Ginekomastiya

Ginekomastiya - kişilərdə döşlərin qeyri normal böyüməsi deməkdir. Yunanca gyne (qadın) və mastos (döş) sözlərinin birləşməsindən əmələ gəlib.
Xəstəliyin səbəbi tam olaraq bilinmir, cinsi hormonlarda tarazlığın pozulması ilə əlaqədar olduğu düşünülür.cinsi yetişkənlik dövründə oğlanlarda yaranan ginekomastiya əksər hallarda bir neçə il ərzində öz-özünə keçir.
Bir çox hallarda ginekomastiya öz-özlüyündə sağlamlığ problem yaratmır, lakin kişinin sosial psixoloji durumuna mənfi təsir edə bilir. Bəzən isə müxrəlif xəstəliklər zamanı (endokrinoloji, onkoloji və s) bir simptom üzə çıxır.
Ginekomastiyanın 3 tipi ayırd edilir.
1. Həqiqi ginekomastiya böyümə süd vəzinin öz toxuması hesabına baş verir.
2. Yalançı ginekomastiya və ya lipomastiya. Bu zaman döşlər piy toxumasının hesabına böyüyür.
3. Qarışıq ginekomastiya - döşlər həm süd vəzlərininözünön həm də piyin hesabına böyüyür.

Adətən xəstələrdə hər iki döşün eyni zamanda böyüməsi baş verir - ikitərəfli ginekomastiya .
Bəzən isə yalniz bir döş böyüyür - birtərəfli ginekomastiya.

Ginekomastiyanı yaradan səbəb bilinirsə müalicə bu istiqamətdə aparılmalıdır. Lakin əksər hallarda cərrahi müalicə tətbiq olunur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.