqlarda boyun inkişafdan qalmasına beyin travmaları, şişləri, bəzi genetik xəstəliklər səbəb ola bilər.



Diaqnostika zamanı xəstədən anamnez toplanılır. Ananın hamiləlik vaxtı keçirdiyi xəstəliklər, ananın düzgün qidalanması, körpənin normal doğulması, düzgün bəslənməsi, genetik xəstəlikləri, keçirdiyi xəstəliklər müəyyən edilir. Xəstənin boy, tiroid hormonları, qanı, nəcisi yoxlanılır, qaraciyər və böyrək xəstəlikləri müəyyən olunur.
Uşaqlarda boy problemi vaxtında aşkar edilib müalicə olunarsa bu problem aradan qalxar.
Boy hormonu çatmamazlığı olan xəstələrdə müalicə qızlarda boyun uzunluğu
155sm-ə, oğlanlarda 165sm-ə çatdıqda dayandırılır. Əgər uşaqda qalıcı boy hormonu çatmamazlığı varsa onda müalicə ömür boyu davam edə bilər.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.