Uşaqlıq dövründə boy atma



Böyüməyə təsir edən faktorlar:
Böyümə canlıların təməl bir xüsusiyyəti olaraq genetik proqramlaşdırılmış bir proses sayıla bilər. İrsi proqramdan başqa böyüməyə hormonlar və bəzi xarici mühit faktorları da təsir edir.
Normal inkişaf və boy atma ümumi sağlamlığın ən önəmli göstəricilərindəndir və qidalanma, hərəki aktivlik, böyüməni təmin edən hormonlardan çox asılıdır. Orqanizmdə "böyümə hormonu" beyində yerləşən və hormon ifraz edən "hipofiz" adlanan bir orqanda əmələ gəlir və "somatotrop hormon" adlanır. Bu hormonun əmələ gəlməsi və bədənə təsiri qidalanma problemlərindən, çəkinin həddən çox aşağı olmasından, streslərdən, uzun müddətli ağır fiziki iş və məşglərdən, yuxusuzluqdan azala bilər.
Böyümə hormonu ən çox yuxu zamanı əmələ gəldiyindən uşaqlar kifayət qədər yatmalıdırlar.



Düzgün seçilmiş idman hərəkətləri də boy atmanı surətləndirə bilər.
Boyüməyə uşağın qəbul etdiyi bəzi hormonal dərmanlar da mənfi təsir göstərə bilər.



онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.