Osteoporozun profilaktikası


50 yaşdan sonra başlayan uşaq xəstəliyi.
Osteoporoz -sümüklərin yaşla əlaqədar Ca (kalsium) itirməsi və kövrəkləşməsi ilə xarakterizə olunan bir xəstəlikdir.Osteoporoz zamanı xirda bir travma, bəzən ağır əşyanın qaldırılması belə sınıqla, o cümlədən onurğanın kompression sınığı ilə nəticələnə bilər.



Son 50 ildə Osteoporoz xəstəliyi surətlə yayılmağa başlayıb. Ürək qan damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sonra osteoporoz 4-cü yerdə durur. Yer kürəsində 200 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Yaşlılar arasında sınıqlar o cümlədən bud sümüyünün boynu sınığı 90% hallarda osteoporozla əlaqədardır. Ümumiyyətlə yaşlılar arasinda əlillik və ölümə gətirən səbəblər arasında osteoporaz nəticəsində onurğa sütunu və periferik skelet sümüklərinin sınıqları birinci yerlərdən birini tutur.



Osteoporoz- qadınlarda 50 yaşdan sonra menopauza dövründə,
Kişilərdə 60 yaşdan sonra “kişi klimaksı” fonunda başlayır.



Bəs niyə uşaq xəstəliyi?



Məsələ ondadır ki, sümüklərin formalaşması, onların kütləsinin artması uşqlıq və yeniyetməlik dövründə baş verir. Sümüklərdə yığılmış kalsium ehtiyatı kifayət qədər olarsa yaşla əlaqədar fizioloji Ca azalması orqanizm üçün təhlükəli həddə çatmaz.
Uşaq və yeniyetməlik dövründə sümüklərin formalaşması üçün nələrin əhəmiyyəti var?
Birinci və əsas -fiziki aktivlikdir. Uşaqliq və yeniyetməlik dövründə idman və hərəki aktivlik sümük toxumasının kütləsinin artmasını təmin edir. Fiziki aktivlik bütün həyat boyu davam etməlidir.
Ikinci qidalanmadır-yenə də uşaq və yeniyetməlik dövründə sümüklərdə Ca ehtiyatı yaranır. Ona görə də uşaqlar hər gün süd məhsulları qəbul etməli (gündə 1 litr süd), meyvə tərəvəz yeməlidirlər.



онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.